KÖHNƏ VERSİYA            

ABŞ-İran müharibəsi Qırmızı və Aralıq dənizlərində başlaya bilər...

Image

“Yəmənin “Ənsar Allah” qiyamçı hərəkatının silahlı tərəfdarlarının fəallaşdığı Qırmızı dənizdəki vəziyyət iqtisadi böhrana səbəb ola bilər”. Bunu İtaliyanın müdafiə naziri Quido Krozetto bəyan edib: 

“Mən həyəcan təbili çaldım, iki həftə əvvəl narahatlığımı bildirdim və təəssüf ki, bunlar düz çıxdı. Çünki gəmilər artıq Qırmızı dənizdən keçmir, o üzdən Afrikanı dolanmaq məcburiyyətində olduqları üçün xərclər artır. Ona görə də biz hərəkətə keçməliyik, çünki başqa bir iqtisadi böhrana dözə bilmərik”.

Nazir İtaliyanın ABŞ-ın Qırmızı dənizdə üzən gəmiləri Yəməndəki husi qiyamçıların hücumlarından qorumaq üçün təşkil etdiyi koalisiyaya qoşulmadığını bəyan edib: “Çoxları bizim Amerika əməliyyatında iştirak etdiyimizi iddia edir. Yeni əməliyyatda iştirak etmək üçün parlamentin icazəsi lazımdır. Odur ki, çoxları yalan danışır”. Qeyd edək ki, ABŞ-ın Qırmızı dənizdə üzən gəmiləri Yəməndəki husi qiyamçıların hücumlarından qorumaq üçün təşkil etdiyi koalisiyaya 20-dən çox ölkə qoşulub. ABŞ Müdafiə Nazirliyinin sözçüsü general Pat Rayder bildirib ki, Vaşinqtonun rəhbərlik etdiyi bu koalisiya Qırmızı dənizdə naviqasiya azadlığını və təhlükəsizliyi qorumağa sadiq olan dünyanın müxtəlif ölkələrindən ibarətdir. Məlumata görə, husilərin ticarət gəmilərinə hücumları Qırmızı dənizdən neft tankerlərinin keçidini 40 faiz azaldıb. Bildirilib ki, ötən həftə Bab əl-Məndəb boğazından cəmi 30 neft tankeri keçib. Bu isə əvvəlki üç həftə ərzində oradan keçən gəmilərin sayının 40 faiz azalması deməkdir. ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan isə bildirib ki, əvvəllər Qırmızı dənizdə gəmilərə hücumlara İran icazə verib. "The Wall Street Journal" da məlumat yayıb ki, İran qüvvələri Yəməndəki husilərə Qırmızı dənizdən keçən gəmilər barədə məlumat ötürür: “Husilər İranın hərbiləşdirilmiş qüvvələrindən təkcə kəşfiyyat məlumatları deyil, həm də silahlar - pilotsuz təyyarələr və raketlər alırlar. Husilərin gəmiləri hədəf almaq üçün radar texnologiyası yoxdur. Onların İranın köməyinə ehtiyacı var, yoxsa raketləri, sadəcə suya düşər".İran isə hər hansı əlaqəni inkar edir. Husilərin sözçüsü deyib ki, onların Tehranın köməyinə ehtiyacı yoxdur: "Hər şeyi İrana aid etmək qəribədir, sanki onlar dünyanın ən böyük gücüdür. Bizim kəşfiyyat xidmətlərimiz var və ölkəmizə qarşı təcavüz illərində onlar özlərini yaxşı sübut ediblər". Amma nəşr bildirir ki, İran husiləri raketlərlə də təmin edir. Hesab edilir ki, bu halda ABŞ-ın Qırmızı dənizdə böyük hərbi qüvvə cəmləməsi təsadüfi deyil. Bu qüvvənin hədəfi təkcə husilər yox, həm də İran olacaq. Məhz belə bir vaxtda İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandiri Məhəmməd Rza Nəqdi deyib ki, Birləşmiş Ştatlar və müttəfiqləri Qəzzada “cinayət” törətməkdə davam etsə, Qırmızı dəniz və Aralıq dənizi bağlana bilər: “Onlar yaxında Aralıq dənizinin, Cəbəllüttariq boğazının və başqa su yollarının bağlanmasını gözləməlidir. Fars körfəzi və Hörmüz boğazı onlar üçün kabusa çevrildi və bu gün onlar Qırmızı dənizdə ilişib qalıblar”.

Bir daha xatırladaq ki, Yəmənin İranla əlaqəsi olan husi qrupu son ayda İsrailin Qəzzaya hücumuna cavab olaraq Qırmızı dənizdən keçən ticarət gəmilərinə hücumlar edib və bu da bəzi gəmiçilik şirkətlərinin yollarını dəyişmələrinə səbəb olub. Ağ Ev bu fonda bildirib ki, İran Qırmızı dənizdə ticarət gəmilərinə qarşı əməliyyatların planlaşdırılmasında dərindən iştirak edir. ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Edrien Uotson bu xüsusda bildirib: “Ağ Ev hesab edir ki, İran Yəmən husilərinin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarının hazırlanmasında dərindən iştirak edib. Tehran husilərə lazımi kəşfiyyat məlumatını ötürüb”. İranın Aralıq dənizinə birbaşa çıxışı yoxdur və İnqilab Keçikçilərinin onu necə bağlamağa çalışacaqları aydın deyil. Amma Nəqdi yeni müqavimət güclərinin doğulmasından və digər su yollarının bağlanmasından bəhs edib. İranın Aralıq dənizində dəstəklədiyi qruplar Livanın “Hizbullah” qrupu və dənizin Cəbəllütariqdən ən uzaq tərəfində yerləşən Suriyadakı müttəfiq yarıhərbi dəstələrdir. ABŞ Aralıq dənizində də xeyli qüvvə cəmləşdirib və onların sayı artır. ABŞ kolasiyasının husi bazalarına zərbələr endirəcəyi ehtimalı da artır. Bu isə nəticə etibarı ilə İranın Livan, Suriya və İraqdan sonra daha bir silahlı qruplaşma düşərgəsinin hədəfə alınması deməkdir. Bu halda İran ətrafında halqanın daha da daraldığını demək olar. Yəmənin qərbində, Qırmızı dəniz sahilində yerləşən Hudeydə sahil bölgəsi husilərin nəzarəti altındadır. Yəmənin ən əhəmiyyətli limanlarından birinə sahib olan şəhərin bu hissəsi ölkəyə gələn xarici yardım və gəlirlərin 70 faizinə ev sahibliyi edir. Husilər Səudiyyə Ərəbistanı ilə quru sərhədi olan Cəvf şəhərinə də nəzarət edirlər. ABŞ-ın müdaxiləsi ilə bu ərazilərin husilərin nəzarətindən çıxması İranın da bölgədə zəifləməsi demək olacaq.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031