MİT Türkiyədəki MOSSAD agentlərinin ovuna başladı - saxlananlar var...
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) 2021-ci ildə İsrail Xarici Kəşfiyyat Xidməti “Mossad”a bağlı şəxslərə qarşı başlatdığı əməliyyatlar aramsız olaraq davam edir.
Bu gün MİT və Polis Kəşfiyyat İdarəsi MOSSAD-a bağlı şəxslərə qarşı yeni əməliyyat keçirib. İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində İsrail kəşfiyyat xidmətinə bağlı 46 nəfərin şəxsiyyəti müəyyən edilib. Şübhəlilərin tutulması üçün İstanbulun 15 rayonunda və Ankara, Kocaeli, Hatay, Mersin, İzmir, Van və Diyarbəkirdə 57 ünvanda eyni vaxtda “beynəlxalq casusluq” fəaliyyətləri çərçivəsində keçirilən əməliyyat zamanı 33 şübhəli yaxalanıb.
Araşdırmalarda MOSSAD-ın Türkiyədə yaşayan fələstinlilərə və İsrailin etdiklərinə qarşı çıxan israilli fəallara qarşı kəşfiyyat, təqib, hücum və adam qaçırma kimi işlər planlaşdırdığı müəyyən edilib.
TAHİR