KÖHNƏ VERSİYA            

Qərbi Azərbaycan tədbirləri Ermənistanı təşvişə salıb - tədbirlər adbaad deyilir...

Image

Elnur Kəlbizadə: “Ermənistandakı bu isterik yanaşma ermənilər tərəfindən nə qədər tez aradan qaldırılsa, o qədər yaxşıdı” 

Qərbi Azərbaycan mədəniyyətinin təbliğatının genişlənməsi, o cümlədən də soydaşlarımızın yenidən öz doğma yurdlarına qayıtması məsələsinin gündəmə gətirilməsi erməniləri ciddi narahat etməyə başlayıb. 

Qəribədir ki, onlar Qərbi Azərbaycanı da, oradakı Azərbaycan irsini də, mədəniyyətini də, Qərbi azərbaycanlıları da inkar etməyə çalışırlar.  Qondarma erməni təşkilatları İrəvanda oturub Bakıda Qərbi Azərbaycanla bağlı keçirilən tədbirləri izləyirlər və öz aləmlərində o tədbirlərin mahiyyətinə kölgə salmaq istəyirlər. Saxtakarlıqda sərhəd tanımayan ermənilər Qərbi Azərbaycan ifadəsini “saxta” adlandırmaqdan çəkinmirlər, guya bu ad saxtadır. Guya ki, Qərbi Azərbaycan adı altında “erməni mədəniyyətinin mənimsənilməsi prosesi gedir”. 

Dekabrın 15-də Azərbaycan Milli İncəsənət Muzeyində “Qərbi Azərbaycan mədəni yaddaşda” adlı sərginin açılması ermənilərin yuxusunu ərşə çəkib. Qərbi Azərbaycan terminindən qorxuya düşən erməni mediası İrəvanın tarixini əks etdirən dekorativ sənət nümunələrinin, fotoşəkillərin, tarixi sənədlərin, azərbaycanlı kimliyini ifadə edən örnəklərin nümayişindən o qədər əndişəyə düşüblər ki, hətta İrəvan xanlarını “fars” adlandırıblar. Bu da, təbii, ermənilərin saxtakarlığından irəli gələn məsələdir. Sərgidə  İrəvan qalasına məxsus əşyaların, eləcə də Qərbi Azərbaycan mədəniyyətinə aid çoxsaylı abidələrin əsk olunması bədnam qonşularımızı niyə narahat edir görəsən? Bir məqamı da qeyd edək ki, erməni mediası bu il noyabrın 23-24-də Naxçıvanda keçirilən Qərbi Azərbaycana qayıdış festivalını da qaralamaqdan qalmayıb. Yazırlar ki, “Qərbi Azərbaycana aparan yol” mövzusunda keçirilən tədbirdə festivalın posteri. guya  “Ermənistanın siyasi xəritəsini təkrarlayıb”. Guya müxtəlif fotoşəkillər və dekorativ sənət əşyaları vasitəsilə yenidən “Ermənistanın xəritəsini - şəhər və kəndlərin uydurma adları ilə yenidən yaratmağa cəhd edilib”. Festivalda, guya “erməni folkloru, mətbəxi” və sair Azərbaycan mədəniyyəti adı altında paylaşılıb. Hətta bunlar “İrəvan mətbəxi”nin təqdimatına da saxta don geydirməyə çalışıblar. Bir sözlə, Qərbi Azərbaycan terminini qısqanclıqla qarşılayan erməni mediası o ki var, yalan, uydurma yayıb. Guya “Arsaxın mədəni irsinin platforması” adlı hansısa qondarma bir təşkilat bütün bu məlumatları toplayıb. Azərbaycanı saxtakarlıqda ittiham edən ermənilər özlərinin saxta tarixlərinə, Azərbaycandan oğurladıqlarına nəzər salsaydılar daha yaxşı olardı.

Ermənilər Qərbi Azərbaycan terminindən niyə belə qorxurlar? Qərbi Azərbaycan mədəniyyəti yaddaşlarda, Qərbi Azərbaycana qayıdış və sair adlarla keçirilən tədbirlər onları niyə narahat edir? Onları qorxudan nədir? Hansı perspektivlə üzləşirlər?

“Azərbaycanda Qərbi Azərbaycanla bağlı keçirilən ictimai, elmi-mədəni tədbirlər tamamilə beynəlxalq hüququn qaydalarına uyğundur…” 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə “Bakı-Xəbər”ə bildirdi ki, hazırkı şəraitdə Ermənistanda Qərbi Azərbaycan tarixi-coğrafi anlayışına, Qərbi azərbaycanlarının hüquq və təhlükəsizlikləri ilə bağlı  ən müxtəlif səviyyədə Ermənistan dövləti qarşısında  irəli sürdüyü tələblərə isterik yanaşma heç də təsadüfi deyil. “Ermənistan ən müxtəlif dövrlərdə azərbaycanlıların hüquqlarını pozub, azərbaycanlılara məxsus ərazilər ermənilər tərəfindən ələ keçirilib, orada onlar məskunlaşdırılıb, bundan sonra həmin mövzuları “oldu-bitdi”yə

gətirməklə məsələləri yekunlaşdırmağa çalışıblar. İndiki şəraitdə də Qərbi Azərbaycandan olan soydaşlarımızı özlərinin yurd-yuvalarından didərgin etmiş Ermənistan çalışır ki, bu məsələ də “oldu bitdi” ilə yekunlaşsın, Azərbaycanla Ermənistan arasında imzalanacaq mükün sülh müqaviləsi çərçivəsində bu məsələ qapansın. Amma həm tarixi proseslərin gedişatına, həm Ermənistanın davranışlarına diqqət yetirdiyimiz zaman aydın şəkildə görürük ki, buna imkan vermək olmaz. Çünki Ermənistanın Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarını pozması, onları dədə-baba torpaqlarında yaşamaq hüququndan və digər ən fundamental hüquqlardan məhrum etməyə çalışması cəzasız qala bilməz. Əgər Ermənistan Azərbaycanla mümkün sülh müqaviləsini imzalayacaqsa, bu çərçivədə birinci Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları və təhlükəsizlikləri ilə bağlı da müəyyən öhtəliklərin üzərinə götürməli və istiqamətdə addımlar atmalıdır”-deyə E.Kəlbizadə qeyd etdi. 

Qərbi azərbaycanlıların uzun illər Azərbaycanda yaşadığını vurğulayan E.Kəlbizadə bildirdi ki, dövlətimiz onların inkişafı üçün maliyyə sərf edib. Alimin fikrincə, bu baxımdan, nəinki Ermənistan onların hüquqlarını və təhlükəsizliyini təmin etməlidir, hazırda Ermənistan adlanan dövlətin həyata keçirməli olduğu öhdəliklərin Azərbaycan dövləti tərəfindən həyata keçirildiyini nəzərə alsaq, hətta Ermənistan Azərbaycana bununla bağlı kompensasiya da ödəməlidir. “Azərbaycanda Qərbi Azərbaycanla bağlı keçirilən ictimai, elmi-mədəni tədbirlər tamamilə beynəlxalq hüququn qaydalarına uyğundur, Qərbi azərbaycanlılar özlərinin mədəni kimliklərini qorumaq hüququna sahibdirlər. Özlərinin doğma yurd-yuvalarına, indi Ermənistan adlandırılan Qərbi Azərbaycana qayıtmaq hüququna sahibdirlər, tarixi keçmişlərini öyrənmək hüququna malikdirlər. Eyni zamanda Qərbi Azərbaycandan olan soydaşlarımız özlərinin ən müxtəlif birliklərini, icmalarını, təşkilatlarını yaratmaq, beynəlxalq təşkilatlar qarşısında onların hüquqlarının bərpası, təhlükəsizliklərinə təminat verilməsi ilə bağlı müxtəlif məsələləri qaldırmaq hüququna malikdirlər. Ermənistandakı bu isterik yanaşma ermənilər tərəfindən nə qədər tez aradan qaldırılsa o qədər yaxşıdır. Bu isterik yanaşma ilə ermənilər əslində regionda davamlı sülhün, sabitliyin, xalqlararası anlaşmanın yaranmasına zərbə vururlar”-deyə E.Kəlbizadə vurğuladı. 

E.Kəlbizadə bildirdi ki, Qərbi Azərbaycan irsinin Qərbi azərbaycanlılar tərəfindən yaşadılması, təqdim və  təbliğ edilməsi onların birbaşa hüququdur və bu, erməniləri narahat etməməlidir. Qərbi Azərbaycan termininə isterik yanaşmaya gəlincə, şöbə müdiri qeyd etdi ki, ermənilərin yaydıqları uydurmalar səmərə verməyəcək və bu, Qərbi Azərbaycan irsinin təbliğinin qarşısını ala bilməyəcək. Müsahibimizin fikrincə, erməniləri qorxudan, əndişəyə salan onların indiyə qədər Azərbaycan irsini oğurlamasıdır ki, Qərbi azərbaycanlıların təqdimatları onların oğurluğunu ifşa edir. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031