İcra başçısının ingilis dilli müavini işdən çıxarıldı.....
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. Belə ki, başçısının müavinlərindən biri vəzifəsindən azad edilib.
Məlumata görə, Cəlilabad RİH başçısı Rafiq Cəlilovun əmri ilə başçının müavini vəzifəsini tutan Şükürov Nazim Səyyadxan oğlu vəzifəsindən azad edilib. O həmçinin RİH-də Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri idi. Onun yerinə təyinat olmayıb.
Məlumata görə, başçının hazırda birinci müavinin vəzifəsində Qalib Xudaverdiyev çalışır, lakin digər iki müavin vəzifəsi vakantdır.
Qeyd edək ki, Nazim Şükürov 7 yanvar 1967-ci ildə Bakı şəhərində anadan olub. Ailəlidir, üç övladı var. Rus və ingilis dillərini bilir. İqtisad üzrə fəlsəfə doktorudur.
Mətləb