Gələn həftə bu zəruri sənədlərin MSK-ya təqdim edilməsi müddəti başa çatır
Gələn həftə prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır. Belə ki, prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb. Bu müddət bu il yanvarın 8-i saat 18:00-dək davam edəcək. Bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib.
Mətləb