KÖHNƏ VERSİYA            

"Əli Kərimovun Zəfərlə işğalı eyniləşdirməsi Vətənə və xalqa xəyanətdir" Vüqar Rəhimzadə

Image

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixində ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Təbii ki, hər bir addımın atılmasını şərtləndirən amillər mövcuddur. Bugünümüzün reallıqları növbədənkənar prezident seçkilərinin keçirilməsini bir zərurət kimi qarşıya qoyur. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisi üzrə seçkilər keçiriləcək. İşğaldan azad edilmiş ərazilərimizdə sakinlərin səsvermədə iştirakı üçün seçki məntəqələri yaradılır. Bu, mühüm addım hər bir azərbaycanlıda böyük qürur hissi yaradır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə  bu mühüm məqamı da xüsusi qeyd edib ki,  növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar   ölkədə siyasi partiyaların üzvlərinin  reyestrlərinin dövlət  qeydiyyatına alınması prosesinin  tamamlanmasından  sonra qəbul  olunub.  Bununla da  seçkilərdə  iştirak etmək üçün  dövlət  qeydiyyatına  alınmış bütün  siyasi pariyalara  imkan yaradılıb.  Bu yanaşma ölkədə  ədalətli rəqabət  mühitinin təmin edilməsinin bariz nümunəsidir.  Bu baxımdan seçkilərin keçirilməsi ilə bağlı  olan istənilən  narazılıq yalnız qərəzli mövqeyin  və məhdud potensialın  təzahürü kimi dəyərləndirilməlidir. Radikalların seçkilərin keçirilməsi ilə  bağlı qərəzli fikirləri  ucuz reklamdır.  Bu ünsürlər  öz zəifliklərini etiraf etmək əvəzinə  növbəti  dəfə cəmiyyətdə qarışıqlıq və  təxribat yaratmaq istəyirlər. Şəxsi ambisiyalarının quluna, xarici himayədarlarının əlində oyuncağa çevrilən və onların çaldığı hava ilə oynayan əli kərimovların səsləndirdikləri fikirlərə diqqət yetirsək onların ermənipərəst mövqelərini açıq-aydın nümayiş etdirdiklərini görərik. Fikrimizcə, utanmadan işğal altında olan torpaqlarımızın azad edilməsi ilə Koçaryanın, Sarkisyanın torpaqlarımızı işğal etməsini  müqayisə edən beləsinə xəyanətkar adı  yumşaq olar. Bütün dünya İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsindən, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən, rəşadətli ordumuzun gücündən, qüdrətindən bəhs etdiyi halda tarixi Zəfərimiz əli kərimovlar, cəmil həsənlilər, arif hacılılar tərəfindən böyük kədər hissi ilə qarşılandı. Əslində onların bu antimilli davranışlarının səbəbi aydındır. Bu üzdəniraq ünsürlər əvvəllər ictimai fikri çaşdırmaq, iqtidarın gördüyü işlər barədə mənfi rəy yaratmaq, Prezidentin atdığı hər bir addımın əhəmiyyətini azaltmaq üçün hazırda tarixin arxivinə atılmış Qarabağ münaqişəsindən bir vasitə kimi istifadə edirdilər. Belə bir fikir yaratmağa çalışırdılar ki, iqtidar Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Hətta mütəmadi olaraq “sülh, yoxsa müharibə” adı altında sorğular təşkil edirdilər. Ermənilərə və ermənipərəst dairələrə dəstək olaraq belə bir rəy yaratmağa çalışırdılar ki, guya Azərbaycan hərb yolunu seçərsə məğlub tərəf ölkəmiz olar.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Əli Kərimovun cəfəng fikirlərindən onun torpaqlarımızın işğalına necə haqq qazandırdığı və erməni təcavüzünü böyük ruh yüksəkliyi ilə qarşıladığı aydın hiss olunur. Görünür, əli kərimov kimilər torpaqlarımızın onların hakimiyyəti zəbt etdikləri bir illik dövrdə xəyanətkar əməllərinin sayəsində işğal edildiyini unudublar.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin “İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir” çağırışı əli kərimov kimi satqınlara, xəyanətkarlara tutarlı cavabdır.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki,  zəiflikləri, xarici ağalarından asılılıqları ucbatından seçkiləri illərdir “boykot” yolunu tutan bu ünsürlərin atdıqları addımın məqsəd və məramını ört-basdır etmək çəhdləri heç kimdə təəccüb doğurmur. Çünki xalqımız Əli Kərimovun xəyanətkar əməllərinin mütəmadi şahidinə çevrilib. Bu ünsür erməni dəyirmanına su tökən olduğunu, məhz buna görə tarixi Zəfərimizi  kədər hissi ilə qarşıladığını dəfələrlə nümayiş etdirib. Vətənə xəyanət heç kimə baş ucalığı gətirmir. Əli Kərimov bunu özünün timsalında daha aydın görür. Bu antimilli ünsürün sosial baza  problemini yaşaması  ucbatından seçkilərə qatılmaqdan  müxtəlif bəhanələrlə yayınmasının əsasında da onun məhz Vətənə və xalqa xəyanət əməlləri dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm hərbi Zəfərini Koçaryanın, Sarkisyanın torpaqlarımızı işğal etməsi ilə eyniləşdirən Əli Kərimov fikirləri ilə havadarlarına xoş gəldiyini,  bunun qarşılığında böyük məbləğdə vəsait əldə edəcəyini düşünsə də, xalqın ona qarşı nifrətini birə on qat artırdığını da unutmasın. Bu baxımdan bu gün Zəfərlə işğalı ayırd etməkdə çətinlik çəkən Əli Kərimova ictimai nifrət pik həddinə çatıb.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031