Yeni prezident gələn kimi BRİKS üzvlüyündən imtina etdi...
Argentinanın yeni seçilmiş prezidenti Havyer Miley fəaliyyətə başlayan kimi BRİKS təşkilatının üzvü olan hər bir dövlətin başçısına məktub göndərib və ondan əvvəlki prezidentin 1 yanvar 2024- cü ildən təşkilata üzv olmaq barədə əvvəlki qərarını ləğv etdiyini bildirib.
Miley deyib Ki, əvvəlki hökumətin bəzi səhv qərarlarına yenidən baxılacaq. Xatırladaq ki, Argentinanın yeni prezidenti ABŞ- a meylliliyi ilə seçilir. BRİKS- ə Braziliya, Rusiya, Çin ,Hindistan və Cənubi Afrika Respublikası daxildir.
Nahid Salayev