Makron ermənilərin Yerusəlimdə də ərazi iddiasını dəstəklədi...
Nə qədər qəribə səslənsə də , Qüdsdə( Yerusəlimdə) yaşayan bir ovuc erməni burada da ərazi iddiasına qalxıb.Qəzza ilə müharibə başlayandan sonra Yerusəlimdəki erməni kilsəsi yaxında yerləşən bağla əlaqədar iddiasını ortaya qoydu.İsrail hökumətinin bağla əlaqəli tədbirlərinə etiraz edildi.Bu, Fransanın da xoşuna getmədi.Onsuz da İsrail - HƏMAS müharibəsinə ziddiyyətli münasibət göstərən Makron hakimiyyəti bu məsələdə də erməni kilsəsinin tərəfini tutdu.Dünən Yerusəlimdəki Fransa baş konsulu sosial şəbəkə hesabında fikir yayıb.Ermənilərə qarşı guya zorakılığı və atatus- kvonun dəyişdirilməsi səylərini pisləyib.Yəqin ki, status- kvo deyəndə həmin bağın erməni kilsəsinə məxsusluğunu nəzərdə tuturlar .
Fransızlar erməni qardaşları ilə birlikdə Qarabağda " çox uğur qazandılar", qaldı Yerusəlimdəki " İnək bağı" deyilən erməni yuvası...
Namiq Quliyev