“Kodlaşdırma üzrə açıq qapı” günləri keçirilir
Elm və Təhsil Nazirliyi və "Alqoritmika" beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi ilə birgə "Kod Saatı" qlobal hərəkatı çərçivəsində “Rəqəmsal gələcəyə addım” müsabiqəsi ilə paralel olaraq “Kodlaşdırma üzrə açıq qapı” günləri həyata keçirir. “Kodlaşdırma üzrə açıq qapı” günlərinin əsas məqsədi erkən yaşdan etibarən məktəblilər arasında İT istiqamətində təşviqat aparmaq, onları bu istiqamətdə həvəsləndirmək və maarifləndirməkdir.
“Kodlaşdırma üzrə açıq qapı” günlərində müxtəlif tədbir proqramları hazırlanıb. Bu tədbirlər çərçivəsində dekabrın 9-da ADA Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində informasiya təmayüllü 10-11-ci sinif şagirləri üçün infossesiya, daha sonra 17 dekabr tarixində Quba şəhəri, Alekseyevka kənd orta məktəbində 800-ə yaxın şagird üçün, 23 dekabr tarixində Şəmkir şəhər, M, Füzuli adına tam orta məktəb-liseyində isə 1000-ə yaxın şagird üçün iki hissəli “Kodlaşdırma üzrə açıq qapı” günləri təşkil olunub. “Kodlaşdırma üzrə açıq qapı” günlərinin birinci hissəsində şagirdlər kodlaşdırma fəaliyyəti üzrə təlim keçərək daha sonra özləri kodlaşdırma ediblər.
Bu fəaliyyət şagirdlərin marağını cəlb edib. İkinci hissədə isə şagirdlər üçün İT mütəxəssislərin və bu istiqamətdə uğurları olan gənclərin iştirakı ilə maariflənidirmə xarakterli tədbir təşkil olunub. Tədbirin açılışında “Alqoritmika” şirkətinin layihə rəhbəri Qəmər Məmmədova çıxış edərək qonaqları salamlayıb və Kod saatı: “Rəqəmsal gələcəyə addım” müsabiqəsi və “Kodlaşdırma üzrə açıq qapı” barədə ətraflı məlumat verib. Daha sonra şagirdlər mütəxəssislərin təqdimatlarını böyük həvəslə dinləyib onlara maraqlı suallar ünvanlayıblar. Tədbir müddətində şagirdlər üçün müxtəlif interaktiv oyunlar və viktorinalar, sonda isə onlar üçün maraqlı bədii hissə təqdim olunub.
Mətləb