KÖHNƏ VERSİYA            

Fransa yanlış Azərbaycan siyasətinin "ləzzətini" yaşayır...

Image

Məlum olduğu kimi, Fransa prezidenti Emmanuel Makron ötən həftə Mərkəzi Asiya ölkələri olan Qazaxıstana və Özbəkistana səfər edib. Səfər regionun Avropa üçün artan əhəmiyyətini göstərir, hədəfdə isə nüvə yanacağı və faydalı qazıntılar var. 

Səfər qismən də Qazaxıstan və Özbəkistanla biznes əlaqələrini gücləndirmək cəhdidir, lakin Emmanuel Makronun bu səfərinin başlıca səbəblərini görmək üçün bir qədər əvvələ, yəni iyul ayına baxmaq lazımdır.

Həmin vaxt Qərbi Afrika ölkəsi Nigerdə baş vermiş hərbi çevriliş Fransanın önəmli nüvə sənayesi üçün təchizatın təhlükədə ola biləcəyi ehtimalını artırdı. Niger ötən il Fransanın uran tədarükçüləri arasında ikinci olub. Birinci yerdə Orta Asiya ölkəsi Qazaxıstan idi. Amma Fransa Qazaxıstandan idxalı artırmaq istəyir. Elə bu səbəbdən də Makron ötən həftənin bir gününü dünyanın ən böyük uran istehsalçısı olan Qazaxıstanda keçirib. Daha sonra o, Özbəkistana gəlib. Elektrik enerjisinin 60 faizdən çoxunu nüvə enerjisi ilə istehsal edən Fransanın marağının əsasında Mərkəzi Asiya uranı durur. Bunun müqabilində Qazaxıstan öz mühəndislərini və yerli nüvə enerjisi sənayesini inkişaf etdirməyə çalışdığı üçün fransızların bilik və bacarıqlarından yararlanmağa ümidlidir.

Fransanın Qazaxıstandakı nümayəndə heyətinin üzvü BBC-yə deyib: “Qazaxlar bizim nüvə təcrübəmizə böyük maraq göstərirlər”. Nümayəndə bildirib ki, Fransanın dövlətə məxsus EDF şirkəti Qazaxıstanın ilk atom elektrik stansiyasının tikintisində maraqlıdır, Paris hökuməti isə Fransa universitetlərinin Qazaxıstanda filiallarının yaradılmasını istəyir. Bu fonda Rusiya  EDF şirkətinin Qazaxıstana gəlişinə qarşıdır. Bundan başqa, Qazaxıstan türk birliyinin güclənməsi fonunda Faransanın Azərbaycan və Türkiyə ilə bağlı siyasətini müsbət qarşılamır. Bu isə o deməkdir ki, türki birliyi naminə Qazaxıstan Fransa ilə münasibətlərini yenidən nəzərdən keçirə bilər. Bu, Makron hakimiyyətinin ölkəmizlə və Türkiyə ilə bağlı yanlış siyasətinin Fransa üçün yaratdığı mənfi nəticələrdən biridir. Onu da xatırladaq ki, Fransa ənənəvi olaraq, Nigerdəki fransız şirkətləri tərəfindən idarə olunan mədənlərdən uranın böyük bir hissəsini idxal edir. Ancaq Nigerdən Fransaya uran təchizatının gələcəyi sual altındadır, çünki iyul ayında hərbi çevriliş nəticəsində Fransa əleyhinə xunta hakimiyyətə gəlib. Paris iddia edirdi ki, çevriliş Fransanın ölkənin enerji təchizatına heç bir təhlükə yaratmır və ölkəniniki illik uran ehtiyatı var. Lakin Makronun Qazaxıstana səfəri belə bir önəmli təchizatçıda siyasi qeyri-sabitliyin təsirləri ilə bağlı Parisdə hiss edilən təşvişdən xəbər verir. Qazaxıstanın paytaxtı Astanada yaşayan siyasi təhlilçi Dosım Satpayev deyir ki, səfər Mərkəzi Asiyanın regionda bir əsrdən artıq dominantlıq edən Rusiya ilə münasibətlərində köklü dəyişiklərin baş verdiyi vaxta təsadüf edir. O, Ukraynadakı müharibədən sonra Rusiyanın təsirinin azaldığını bildirib: “Hərbi əməkdaşlıq azdır, müharibədən sonra Rusiyaya münasibət daha da pisləşib. "Mərkəzi Asiya hökumətləri bu barədə açıq danışmırlar,  amma bu baş verir". Düzdür, xarici işlər naziri Sergey Lavrov ötən həftə Rusiyanın qonşuları, dostları və müttəfiqlərini Moskvadan uzaqlaşdırmaq istəyənlərin cəhdlərini pisləyib. Avropa İttifaqı və ABŞ xəbərdarlıq edib ki, Rusiya Mərkəzi Asiya ölkələri vasitəsilə Qərbdən mal idxal etməklə sanksiyalardan yan keçir. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) tərəfindən aparılmış araşdırmaya görə, bunlara Qazaxıstandakı Rusiyaya məxsus törəmə şirkətlər vasitəsilə idxal olunmuş “DJI” pilotsuz təyyarələri və Qərb istehsalı olan mikroçiplər daxildir. OCCRP bildirir ki, mallar və komponentlər Rusiyanın müharibə gücünü artırmaq üçün istifadə olunur.

Rusiya hələ uzun çəkəcək müharibə aparmaqda və Ukraynaya Qərbin dəstəyinin Moskvanın gücü qarşısında yetərsiz olacağından narahat olmaqda ikən, paralel idxal məsələsi Mərkəzi Asiya-Aİ münasibətlərinin isinməsinə mane ola bilər. Eyni dərəcədə əhəmiyyətli digər bir mövzu Çinin təsirinə qarşı çıxmaqdır. Pekinin hələ ki, bölgədə hərbi mövcudluğu güclü deyil, amma onun Mərkəzi Asiyadakı iqtisadi izi son illərdə əhəmiyyətli dərəcədə artıb. Çinin “Bir kəmər, bir yol” təşəbbüsü Çindən Mərkəzi Asiya vasitəsilə Avropaya aparan quru yollarını əhatə edir. Mərkəzi Asiyada 100-dən çox “Bir kəmər, bir yol”  layihəsi maliyyələşdirilib. Fransa və Aİ Çinlə birbaşa sərhədləri olan regionda ciddi maliyyə nüfuzu qazanmağa ümid edə bilməz. Lakin son səfəri ilə cənab Makron Rusiyanın bəzi ənənəvi tərəfdaşlarını Qərbə baxmağa sövq etmək üçün Ukraynada gedən müharibənin yaratdığı strateji imkandan yararlanmağa ümid edir. Ancaq qeyd olunduğu kimi, Fransanın özünün yanlış siyasəti hər şeyin Parisin istədiyi kimi getməyəcəyini göstərir.  Fransanın Azərbaycan və Türkiyəyə münasibəti, Ermənistanla əsassız yaxınlığı Makron siyasətinin yanlış olduğunun əyani sübutudur. O da qeyd edilməlidir ki, Paris Qazaxıstan və Özbəkistan uranını  ya Rusiya, ya da Azərbaycan vasitəsilə daşımağa məcburdur. Çünki radioaktiv maddə təhlükəsizlik mülahizəsilə ancaq quru yolla daşına bilər. Mütəxəssislər hesab edirlər ki, atom elektrik stansiyalarında emal üçün nəzərdə tutulan uran maddəsi iri qurğularla və yalnız adıçəkilən marşrutlar vasitəsilə tədarük edilə bilər. Beləliklə, Paris  uranın daşınması üçün Bakı və Moskva ilə də danışıqlar aparmalıdır. Amma Fransa son vaxtlar həm Azərbaycanla, həm də Rusiya ilə münasibətləri korlayıb. Bu səbəbdən də  üzləşdiyi problemi həll etməlidir.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031