KÖHNƏ VERSİYA            

AMEA-da "Elm Tarixi İnstitutu" da var imiş, yaxşı ki ləğv edildi...

Image

Məhərrəm Zülfüqarlı: “Fəaliyyətinə son qoyulan Elm Tarixi İnstitutu kimi digər bir sıra lazımsız strukturlar da ləğv olunmalıdır"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi-tədqiqat institutları bölündükdən, yarısı AMEA-da qaldıqdan, yarısı isə Elm və Təhsil Nazirliyinin balansına verildikdən sonra ictimaiyyətə məlum oldu ki, vaxtilə bu qurum nəzdində nə qədər lazımsız təşkilatlar, müəssisələr varmış. 

AMEA-da baş verən prezident dəyişikliklərindən sonra qurum bu gərəksiz müəssisələrlə vidalaşır. Fəaliyyəti dayandırılan müəssisələr arasında Elm Tarixi İnstitutu da var. Əslində, Elm Tarixi İnstitutu yaradıldıqdan sonra elmi ictimaiyyət arasında müəyyən söz-söhbətlər  vardı, qeyd edirdilər ki, belə bir institutun yaradılmasına heç bir ehtiyac yox idi. Amma bununla belə o institut yaradıldı və bir neçə il fəaliyyət göstərdi.

AMEA- da ləğv olunmuş strukturların biri olan Elm Tarixi İnstitutu nə zaman yaradılıb, bu kimin rəhbərliyi dövrünə təsadüf edib?  Belə institut olar? Dünyada Elm Tarixi İnstitutu var? Onun direktoru kim olub? Kim üçün yaradılıb? Kim yaradıb?

Bu suallar ətrafında araşdırma apardıq, sonra isə ekspertə müraciət etdik. 

Elm Tarixi İnstitutu AMEA-nın İctimai Elmlər Bölməsinin tərkibində fəaliyyət göstərən elmi-tədqiqat institutu olub. AMEA Elm Tarixi İnstitutu AMEA Rəyasət Heyətinin 27 fevral 2014-cü il tarixli, 8/19 saylı Qərarına əsasən yaradılıb. İnstitutun direktoru tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2015-ci il tarixli, 363 saylı "Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında" Qərarına müvafiq olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 25 may 2016-cı il tarixli, 8/3 saylı Qərarına əsasən İnstitutun strukturu təsdiq edilib. Burada "Təbiət və dəqiq elmlər tarixi", "Elm tarixinin nəzəri və metodoloji problemləri", "Elmşünaslıq və elmin sosial problemləri", "Tarixşünaslıq və mənbəşünaslıq" şöbələri fəaliyyət göstərib. Akademik İsa Həbibəyli quruma prezident seçiləndən sonra bir sıra qurumların, o cümlədən də Elm Tarixi İnstitutunun fəlaiyyəti dayandırılıb. 

“Gec də olsa, bu addımın atılması müsbət haldır” 

AVCİYA-nın vitse-prezidenti, tarixçi alim, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində “Bu bizim ağrılı mövzumuzdur. Uzun müddətdir, elm və təhsil sahəsində olan problemlərdən danışılır, amma demək olar ki, heç bir  irəliləyiş yoxdur. Akademiyanın təbiət elmləri ilə məşğul olan institutları akademiyadan alınıb Elm və Təhsil Nazirliyinə verildi. Yenə həmin binada otururlar, yenə əvvəlki kadrlardır, sadəcə rəhbərlikləri dəyişdi. Əvvəllər Akademiyanın prezidentinə tabe idilər, indi nazirliyə tabedirlər. Yəni forma nisbətən dəyişib, məzmun isə qalıb. Elm və təhsil sahəsində bir sıra strukturlar var ki, onlara ehtiyac yoxdur. Elm Tarixi İnstitutuna da ehtiyac yox idi, çünki onun görüyü işləri başqa institutlarda da görmək mümkündür. Bu baxımdan hesab edirəm ki, o institutun bağlanması düzgün qərardır”-deyə bildirdi. 

M.Zülfüqarlının sözlərinə görə, hətta elə universitetlər var ki, onun buraxdığı kadrlara ölkədə çox az ehtiyac var, amma o sahədə ayrıca ali məktəb açıblar. “Bizə nə qədər rəqqas lazımdır ki, ayrıca   Bakı Xoreoqrafiya Akademiyası açılıb? Buna nə ehtiyac var ki? Ya Bakı Musiqi Akademiyasının, ya da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində bir ixtisas açıb rəqqaslar yetiişdirmək olar. Bu cür gərəyi olmayan, lüzumsuz müəssisələrin açılması nəticəsində dövlət büdcəsinə böyük zərbə dəyir. Eləcə də, AMEA-da elə institutlar var ki, onlara heç bir ehtiyac yoxdur. 

Elm Tarixi İnstitunun ləğv edilməsi müsbət haldır. Amma sual olunur, bu niyə yaradılırdı? Niyə övlətin bu qədər vəsaiti göyə sovrulurdu və buna nə üçün reaksiya verən olmayıb? AMEA-da baş verən struktur dəyişikliklərindən sonra yəqin ki, artıq yeni rəhbərlik bu işlə məşğul olmağa başlayıb. Mənə elə gəlir ki, vaxtilə yaradılmış bu kimi məsələlərin qarşısı sürətlə alınmalıdır. Burada lənglik olmamlıdır. Mən bir tarixçi kimi deyim ki, Elm Tarixi İnstitutuna heç bir ehtiyac yox idi. Akademiyanın A.Bakıxanov adına Tarix İnstitutunun bəzi şöbələrini götürüb Elm Tarixi İnstitutuna vermişdilər, eyni zamanda parallel şöbələr də fəaliyyət göstərirdi. Belə bir vaxtda paralel şöbələrə nə ehtiyac vardı? Mənə belə gəlir ki, gec də olsa bu addımın atılması müsbət haldır. Fikrimcə, ora kimin rəhbərlik etməsi, kimə görə açılması müzakirə predmeti olmamalıdır. Çünki ona rəhbərlik edən xanıma da, onun ailəsinə də böyük hörmətimiz var. Sadəcə, o institutun kimə görəsə açılması yox, əgər o şəxsə hörmət vardısa onun mövcud struktura rəhbər qoyulması daha məqsədəuyğun idi. Mənə belə gəlir ki, həmin dövrdə Tarix İnstitutunun rəhbərini dəyişib onun yerinə həmin xanımı qoysaydılar heç yeni struktura ehtiyac yox idi. Bu AMEA rəhbərliyində təmsil olunan əvvəlki səlahiyyətlilərin dövründə olub. Hesab edirəm ki, yeni rəhbərlikdə təmsil olunanlar da bu halları tədricən aradan qaldırmaq istəyir. Buna müsbət yanaşmaq lazımdır. Amma təricən yox, kökündən sürətlə aparılan islahatlara ehtiyac var. çox tədbirlərdə oluram, elmin, təhsilin, tədrisin inteqrasiyası barədə çoxlu çıxışlara qulaq asırıq. Əksəriyyəti ümumi cümlələr söyləyir, nəticədə də heç bir irəliləyiş əldə olunmur. Akademiya sistemi dünyanın əksər ölkələrində təhsilə inteqrasiya edib. Yəni akademiya institutları ali məktəblərin nəzdində fəaliyyət göstərir. Dünyada elə universitetlər var ki, ancaq tədrislə məşğuldur, eləsi də var həm tədris, həm də elmi-tədqiqatla məşğul olur. Bizdə də belə universitetləri formalaşdırmaq lazımdır və akademiyanın institutlarını da həmin ali məktəblərin nəzdinə verməklə elm və təhsilin inteqrasiyasına nail ola bilərik. Bu dövrdə də buna ehtiyac var. Amma gəlişi gözəl sözlər danışmaqla  köhnə sistemi saxlamaq nə elmə, nə də təhsilə xidmət edir. Ona görə də köklü islahatlara ehtiyac var. Fəaliyyətinə son qoyulan Elm Tarixi İnstitutu kimi digər bir sıra lazımsız strukturlar da ləğv olunmalıdır”-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031