ABŞ Departamenti İsrailə 147,5 milyon dollarlıq mərmi satışını təsdiqlədi
ABŞ Dövlət Departamenti 155 mm-lik M107 mərmilərinin və müvafiq avadanlıqların İsrailə təxminən $147,5 milyona satışını təsdiqləyib. Bu barədə Pentaqonun Təhlükəsizlik sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.
“Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyinə sadiqdir və bu ölkənin özünümüdafiə potensialının inkişafı və saxlanmasına yardım ABŞ-ın milli maraqlarına cavab verir. İsrailə mərmi satışı bu məqsədlərə uyğundur”, - deyə məlumatda bildirilir.
İsrailə mərmilər Pentaqonun ehtiyatlarından veriləcək.