Makron daha bir zərbəni Burkina-Fasoda aldı - fransız dili rəsmi dil statusunu itirdi
Burkina-Fasonun keçid Milli Assambleyası ingilis və fransız dillərini işçi dillər kimi müəyyən edən və milli dillərə rəsmi status verən konstitusiya dəyişikliyini qəbul edib.
Bu barədə Burkina agentliyi AIB məlumat yayıb.
Bildirilib ki, düzəliş nəticəsində fransız dili rəsmi dil statusunu itirir, ingilis dili isə Burkina-Faso administrasiyasında işçi statusu qazanır.
Həmçinin qeyd olunur ki, milli dillərin rəsmi dil kimi bərqərar olması xalqın ümdə arzusudur, xalq başqalarının dilində inkişaf edə bilməz.
Dəyişikliyə əsasən, milli dillər təhsil, ədliyyə və dövlət idarəçiliyi sahələrində ünsiyyət vasitəsinə çevriləcək.