YAP-ın prezident seçkilərində məşvərətçi səs hüquqlu üzvü təsdiq edildi
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Mərkəzi Seçki Komissiyasına (MSK) təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib.
Trend-in xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova MSK-nın bu gün keçirilən iclasında məlumat verib.
Onun sözlərinə görə, Milli Məclisin deputatı Kamal Cəfərov məşvərətçi səs hüquqlu üzvü olmaq üçün müraciət edib. Müzakirələrdən sonra məsələ səsə qoyularaq təsdiq edilib.
Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.