Yaponiyada zəlzələdən vəfat edənlərin sayı 65-ə çatıb
Yaponiyanın mərkəzində baş verən zəlzələlər nəticəsində ölənlərin ümumi sayı 65 nəfərə çatıb. Bu barədə regional hakimiyyət orqanları məlumat yayıb.
100-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qurbanların və xəsarət alanların əksəriyyəti zəlzələlərin mərkəzi olan İşikava prefekturasının sakinləridir. Təbii fəlakət zonasına göndərilmiş xilasedicilər, fövqəladə hallar işçiləri və hərbçilər dağıntılar altında qalmış insanların axtarışlarını davam etdirir.
Mətləb