Putin: "Münaqişəni başa çatdırmaq istəyirik, ancaq öz şərtlərimizlə"...
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Moskva Ukrayna münaqişəsinin tezliklə başa çatmasında maraqlıdır, lakin Rusiyanın şərtləri ilə.
“Ukrayna bizim düşmənimiz deyil. Ancaq, Rusiyanı strateji cəhətdən məğlub etmək istəyən müxtəlif insanlar (Ukrayna administrasiyası) var. Bizə rəğbətlə baxan, ruhən bizimlə olan insanlar da var. Onlar münaqişə yaratmaq üçün uzun müddət Kiyev rejimini qidalandırdılar. Təəssüf ki, onlar buna nail olublar və Rusiyaya qarşı döyüş missiyasını Ukraynanın köməyi ilə həll etməyə çalışırlar” - Rusiya prezidenti bildirib.
Putin Ukraynanın cəbhədə uğursuzluğa düçar olduğunu və Qərbin məqsədinə çata bilmədiyini vurğulayıb: “Dünən Rusiyanıya strateji məğlubiyyət yaşatmaq istəyənlər indi münaqişənin necə tez bitəcəyindən danışırlar. Biz də münaqişəni mümkün qədər tez bitirmək istəyirik. Amma öz şərtlərimizlə. Əbədi döyüşmək istəyimiz yoxdur. Lakin biz öz mövqeyimizdən geri çəkməyəcəyik".
TAHİR