KÖHNƏ VERSİYA            

Qərb vaz keçmir - Serbiya qan çanağına dönməlidir...

Image

Serbiyanın paytaxtında müxalif qüvvələrin iğtişaşları hələ də davam edir. “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları Belqrad assambleyasına və ya şəhər parlamentinə keçirilən seçkilərin nəticələrinə qarşı çıxıblar. 

Belqrad assambleyasında qələbə, ölkədəki parlament seçkilərində olduğu kimi, prezidentyönlü “Aleksandar Vuçiç - Serbiya  dayanmamalıdır” koalisiyası tərəfindən qazanılıb. Müxalifət və onlara dəstək verən bəzi Qərb ölkələri isə hələ də nəticələrlə barışmaq istəmirlər.

Bundan öncə dekabrın 24-də Serbiya paytaxtında müxalifətin mitinqində polislə iştirakçılar arasında qarşıdurma yaranıb, etirazçılar seçkinin nəticələrinin ləğvini tələb ediblər. Belə ki, ölkənin iri müxalifət koalisiyası olan “Serbiya zorakılığa qarşı” Belqradda etirazların yeddinci günü bir daha 17 dekabr seçkilərinin nəticələrinin ləğvini tələb edib. Rəsmi nəticələrə görə, seçkini hakim Serbiya Tərəqqi Partiyası udub. Müxalifət, xüsusilə Belqrad şəhər parlamentinə seçkilərin rəsmi nəticələrindən narazıdır, səslərin saxtalaşdırıldığını deyir. Müxalifət təmsilçiləri bəyan ediblər ki, Belqrad meriyasının binasına girib eyvandan çıxış etmək istəyirlər. Polis əməkdaşı bu hərəkətin qanunazidd sayılacağını bildirib. Ancaq bəzi etirazçılar içəri girməyə çalışıb, binanın pəncərələrini sındırıblar. Polis isə cavabında gözyaşardıcı qazdan istifadə edib. Daha sonra polis meydana toplaşanları dağıdıb, 35-ə yaxın etirazçı saxlanılıb. Müxalifət hakimiyyəti qeyri-mütənasib güc tətbiqində ittiham edib, dinc etirazçılar arasında xəsarət alanların olduğunu deyib. Bir neçə polis əməkdaşının xəsarət aldığı, ikisinin zədəsinin ağır olduğu xəbər verilir. Serbiyanın baş naziri Ana Brnabiç hadisələri “Maydan” cəhdi adlandırıb, hakimiyyətin buna yol verməyəcəyini söyləyib. Serbiya hakimiyyəti ilk dəfə deyil müxalifətin etirazlarını Ukraynadakı “Maydan” hərəkatı ilə müqayisə edir. Ukrayna əvvəlki müqayisələrdə buna etiraz edərək bildirib ki, 2014-cü ildə Kiyevdə hakimiyyət dəyişikliyinə səbəb olan etirazlar Ukrayna xalqının korrupsiyalaşmış və totalitar hökumətə qarşı öz hüququ uğrunda mübarizəsi idi. Rusiya hakimiyyəti, öz növbəsində, “Maydan” sözünü Qərbin rəvac verdiyi, hakimiyyətin devrilməsinə yönəlik etirazların sinonimi kimi işlədir. 17 dekabr seçkilərinin rəsmi nəticələrinə görə, prezident Vuçiçin partiyasının koalisiyası 47 faiz səs yığıb. İkinci yeri 23 faizlə “Serbiya zorakılığa qarşı” koalisiyası tutub. Üçüncü yerə 7 faiz səslə Serbiya Sosialist Partiyası çıxıb. Belqradda isə hakim partiyanın 38, müxalifət koalisiyasının 34 faiz səs yığdığı bildirilib. Müxalifət iddia edir ki, hakimiyyət seçici iştirakı faizini artırıb, hakim partiyanın səslərinə əlavə edib. ATƏT seçkilərdə ciddi pozuntuların olduğunu desə də, saxtakarlıqlar haqda birbaşa danışmayıb. ABŞ Serbiyanı beynəlxalq müşahidəçilərin pozuntularla bağlı iddialarını araşdırmağa çağırıb. Serbiya hakimiyyəti hər hansı pozuntunun baş vermədiyini bildirir. Müxaliflər aksiyanı davam etdirir. Belqradda bu fonda iki yerdə nəqliyyatın hərəkəti altı saatlıq blokanıb. Etirazçılar Dövlət Administrasiyası və Yerli Özünüidarəetmə Nazirliyinin binasının girişini bağlayıb. Polis idarəsinin rəisi İvitsa İvkoviç hökumət binalarının və körpülərin bağlanmasına göz yummayacağını deyib. Qeyd edək ki, Serbiya xarici siyasətdə balanslı siyasət yürüdür, Rusiya ilə yanaşı, digər ölkələrlə sıx əməkdaşlıq edir. Rusiyanı sanksiyalarla çökdürməkdə israrlı olan Qərbə isə belə bir mövqe sərf etmir, bu səbəbdən də inqilaba cəhd göstərir. Bundan başqa, Serbiya liderinin Qərb dövlətlərini hədəfə alan bəyanatları da ABŞ və Avropada xoş qarşılanmır. Aleksandar Vuçiç dəfələrlə Qərbin ölkəsini zəiflətməyə çalışdığını bəyan edib. Onun sözlərinə görə, Belqradda anti-Rusiya sanksiyalarına bir zənglə qoşula biləcək hökumət qurulmasını istəyirlər. Ümumiyyətlə, Aleksandar Vuçiç Qərbin özünə dost saymadığı, uyğunsuz partnyor hesab etdiyi siyasətçilərdən biridir. Belə siyasətçilərin isə öz ölkələrində davamlı hakimiyyətə qalması Qərbdə qıcıq doğurur. Vuçiç ölkə ictimaiyyəti ilə kifayət qədər açıq və səmimi danışan siyasətçidir. O, bu ilin oktyabrında Avropa Komissiyasının sədri Ursula von der Leyenlə görüşdən sonra ölkəsinin Avropa İttifaqına üzvlüyünə 2 amilin əsas maneə olduğunu açıq dilə gətirmişdi: “Serbiyanın Avropa İttifaqına üzvlüyünə mane olan əsas səbəblər Rusiyaya qarşı sanksiyalara qoşulmamağımız və Kosovonun müstəqilliyini tanımamağımızla bağlıdır”. Kosovo ilə bağlı məsələdə Vuçiç Serbiyanın maraqlarını ardıcıl şəkildə müdafiə edir. 

Ölkədə iğtişaşların arxasında Qərbin dayandığını Rusiya da diqqətə çatdırıb. Bu ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bunu sübut edən faktlar olduğunu dilə gətirib. Rusiyanın bu ölkədəki səfiri Aleksandr Bokan-Harçenko bildirib ki, Serbiya prezidenti ölkədəki etirazların Qərb tərəfindən dəstəklənməsi ilə bağlı məlumatlıdır: “Serbiya prezidenti Aleksandar Vuçiçin ölkədə baş verən etirazların Qərb tərəfindən dəstəklənməsi barədə məlumatı var və həmin bu məlumatlar təkzibedilməzdir”. Müşahidələr onu deməyə əsas verir ki, hadisələr postsovet və Şərqi Avropa ölkələrində dəfələrlə sınanmış “rəngli inqilab” ssenariləri əsasında cərəyan edir. Yəni hadisələr prezident, parlament seçkiləri, yaxud digər siyasi əhəmiyyətli hadisədən sonra başlayır, cəmiyyətin ən radikal, amma azsaylı kəsiminin fəal iştirakı görünür, onlara xarici dairələrdən siyasi və maddi dəstəklə müşahidə olunur və həmin aksiyalar bir müddət sonra dövlət müəssisələrinin zorakılıq yolu ilə zəbt edilməsi, mövcud hakimiyyətin devrilməsi ilə nəticələnir. Rusiyalı hərbi ekspert İqor Korotçenko bunlar fonunda qeyd edir ki, Serbiyadakı seçkilərin nəticələrindən sonra öz təsir agentlərini bu ölkənin parlamentinə sala bilməyən Qərb Ukrayna ssenarisi üzrə “rəngli inqilab” təşkil etməyə çalışsa da, Rusiya xüsusi xidmət orqanları lazımi məlumatları əvvəlcədən serb həmkarlarına ötürməklə bu cəhdin qarşısını almaqda Belqrada kömək ediblər. O bildirib ki, Rusiya və Serbiyanın kəşfiyyat xidmətləri arasında kifayət qədər sıx tərəfdaşlıq əlaqələri qurulub: “Aydındır ki, məlumat mübadiləsi çərçivəsində Rusiya xüsusi xidmət orqanları Belqradı “rəngli inqilab”, əslində dövlət çevrilişi üçün mümkün cəhdlər və ssenarilər barədə əvvəlcədən xəbərdar ediblər”. Korotçenkonun sözlərinə görə, Qərb tərəfindən maliyyələşdirilən Serbiya müxalifətinin hərəkətləri göstərdi ki, hökumət binalarını ələ keçirmək və hakimiyyəti zorla dəyişmək kimi klassik ssenaridən istifadə olunur: “Bu, Ukrayna ssenarisinin “Serbiya Maydanı” versiyası idi. Bu cəhdlərin arxasında, ilk növbədə, Serbiya müxalifətindəki Qərbin təsir agentləri dayanır: Draqan Jilas, Miroslav Aleksiç, Aleksandr Yovanoviç, Srcan Milivojeviç, Marinika Tepiç, Radomir Lazoviç, Dobrica Veselinoviç və s. Bu, serb müxalifətinin müxtəlif qüvvələrini təmsil edən nüvədir, hamısı Qərb təsir agentləridir”. Korotçenko vurğulayıb ki, müxalifətin Belqraddakı aksiyalarının Almaniyanın Serbiyadakı səfirliyi tərəfindən koordinasiya edildiyi üzə çıxıb: “Maliyyə isə bir sıra alman fondlarından, məsələn, Henrix Böll Fondundan, o cümlədən, Soros Açıq Cəmiyyət Fondundan və Rokfeller Fondundan gəlir. Bundan əlavə, Belqraddakı iğtişaşlara Avropa Parlamentinin avstriyalı Andreas Şider kimi üzvləri, sosial demokratların bir sıra nümayəndələri və alban lobbiçiləri də fəal təsir göstərirlər. Aleksandar Vuçiçi dəstəkləyən siyasi partiyaların dekabrın 17-də keçirilən növbədənkənar seçkilərdə inamlı qələbə qazanaraq Serbiya parlamentində səs çoxluğu əldə etdiyi bir şəraitdə çevriliş cəhdinin Qərbin seçki nəticələrinə cavab olduğu göz qabağındadır. Bu şərtlər daxilində Serbiya Prezidenti Aleksandr Vuçiçin atdığı addımlar tamamilə qanunidir. O, kütləvi iğtişaşların yatırılması, bununla da çevriliş ssenarisi üzrə “rəngli inqilabın” reallaşmasının qarşısının alınması üçün göstəriş verib”. Ekspert xatırladıb ki, serb rəsmiləri 2024-cü ilin əvvəlində yaradılması planlaşdırılan Serbiyanın yeni hökumətinin Rusiyaya qarşı sanksiyalar tətbiq etmək, Kosovonu tanımaq niyyətində olmadığını bildirib: “İnanıram ki, indiki şəraitdə Rusiya Serbiyanın qanuni hakimiyyətini dəstəkləyəcək və serb təhlükəsizlik qüvvələri bu və ya digər ssenari üzrə istənilən yeni çevriliş cəhdini yatırmaqda qərarlı olacaq”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031