ABŞ İsrailin fələstinliləri Qəzzadan çıxarmaq planlarına qarşı çıxdı - baş nazir bizə söz vermişdi...
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bəyan edib ki, ABŞ fələstinlilərin Qəzzadan köçürülməsinin tərəfdarı olan İsrail nazirlərinin bəyanatlarını təqdir etmir.
"Bu ritorika təhrikedici və məsuliyyətsizdir. İsrail hökuməti, o cümlədən baş nazir bizi dəfələrlə və ardıcıl olaraq əmin etdi ki, bu cür açıqlamalar İsrail hökumətinin siyasətini əks etdirmir. Onlar dərhal dayandırılmalıdır", - diplomatın bəyanatında deyilir.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar «Qəzzanın Fələstin torpağı olduğunu və Fələstin torpağı olaraq qalacağını ardıcıl və aydın şəkildə bildirirdi, HƏMAS isə artıq onun gələcəyinə nəzarət etmir və heç bir terror qruplaşması İsrailə təhdid törədə bilməz».
«Biz israillilərin və fələstinlilərin, regionun və bütün dünyanın maraqları üçün məhz belə gələcəyə can atırıq», - Miller bildirib.
ZÜMRÜD