KÖHNƏ VERSİYA            

Çin yuanı dolların dünya ağalığına son qoyur...

Image

Çinin milli valyutası olan yuan bu gün beynəlxalq ehtiyat valyutası kimi dünyada beşinci yerdədir. 2023-cü ildə bu pulun qlobal valyuta əməliyyatlarında payı 7% artıb. 

Hazırda  yuan dünyada ən sürətlə böyüyən valyutadır və Çin rəhbərliyi dolları dünyanın maliyyə sistemindəki dominant mövqeyindən sıxışdırmaq üçün əlindən gələni edir. Belə bir vaxtda Səudiyyə Ərəbistanının xarici ticarətdə yuanı seçməsi Çin üçün növbəti mühüm qələbə olub.

Qeyd edək ki, ötən ayın sonunda Pekin və Ər-Riyad 3 il müddətinə 50 milyard yuan (təxminən 7 milyard dollar) məbləğində valyuta mübadiləsi barədə razılığa gəliblər. Çinin Mərkəzi Bankı bildirib ki, saziş maliyyə əməkdaşlığı gücləndirməyə və yerli valyutaların istifadəsini genişləndirməyə kömək edəcək, Ər-Riyad və Pekin arasında investisiya və ticarəti təşviq edəcək. Valyuta svopunun məbləği nisbətən kiçik olsa da, razılaşmanın özü əhəmiyyətlidir: həm Çin, həm də Səudiyyə Ərəbistanı ABŞ dollarına əsaslanan Qərb maliyyə sistemindən asılılığını azaltmağa çalışır. Bundan əlavə, Səudiyyə Ərəbistanının ABŞ-ın Yaxın Şərqdə əsas tərəfdaşı olduğunu, Ər-Riyadın isə Qərb valyutasından asılılığın azaldılması zərurətini tam dərk etdiyini qeyd etmək vacibdir. Bu ilin aprel ayında Çin və Argentina 10,5 milyard dollar ekvivalentində valyuta mübadiləsi elan ediblər. İyun ayında isə svop xətti növbəti üç il üçün 18 milyard dollara qədər artırılıb. Bu svop çərçivəsində Argentina Çin idxalı üçün yuanla ödəniş edə bilib. Elə həmin ay Buenos Ayres Beynəlxalq Valyuta Fonduna olan 2,7 milyard dollarlıq borcunun bir hissəsini yuanla ödəyib. Argentina Mərkəzi Bankı argentinalıların artıq yuanla bank hesabları aça biləcəyini açıqlayıb. Uzun illər iqtisadi böhran yaşayan və dollarla valyuta ehtiyatları durmadan azalan Argentina üçün Çinlə valyuta müqaviləsi böyük əhəmiyyət kəsb edir. Çin üçün yuanın Argentina valyuta bazarına buraxılması özünü ağır iqtisadi sıxıntılar içində olan ölkələrə yardım etməyə hazır tərəf kimi elan etmək, eləcə də investisiya aləti kimi valyutanı gücləndirmək şansıdır. Rusiyanın da ticarət dövriyyəsinin dörddə biri artıq yuanla həyata keçirilir. Hələ ötən ilin oktyabrında yuan dolları ötərək Moskva birjasında ən çox satılan xarici valyuta olub. 2023-cü ilin birinci yarısının nəticələrinə əsasən, yuan Rusiyanın ticarət dövriyyəsinin dörddə birini təşkil edir. Özü də Çin ilə əməliyyatlar istisna olmaqla bu göstərici qeydə alınıb. Bu gün yuanın rubla nisbəti 1-dən 12,81-ə qədərdir və ölkə banklarında Çin valyutası ilə əməliyyatlar aparmaq, hesablar açmaq və depozitlər qoymaq mümkündür. Rusiya üçün Çin milli valyutasından istifadə Qərbin sanksiyalarının təzyiqinə baxmayaraq, beynəlxalq ticarətdə iştirakını davam etdirmək imkanıdır. Rusiya üçün bu fonda dedollarizasiya sürət qazanır, belə vəziyyət həm də yuanla ödənişlərə keçidlə bağlıdır. Pakistanda Rusiya ilə rubl və yuanla ticarətin aparılması imkanları nəzərdən keçirilir. Pakistan Ticarət Evi Assosiasiyasının prezidenti, Rusiya Ticarət və Sənaye Palatasının Rusiya-Pakistan İşgüzar Şurasının icraçı direktoru Zahid Əli Xan bu fonda qeyd edir: “Biz hələ ki, dollarla ticarət edirik, amma dollar da problemdir. Biz rublla alqı-satqı məsələsini nəzərdən keçiririk, lakin məsələ hələ ki, həll edilmək üzrədir. Və ya alqı-satqını yuanla da həyata keçirmək olar – Çin bizim çox gözəl dostumuz və qonşumuzdur”.

Onu da qeyd edək ki, son zamanlar qlobal şirkətlər Çin kredit bazarında getdikcə aktivləşərək rekord həcmdə yuanla istiqraz buraxırlar. Alman avtomobil istehsalçıları BMW və “Volkswagen” Qrupu da daxil olmaqla korporasiyalar münasib faiz dərəcələri əsasında Çindən borc alırlar. Belə borclanmaya görə yuan avronu ötüb və dünyada ticarətin maliyyələşdirilməsində istifadə edilən ikinci valyuta olub. Çin üçün qlobal maliyyələşmədə yuanın həcminin artırılması öz valyutasının beynəlmiləlləşməsi üçün əsas prioritetlərdən biridir. Yəni yuan Çindən kənarda getdikcə daha çox istifadə olunur. Bu günə qədər 40-dan çox ölkə Çin ilə valyuta mübadiləsi sazişi bağlayıb və yuan qlobal ticarət hesablaşmalarının təxminən 6%-ni təşkil edir. Çin yuanı güclənir, lakin dolların mövqelərini itirdiyini söyləmək bəlkə də tezdir. Bununla belə, ən azı, onun dünyada dominant mövqeyinin uzunömürlülüyü indi sual altındadır. Qlobal geosiyasi dəyişikliklər fonunda getdikcə artan ölkələrin sayı İkinci Dünya Müharibəsinin sonundan bəri qlobal maliyyə sistemində hökmranlıq edən valyutadan, yəni dollardan asılılığını tədricən azaldır və möhkəmlənən yuana üstünlük verir.  Gələcəkdə Çin öz pulunu rezerv valyutaya çevirməyi hədəfləyib.  Burada onu da xatırladaq ki, bir müddət əvvəl BRICS qrupunun (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) Yohannesburqda keçirilən sammitində əsas müzakirə mövzularından biri ABŞ dollarının qlobal dominantlığına son qoymaq olub.  Çoxqütblü dünya tələbi və Qərbin hegemonluğuna etiraz fonunda sammitdə dolların dominantlığına ən çox etiraz edən ölkələr Rusiya və Braziliya olub. Dolların hökmranlığından qlobal şəkildə uzaqlaşma çağırışları yeni deyil, lakin son geosiyasi dəyişikliklər və Qərblə Rusiya və Çin arasında artan gərginlik bu məsələni ön plana çıxarıb. 2022-ci ilin əvvəlində Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı Qərbin sanksiyaları Rusiyanın valyuta ehtiyatlarının təxminən yarısını dondurub və əsas Rusiya banklarını beynəlxalq ödənişləri asanlaşdırmaq üçün istifadə etdiyi mesajlaşma şəbəkəsi olan SWIFT-dən çıxarıb.  Bu fonda dolardan uzaqlaşmaq istəyənlərin sayı artır. Təbii ki, Azərbaycan da dünya maliyyə sahəsində gedən bu prosesləri mütləq nəzərə almalıdır.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031