KÖHNƏ VERSİYA            

Qazax alimlərindən türkoloji dilçiliyə qiymətli töhfə

Image

Türkologiya dünya elminin əsas istiqamətlərindən biri kimi türk xalqları üçün sadəcə elm sahəsi olmaqla qalmayıb, onların tarixi-mədəni, ictimai-milli, etnik-siyasi baxımdan inkişafında son dərəcə mühüm rol oynayan ictimai şüur formasıdır. Bu cəhətdən, istər ümumən türkologiya, istərsə də onun nüvəsini təşkil edən türkoloji dilçilik daim ümumtürk alimlərinin diqqət mərkəzində olan aktual sahədir. 

Diqqətəlayiqdir ki, təbiəti etibarilə etnik konsolidasiyaya meylli olan türk xalqlarının elm sahəsində əldə etdikləri yeniliklər müasir informasiya texnologiyalarının sahəsində artıq “anındaca” ümumtürk elm sərvətinə çevrilərək həm türk xalqlarının etnik-mədəni bütövlüyünü möhkəmləndirir, həm də türkologiya elminin ümumi inkişafına böyük təkan verir. Bu baxımdan, qardaş Qazaxıstan Respublikasının görkəmli dilçiləri Janseyit Tüymebayev və Magripa Yeskeyevanın 2017-ci ildə Almatıda “Kazığurt Yayınevi”ndə çap olunmuş “Türkolojinin Tarihi-Dil Bilimsel Esasları” kitabını son dövrlərdə türkoloji dilçilik sahəsində ortaya qoyulmuş fundamental dərslik kimi qiymətləndirmək olar. 

Kifayət qədər geniş həcmə (456 s.) malik olan və müəlliflərin özlərinin qeyd etdkləri kimi, “türkologiyanın bünövrə daşlarından birini təşkil edən “Türkologiyaya giriş”, “Türkologiyanın əsasları” dərslərinin oxudulmasında istifadə olunacaq bu əsər”in qarşısında çox geniş, müasir və aktual hədəflər durur:

– Keçmiş Sovet İttifaqı, Qazaxıstan və xaricdəki türkoloji dilçilik məktəbləri ənənəsini davam etdirərək, orijinal düşüncə və görüşləri sistemləşdirmək;

– XXI əsr türkologiyasının istiqamətini müəyyənləşdirmək;

– Türk dünyasının tarixi, mədəni və dil yaxınlığını aktuallaşdırmaq;

– Türkologiyanın bir elm sahəsi olaraq inkişafı, türkşünaslığın bütünlük qazanması, nəzəri və metodoloji təməlini təşkil edən müqayisəli-tarixi tədqiqat və yeni araşdırma paradiqmaları ilə türk dillərinin tədqiqat tarixindən bəhs edərək türkoloji dilçiliyin çağdaş aktual problemlərini, əsas elmi istiqamətlərini tanıtmaq;

– Türk dillərinin təşəkkül və inkişaf dövrlərinin xüsusiyyətlərini dil və tarixi materiallar əsasında öyrənərək, türk dillərinin tarixini dövrləşdirmək sahəsindəki yeni görüşlər haqqında bilgilər vermək;

– Türk dillərinin qlottogenetik və qlottoxronoloji baxımdan təsnifatının dilçilik, tarixi-etnogenetik, regional-coğrafi və s. yönlərini tədqiq edərək, türk dillərinin təsnifatı haqqındakı görüşləri ifadə etmək;

– Türk dillərinin fonoloji sistemi və morfoloji quruluşunun əsas xüsusiyyətlərinin, türk dillərinin inkişaf xətlərinin müyyənləşdirilməsi sahəsindəki əsas qaydalar və dil hadisələrini göstərmək;

– Türkoloji dilçilikdə qazax dilçiliyinin yerini ortaya qoymaq.

Göründüyü kimi, öz qarşısına türkoloji diçiliyin kifayət qədər qlobal və mürəkkəb problemlərini əhatə etmək məqsədini qoymuş bu dərslik-tədqiqatın əsas elmi “ritorikası”, bizcə, XXI əsr türkologiya elminin kardinal inkişaf istiqamətlərini müəyyənləşdirməkdir. Bu – müasir dövrdə türkologiyanın qarşısında duran ən böyük hədəfdir. Belə ki, XXI əsr bütün dünyada olduğu kimi, türk xalqlarını da yeni siyasi və milli reallıqlarla qarşılaşdırdı: dünyanın siyasi xəritəsinin dəyişməkdə olduğu artıq göz qabağındadır. Bu isə türk xalqlarından siyasi, ictimai, elmi potensiallarını yenidən səfərbər etməyi, vahid qüvvə kimi çıxış edərək, müasir dünya xəritəsində özlərinə layiq olduqları yeri tutmağı tələb edir. Türkün bu taleyüklü missiyanın həyata keçirilməsində türkologiya elminin heç nə ilə müqayisə olunmayacaq dərəcədə böyük yeri və rolu vardır: türk xalqlarının və onun ən dinamik qüvvəsi olan gəncliyi yeni türkçülük düşüncəsi ilə silahlandırmaq.  Janseyit Tüymebayevin və Magripa Yeskeyevanın “Türkolojinin Tarihi-Dil Bilimsel Esasları” kitabının elmi əhəmiyyəti ilə bərabər milli-siyasi əhəmiyyəti məhz bu kontekstə bütün tərəfləri ilə aydın şəkildə görünür.

Dörd fəsildən ibarət olan dərsliyin “Türkologiya” adlanan birinci bölümü “Türkologiyanın dünya sosial elmlər sahəsindəki yeri”, “Türkologiya və “türk”, “türki” terminləri”, “Türkologiyanın bütünlük xüsusiyyətləri”, “Türkoloji dilçilik”, “Türkoloji dilçiliyin tarixi kökləri”, “Türkologiyanın Rusiyada təşəkkülünün tarixi zəmini və təcrübəsi”, “Türkoloji dilçiliyin inkişafı və türk dillərinin tədqiqi”, “Xaricdəki türkologiyanın inkişafı və türk dillərinin araşdırlıması” kimi məsələləri əhatə edir.

Dərsliyin “Türk dilləri və türk dillərinin tarixi inkişaf dövrləri” adlanan ikinci bölümündə “Türk dilləri”, “Türk dillərinin inkişafını tarixi baxımdan dövrləşdirmə və türk dillərinin inkişaf mərhələləri”, “Türk dillərinin tarixi inkişafının saka-hun dövrü”, “Türk dillərinin inkişafının qədim türkcə və ya erkən orta türkcə dövrü”, “Türk dillərinin inkişafının orta türkcə dövrü və ya qədim türkcə dönəmi”, “Türk dillərinin inkişafının yeni və ən yeni dönəmləri” kimi məsələlərdən bəhs olunur.

Kitabın “Qlottogenetik və qlottoxronoloji baxımdan təsnifatı məsələləri” adlanan  üçüncü fəslində oxuculara “Türk dillərinin təsnifatının nəzəri-metodoloji və tarixi prinsipləri”, “Türk dillərinin təsnifatında istifadə olunan fonetik-fonoloji və morfonoloji qaydalar”, “Türk dillərinin təsnifatı” kimi məsələlər haqqında fundamental bilgilər təqdim olunur.

Dərsliyin “Türk dillərinin quruluşu. Fonologiya. Morfologiya” adlanan dördüncü fəsli “Türk dillərində vurğu, ahəng, heca”, “Türk dillərinin fonetik-fonoloji sistemi”, “Türk dillərinin morfoloji quruluşu”. “Türk dillərindəki leksik şəkilçilər”, “Türk dillərindəki qrammatik şəkilçilər” kimi məsələləri əhatə edir.

Göründüyü kimi, bakalavr, magistr və dilçi-türkoloqlar üçün nəzərdə tutulmuş bu dərslik türkoloji dilçiliyin kifayət qədər geniş və aktual məsələlərini əhatə edir. Həm bütövlükdə türkologiyanın, həm də türkoloji dilçiliyin daim inkişaf edən səhələr olduğunu nəzərə aldığımızda bu dərsliyin nə qədər böyük və mürəkkəb məsələləri əhatə etməsi aydın şəkildə üzə çıxır. Belə ki, dərslikdə həm türk xalqları türkoloqlarının, həm də dünya türkoloqlarının tədqiqatlarının nəticələrinə istinad olunmuşdur. Bu da öz növbəsində sözü gedən kitabı təkcə Qazaxıstan ali təhsil məkanı üçün deyil, eləcə də bütöv türk dünyası oxucuları üçün qiymətli qaynağa çevirir.

Dəslik fundamental biblioqrafik baza əsasında yazılmışdır. Burada kılassik türkologiya ilə bərabər, türk xalqlarının dilçilərinin də əsərləri yer almışdır. Dərslikdə Azərbaycan türkoloqlarından Əbdüləzəl Dəmirçizadənin, Fərhad Zeynalovun əsərlərinə istinad olunmuşdur. Elə hesab edirik ki, dərsliyin növbəti nəşrində görkəmli Azərbaycan türkoloqu, mərhum Aydın Məmmədovun “Тюркские согласные: анлаут и комбинаторика” əsərinə də biblioqrafiyada rast gəlmək mümkün olacaqdır.

Biblioqrafiyanın mükəmməlliyi təkcə kitabın hazırlanması ilə məhdudlaşmayaraq, həm də tələbələri dünya türkoloji dilçiliyinin meridianlarına çıxarmaq baxımından da aktuallıq kəsb edir.

Əsər elmi baxımdan sadə və eyni zamanda zəngin elmi dil əsasında yazılmışdır. Dərsliyin hər bir bölməsində müəlliflərin türkoloji dilçilik sahəsindəki zəngin bilikləri və intellektual səviyyələri aydın şəkildə öz ifadəsini tapmışdır.

Qeyd edək ki, dərsliyin türk dilində olması onun əhəmiyyətini daha da aktuallaşdırır. Müasir reallıqlar fonunda Türkiyə türkcəsinin ortaq türk dili rolunu öz üzərinə götürməsi aydın şəkildə görünməkdədir. Bu da öz növbəsində tərcümə olunaraq Türkiyə türkcəsində çap olunmuş bu əsəri Qazaxıstan ali təhsil məkanının sərhədlərindən qırağa çıxararaq, bütün türk xalqlarının bakalavr, magistr və türkoloqları üçün əlçatan qaynağa çevirir. Elə hesab edirik ki, müasir dünya türkoloji dilçiliyinin bütün nailiyyətlərini özündə əks etdirən bu kitabın Azərbaycan türkcəsinə də tərcümə olunması tələbələr, müəllimlər və ümumən türkoloqlar üçün qiymətli töhfə olardı.

Prof. Qalib SAYILOV
Prof. Seyfəddin RZASOY







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031