Prezidentliyə namizədliyini irəli sürənlərin sayı 15-ə çatdı
Azərbaycanda növbədənkənar prezident seçkilərində prezidentliyə namizəd olmaq üçün daxil olan müraciətlərin sayı 15-ə çatıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın iclasda məlumat verib.
Onun sözlərinə görə, 7 namizədin müraciəti artıq təsdiqlənib, daha 8-nin müraciətinin təsdiqi üçün işlər görülür.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
ZÜMRÜD