Rusiya tank istehsalını 5 dəfədən çox artırdı...
Rusiya sənayesi 2022-ci ildən tank istehsalını 5,6 dəfə, pilotsuz uçuş aparatlarının istehsalını isə 16,8 dəfə artırıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
2022-ci ilin fevralından tank istehsalı 5,6 dəfə, BPM istehsalı 3,6 dəfə, zirehli avtomobil istehsalı 3,5 dəfə artıb.
Bundan başqa, pilotsuz uçuş aparatlarının istehsalında 16,8 dəfə, artilleriya sursatlarının istehsalında 15,5 dəfə artım olub.
Nazirliyin məlumatına görə, RF Silahlı Qüvvələrində iki ümumqoşun ordu, aviasiya korpusu, 50 birləşmə və hərbi hissə yaradılıb.