Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir...
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Siz dəqiq məqsədlərə çatmaq və ölkənizə sədaqət nümayiş etdirməklə peşəkar fəaliyyətinizdə çox uğurlara nail olmusunuz. Sizin uzaqgörən dövlət xadimi və müdrik lider keyfiyyətləriniz sayəsində Azərbaycan Respublikası böyük inkişaf və tərəqqi əldə edib, beynəlxalq arenada ölkənizin nüfuzu durmadan yüksəlir.
Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə Sizin daimi diqqətinizə görə minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikası dialoq üzrə tərəfdaş kimi təşkilatımız çərçivəsində qarşılıqlı fəaliyyəti genişləndirməyə səy göstərir. Əminəm ki, Sizin dəstəyinizlə biz qarşılıqlı faydalı əməkdaşlıq üçün daha çox səy göstərəcəyik.
Sizə və ailənizə səmimi-qəlbdən xoşbəxtlik və cansağlığı arzulayıram. Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Yeni il münasibətilə də təbrik edir, ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
xxx
Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin müdrikliyiniz, qətiyyətiniz, xarakterinizin möhkəmliyi əsl xalq liderinin parlaq xüsusiyyətləridir. Sizin ədalət və Vətənə fədakar xidmət ideallarınız respublika vətəndaşlarını yeni nailiyyətlərə ruhlandırır.
Hörmətli İlham Heydər oğlu, Sizin səmərəli rəhbərliyiniz sayəsində ölkə durmadan inkişaf edir, iri investisiya və infrastruktur layihələri reallaşdırılır, Azərbaycan əhalisinin həyat keyfiyyəti yüksəlir, dövlətin beynəlxalq arenada rolu güclənir.
Sizə möhkəm cansağlığı, tükənməz enerji və uzun ömür arzulayıram. Azərbaycanın rifahı və tərəqqisi üçün yorulmaz fəaliyyətiniz həmvətənləriniz tərəfindən həmişə layiqincə dəyərləndirilir və dəyərləndiriləcək".
xxx
Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.
Sizin Azərbaycanın Prezidenti vəzifəsində çoxillik səmərəli fəaliyyətiniz doğma ölkənizə sevginizin, onun təhlükəsizliyinin və hərtərəfli inkişafının, xalqın əmin-amanlığının təmin edilməsi səylərinizin parlaq təzahürüdür.
Bu gün də çox mürəkkəb qlobal çağırışlar şəraitində Sizin zəhmətinizin nəticələri, zəngin təcrübəniz və nüfuzunuz yeni genişmiqyaslı dövləti vəzifələrin həllinin, Azərbaycan Respublikasının vətəndaşları üçün zamanın tələb etdiyi faydalı konseptual layihələrin reallaşmasının bünövrəsidir.
Bu xoş fürsətdən istifadə edərək, Tatarıstan və Azərbaycan arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın səviyyəsindən böyük məmnunluq ifadə edir, həmçinin respublikamıza göstərdiyiniz diqqətli münasibətə görə Sizə təşəkkürümü bildirirəm. Ümidvaram ki, Tatarıstan-Azərbaycan qarşılıqlı fəaliyyəti gələcəkdə də fəal və məzmunlu olacaq, Rusiya və Azərbaycan xalqlarının strateji maraqlarına tam şəkildə cavab verəcək".
xxx
Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz mübarək. Bu münasibətlə səmimi təbriklərimi qəbul edin. Sizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
“Komsomolskaya pravda” ilə səmimi dostluğa və məhsuldar əməkdaşlığa görə təşəkkürümü bildirirəm".
xxx
Almaniyadan “S.A.T. Security and Transport” şirkətinin icraçı direktoru Konrad Szorq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə təbrik edir və ən xoş arzularımı çatdırıram. Sizə ailəniz və yaxınlarınızla birlikdə uzun ömür, cansağlığı və xoşbəxtlik diləyirəm. Azərbaycanı nüfuzlu, inkişaf edən, müasir və gözəl ölkəyə çevirən ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Bakıya hər səfərimdə bu şəhərdə baş verən inkişafa heyran oluram.
Bu xoş fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edirəm.
Qarşılıqlı etimad əsasında uğurlu əməkdaşlıqla nəticələnən xarici səfərləriniz zamanı ölkənizin əsl dostu kimi Sizinlə və nümayəndə heyətinizlə işləməkdən həmişə məmnunluq duyuram və Sizinlə gələcəkdə də işbirliyinə ümidvaram.
Zati-aliləri, icazə verin Sizə ən yüksək ehtiramımı və səmimi hörmətimi bir daha bildirim".
xxx
Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyinin direktoru Valentina Antonenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
İcazə verin, doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edim və ilk növbədə, Sizə möhkəm cansağlığı arzulayım. Həmçinin Sizə uzun ömür, əmin-amanlıq, rifah, ailənizə xoşbəxtlik diləyirəm.
Zati-aliləri, Siz nümunəvi həyat yolunuz, müdrik fəaliyyətinizlə sübut etdiniz ki, biz dünyaya xeyirxah işlər görmək üçün gəlmişik. Siz mənim üçün əziz və unudulmaz insanlar olan, ruhları qarşısında baş əydiyim valideynləriniz Heydər Əliyev və Zərifə Əliyevanın işlərini davam etdirərək bu missiyanı şərəflə yerinə yetirir, bəşəriyyət naminə qurub-yaratmağa davam edirsiniz. Onlar dünyaya Sizi - zəmanəmizin müdrik siyasi və dövlət xadimini, bizim təhsil müəssisəmizə ikinci həyat verən Azərbaycan xalqının böyük oğlunu bəxş ediblər. Sizin diqqət və qayğınız sayəsində əsaslı təmir olunmuş gözəl liseyimizdə bu gün 2300 şagird təhsil alır.
Zati-aliləri, qoy Uca Yaradan həmişə Sizi və doğmalarınızı, daha qüdrətli və gözəl ölkəyə çevrilən Azərbaycanı qorusun! Elə bir gün olmur ki, mən Sizi, xeyirxahlığınızı, daimi köməyinizi xatırlamayım. Uşaqlarımız üçün sığınacaqlarda lazımi şərait yaradılması ilə bağlı mənim xahişimin vacibliyini anlayışla qarşıladığınıza görə qarşınızda baş əyir, Sizə səmimi-qəlbdən təşəkkürümü bildirirəm.
Möhtərəm İlham Heydər oğlu, icazə verin, həmçinin Sizə bildirim ki, - bunu bilmək Sizin üçün də xoş olacaq, - bizim 3A sinfinin şagirdləri Azərbaycan dilini öyrənməyə başlayıblar və bunu 12-ci sinfə qədər davam etdirəcəklər. Sizə söz verirəm ki, hər il Azərbaycan dilini öyrənənlərin sayı daha çox olacaq.
Azərbaycan, Bakı, Naxçıvan daim mənim qəlbimdədir. Sizə qarşıdan gələn prezident seçkilərində səmimi-qəlbdən qələbə arzulayıram. Qəti əminəm ki, hələ uzun illər ölkənizə məhz Siz rəhbərlik edəcəksiniz, inşallah".
xxx
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və Sizə olan ən yüksək ehtiramımı qəbul edin.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, tərəqqi və nəzərdə tutduğunuz planların həyata keçməsində uğurlar diləyirəm.
İqtisadi cəhətdən firavanlaşan dövlətin inkişafı və Azərbaycan xalqının rifahının yüksəldilməsi istiqamətində fəaliyyətiniz Sizə təkcə doğma ölkənizdə deyil, həm də onun hüdudlarından kənarda böyük hörmət qazandırıb.
Azərbaycan Respublikası qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə, o cümlədən regionlararası səviyyədə həmişə Rusiya Federasiyasının strateji tərəfdaşı olub və bu, indi də davam edir. Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında yaranmış dostluq əlaqələrini yüksək qiymətləndirirəm və regionumuzla çoxplanlı qarşılıqlı faydalı münasibətlərin möhkəmləndirilməsinə dəstəyinizə görə Sizə səmimi-qəlbdən minnətdaram”.