KÖHNƏ VERSİYA            

Rusiyanın üzündən ölkəmizdə yumurta bahalaşa bilər...

Image

Məlum olduğu kimi, Azərbaycandan Rusiyaya ərzaqlıq yumurtanın ixracı ilə bağlı əldə olunmuş razılığın icrasına başlanılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata görə, Rusiya Federasiyasına “Yaraq-Qazmalar” buraxılış məntəqəsi vasitəsilə Azərbaycan Respublikasından 36 ton və ya 612 min ədəd həcmində ərzaqlıq yumurtanın ilk partiyası ixrac edilib.

Azərbaycandan ərzaqlıq yumurtanın Rusiya bazarlarına tədarükü barədə qərar bu ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvertin ölkəmizə səfəri zamanı AQTA sədri Qoşqar Təhməzli ilə aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib. Qeyd edək ki, AQTA ilə “Rosselxoznadzor” arasında Azərbaycan Respublikasından Rusiya Federasiyasına quşçuluq təsərrüfatı məhsullarının, əsasən də ərzaqlıq yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub. Rusiya Federasiyasında isə bir müddətdir yumurta qıtlığı yaşandığı bildirilir. Bu məhsulun qiymətlərində də ilin əvvəli ilə müqayisədə 46 faizə qədər artım olduğu vurğulanır. Rusiya ərzaq məhsulları istehsalçıları və təchizatçıları Assosiasiyasının (“Rusprodsoyuz”) məlumatına görə, ölkədə dekabrın 11-dən 17-dək yumurtanın orta pərakəndə satış qiyməti 12.8 rubl (24 qəpik) təşkil edib. Bu, 2013-cü ildən başlayaraq son 10 ilin rekordu sayılır. Rusiya prezidenti Vladimir Putin də məsələni şərh edərkən bu vəziyyəti yumurtaya tələbatın artması, istehsalın isə təqribən əvvəlki səviyyədə qalması ilə izah edib. Kənd təsərrüfatı naziri Dmitri Patruşev isə bir neçə gün əvvəl Rusiyaya Azərbaycan və Türkiyədən yumurta idxal olunacağını bildirmişdi. Patruşev Rusiya hökumətinin dost ölkələrdən toyuq yumurtasına idxal gömrük rüsumlarının sıfırlanmasını da təsdiqləyib və hazırda yumurtanın idxal rüsumunun istehsalın maya dəyərinin 15 faizini təşkil etdiyini, güzəştin 2024-cü il yanvarın 1-dən iyunun 30-dək qüvvədə olacağını, bu müddət ərzində hökumətin hesablamalarına görə, ölkəyə rüsumsuz 1,2 milyard yumurta idxalının reallaşacağını diqqətə çatdırıb. Rusiya Kənd Təsərrüfatı Nazirliyi yumurta idxalında rüsumların sıfırlanmasını operativ tədbir adlandırıb. Bu, ölkədə sözügedən məhsulla bağlı daxili bazarın tələbatını ödəmək və tezliklə qiymətin bahalaşma dinamikasını sabitləşdirmək məqsədi daşıdığını bildirib.  Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədri Vladimir Qutenev də   Türkiyə və Azərbaycandan idxal olunacaq yumurtanın qiymətinin  tənzimlənməsinin  əsas və yeganə tədbir olduğunu vurğulayıb.  Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətin yaydığı məlumata görə, proses artıq başlayıb və yuxarıda qeyd edildiyi kimi Azərbaycandan Rusiyaya 612 min ədəd yumurta idxal edilib. Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 2 milyard 100 milyon 200 min ədəd yumurta istehsal olunub. Bu da 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 9.9 faiz artım deməkdir. İxraca gəlincə isə, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından bildirilib ki, hazırda Azərbaycandan Yaxın Şərq ölkələrinə – Qətər, Səudiyyə Ərəbistanı, İraq və digər ölkələrə yumurta ixrac edilir: “Yaxın Şərq ölkələri ilə birlikdə ümumi gündəlik ixrac imkanı 1.6 milyon ədəddir. Oktyabrın 1-dək olan statistik məlumata görə, Azərbaycan həmin ölkələrə 40 milyon ədəd yumurta ixrac edib”.

Assosiasiyadan qeyd olunub ki, Azərbaycanda gündəlik yumurta tələbi 3.5 milyon ədədə yaxındir, gündəlik istehsal isə 5 milyon civarındadır: “Ona görə də hər hansı qıtlıqdan söhbət gedə bilməz. Rusiyaya da yumurtanın ixracı daxili bazara heç bir təsir göstərməyəcək”. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə “Azadlıq” radiosuna bildirib ki, Rusiya bu ilin 10 ayı ərzində keçən ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox yumurta istehsal edib: “İş burasındadır ki, onlarda son zamanlar yumurtaya tələbat artıb. Rusiya adambaşına normadan çox yumurta istehlak edir. Norma ilboyu adambaşı 290 ədəd yumurta olduğu halda, onlar 350 yumurta istehlak edirlər. Bunun da əsas hissəsini Rusiya özü istehsal edir və az bir hissəsini Belarusdan idxal edirdi. İndi isə tələbat artdığına görə Azərbaycan və Türkiyədən idxala başlayıb”. Ekspertin fikrincə, Azərbaycan Rusiyaya yumurta göndərirsə, bu, bahalaşmaya səbəb ola bilər. V.Məhərrəmovun sözlərinə görə, Rusiyada yumurtanın qiyməti qalxdığından Azərbaycandakı bəzi işbazlar fürsətdən istifadə edib daha çox pul qazanmaq istəyirlər: “Azərbaycanda artıq yumurta qiyməti yavaş-yavaş qalxır. Mən müşahidə apardım, artıq 2 qəpik artım var və bu, gedə-gedə arta bilər. Əgər hökumət yumurta ixracının qarşısını almasa, Azərbaycanda yumurta qiyməti artacaq”. Bakıda broyler yumurtası son günlər 16-17, kənd yumurtası isə 35-40 qəpiyə satılır. Son həftələr kənd yumurtasının təqribən 30 faiz bahalaşdığı bildirilir. Onu da qeyd edək ki, son illərdə ölkəmizdə ərzaq təminatı ilə bağlı digər sahələr kimi, sənaye quşçuluğunun inkişafına da mühüm önəm verilib. Həmçinin  yeni texnologiyaların tətbiqi bu sahənin inkişafını daha da sürətləndirib, quşçuluq təsərrüfatlarının quş əti və damazlıq yumurta üzrə istehsal gücləri artıb. Amma Rusiya bazarı böyükdür və Azərbaycandan bura ixrac həcmi artarsa, bu, daxili qiymətlərdə özünü göstərəcək.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031