KÖHNƏ VERSİYA            

QAZAX AİLƏ-MƏRASİM FOLKLORU HAQQINDA FUNDAMENTAL TƏDQİQAT

Image

Ailə – türk etnosunun sosial-mənəvi strukturunun nüvəsini təşkil etməklə daim onu ayaqda saxlamış, bir sistem olaraq heç vaxt dağılmağa qoymamış, tarixin müxtəlif epoxalarından məhz türk kimliyi ilə keçməsini təmin etmişdir. Diqqətəlayiqdir ki, ailə dəyərlərinin sürətlə dağıldığı müasir dünyamızda ailə modeli hələ də ümumtürk mədəniyyətinin strukturlaşdırıcı modeli kimi qalmaqda davam edir. Bu da öz növbəsində türk xalqlarının ailə kompleksini onun müxtəlif milli variantları müstəvisində sosial-antropoloji baxımdan ardıcıl və sistemli şəkildə öyrənməyi zərurətə çevirir. Bu cəhətdən, görkəmli qazax alimi Kenjexan İslamjanulı Matıjanovun 2023-cü ildə Moskvada “Vostıçnıy ekspress” nəşriyyatında rus dilində çap olunmuş “Qazax ailə folkloru” («Казахский семейный фольклор») kitabını elmi strukturu, məzmunu və araşdırmanın intellektual keyfiyyəti baxımından fundamental elm hadisəsi hesab etmək olar.

Kifayət qədər geniş həcmə malik olan (472 s.) monoqrafiyada qazax ailə-mərasim folkloru ilk dəfə olaraq qazax milli folklorunun müstəqil janrı kimi öyrənilmiş, onun genezisi izlənilmiş, janrın təbiəti və özünəməxsusuluğu açıqlanmış, etnoqrafik əlaqələrin tipologiaysı aşkar edilmişdir. Əsərdə ailə folkloruna aid olan mətnlərin hərtərəfli və dərin tədqiqi əsasında ailə-mərasim folklorunun janrdaxli növlərinin təsnifatı aparılmış, bir mürəkkəb bədii fenomen kimi ailə-mərasim folkloru bütün poetik özünəməxsusluqları səviyyəsində təqdim olunmuşdur.

Folklorşünaslar, ədəbiyyatşünaslar, kulturoloqlar, doktorantlar, magistrantlar, o cümlədən şifahi xalq ədəbiyyatını dəyərləndirənlər və sevənlər üçün nəzərdə tulumuş əsər altı bölmədən ibarətdir. Kitabın “Mövzunun tədqiq tarixi” adlanan birinci bölməsində qazax ailə-mərasim folkloru ilə bağlı bütün mövcud tədqiqatlar ələ alınmış və bu sahədəki nəzəri-metodloji fikirlər də cəlb olunmaqla problemin sanballı nəzəri-kateqorial bünövrəsi formalaşdırılmışdır.

Kitabın “Qazax ailə folklorunun təsnifatı və onun öyrənilməsinin perspektivləri” adlanan ikinci bölməsində zəngin materiallar əsasında son dərəcə dəqiq və mürəkkəb analiz aparılmışdır. Bu fəsildə reallaşdırılmış tədqiqatın əsas əhəmiyyəti təkcə qazax ailə folklorunun janr təsnifatı ilə məhdudlaşmır. Burada bizim diqqətimizi xüsusilə janrdaxili növlərin biri-birindən fərqləndirilməsi üçün müəllifin zərgər dəqiqliyi ilə ortaya qoyduğu intellektual səviyyə cəlb edir. Digər tərəfdən, sözü gedən fəsildə qazax ailə-mərasim folklorunun öyrənilməsinin perspektivlərinin müyyənləşdirilməsi K.İ.Matıjanovun bu tədqiqatını bu sahədə fundamental nəzəri-metodoloji baza statusunda da təsdiq edir.

Monoqrafiyanın “Körpə bəsləmə folkloru: beşik nəğmələri, uşaq mərasim nəğmələri, əzizləmə nəğmələri, layla nəğmələri” adlanan üçüncü bölməsində ana-uşaq münasibətlərini əks etdirən mətnlər tədqiqata cəlb olunmuşdur. Bu nəğmələri məzmunu, ideyası, formal-poetik elementləri səviyyələrində təhlilə cəlb edən müəllifi eyni zamanda həmin nəğmələrdə inikas olunmuş qazax kimliyinin, milli xarakterinin etno-psixoloji və mənəvi-humanist cizgilərini də təsvir etməyi bacarmışdır.

Əsərin “Toy folkloru: mərasimi başlayan nəğmə, xeyir-dua nəğməsi, ayrılıq nəğməsi, öyüd-nəsihət nəğməsi, duvaqgötürmə nəğməsi, nikah nəğməsi” adlanan dördüncü bölümündə türk ailə-mərasim folklorunun (o cümlədən inisiasiya sisteminin) struktur baxımından ən zəngin janrı tədqiqata cəlb olunmuşdur. Kenjexan Matıjanov bu bölmədə qazax toyunun bütün struktur elementləri və prosessual strukturun mərhələlərini təsvir etmiş, hər element və mərhələ üçün xarakterik olan nəğmələri təhlil etmiş, problemə struktur kontekstlə yanaşı, semiotik müstəvidə də yanaşaraq, qazax toyu və ümumən, qazax toy folkorunu türkün dünya quruculuğunun kosmoqonik modeli kimi şərh etmişdir.

Kitabın “Yas folkloru: vəsiyyət nəğməsi, xəbərduyurma nəğməsi, başsağlığı nəğməsi, ağı nəğməsi” adlanan beşinci bölməsində qazax yasının strukturu və prosessual dinamikası həm etnoqrafik, həm də folklor mətnləri baxımından təhlilə cəlb olunmuşdur. Müəllif mətnlərin təhlil zamanı onlarda əks olunan mifoloji elementlərin aşkarlanmasına da diqqət yetirməklə qazax epik-mifoloji dünya modelində kosmos-xaos münasibətlərinin semantikasını da öyrənmişdir. Bütün bölmələrdə olduğu kimi, bu bölmədə də ritual sistemi və onun söz ehtiyatları qarşılıqlı əlaqədə öyrənilmiş, yas mərasiminin qazax cəmiyyətindəki funksional semantikası təhlil olunmuşdur.

Tədqiqatın “Ailə folklorunun tarixi poetika məsələləri” adlanan sonuncu bölməsində qazax “folklor şüurunun” poetik obrazları təhlilə cəlb olunmuşdur. Bu təhlillə, Kenjexan Matıjanov, əslində, sözü gedən obrazları ilk dəfə öyrənmişdir. Belə ki, “xalq yaradıcılığının bədii dünyasının, onun poetik ölçülərinin öyrənilməsi, – müəllifin yazdığı kimi, – qazax folklorşünaslığının qarşısında duran məsələdir”. Bunun öyrənilmə zərurəti isə ondan irəli gəlir ki, “folklorun, xüsusilə mərasim folklorunun cövhərini, mayasını ritual dünyaduyumu, mərasimi düşüncə təşkil edir”. 

Kenjexan Matıjanovun bu fikri, təbii ki, bütün folklor mətnlərinə aid olub, folklorun öyrənilməsində mərasim faktorunun nə qədər vacib olduğunu ortaya qoyur. Bu cəhətdən, belə hesab edirik ki, müəllifin bu fikri Azərbaycan folklorşünaslığı üçün də nəzəri-metodoloji baxımdan aktualdır.

Monoqrafiyada son dərəcə zəngin folklor materialları əsasında fundamental fikir bazası formalaşdırılmışdır. Bu cəhətdən, Kenjexan Matıjanovun əsərində onun milli materialın təhlili nəticvəsində əldə etdiyi dərin nəzəri məzmuna və metodoloji perspektivə malik yeni fikirləri, nəticələri vardır. Müəllifin əldə etdiyi həmin nəticələrə görə:

– Qazax ailə-məişət folklorunun qeydə alınma, toplanma, nəşr və tədqiq tarixi erkən orta əsrlərə gedib çıxır.

– Ailə-mərasim folkloru insan həyatının mərhələlərini (doğum – yaşlanma – ölüm) müşayiət edən mərasimlər əsasında meydana çıxmış və formalaşmışdır.

– Qazax ailə-məişət folklorunun janr növləri içərisində körpə bəsləmə folkloru (“əlpeştey folklorı”) xüsusi yer tutur. 

– “Toy folklorunun janrdaxili növləri bir-birindən tematika və məzmun, ifa tərzi, mərasim folkloruna münasibəti, nəğmələrin növləri baxımından ayrılsa da, onların funksional yükü və məqsəd yönləri eynidir. 

– Qazax ailə-mərasim folklorunun qədimlik və məzmunun zənginliyi baxımından xüsusi janrlarından biri yas folklorudur (“azalay folkorı”).

– Qazax ailə-mərasim folklorunun poetikası ümumən bütöv qazax folklorunun çərçivəsisndə qurulan və funksionallaşan mürəkkəb bədii fenomendir.

– Formulluq (formullaşma) – folklor poetikasının ümumi imamnent (özünə aid olan) xassəsidir. Bir poetik (estetik) kateqoriya kimi formulluğun dərk olunması    folklor poetikasının anlaşılmasının, bədii formanın konkret tarixi ölçülərinin aşkarlanmasının, “ümumi yerdə toxunmuş” folklor mətnlərinin semantikasının başa düşülməsinin dəyişilməz şərtidir.  Kenjexan Matıjanovun son qənaətinə görə, ailə-mərasim folkloru – metafor, epitet, müqayisə, simvolik obrazlar baxımından parlaq janr hadisəsidir. Bu da onun öyrənilməsini folklorşünaslıq üçün zəruri hadisəyə çevirir.

Belə hesab edirik ki, alimin bu sözləri bütün türk folkloruna, o cümlədən  eyni dərəcədə Azərbaycan folkloruna da xasdır. Azərbaycan folklorşünaslığında ailə-məişət folklorunun öyrənilməsi ilə bağlı çoxlu sanballı tədqiqatlar vardır. Onlarda ailə-məişət folkloru həm mərasimlər, həm bədii mətnlər baxımından geniş şəkildə tədqiq olunmuşdur. Kenjexan Matıjanovun tədqiqatı ilə tanışlıq göstərdi ki, alimin bu əsəri müqayisəli kontekstdə çox böyük əhəmiyyətə malikdir. Bu cəhətdən, belə hesab edirik ki, sözü gedən monoqrafiyanın Azərbaycan dilinə tərcümə edilib çap olunması Azərbaycan ritualistikası üçün çox dəyərli töhfə olardı.

Prof. Qalib SAYILOV

Prof. Seyfəddin RZASOY








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031