"Əliyev və Paşinyan sülh müqaviləsini yekunlaşdırmağa hazırdırlar" - Peskov
Azərbaycan prezidenti Ilham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsinin yekunlaşdırılmasına hazır olduqlarını bəyan edirlər. Baki-xeber.com İnterfax-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
«Onlar sülh danışıqlarının yekunlaşdırılmasına, vahid sənədə, sülh müqaviləsinə tam hazır olduqlarını bildiriblər», - Peskov Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Birinci kanala verdiyi müsahibədə qeyd edib.
ZÜMRÜD