Avroittifaqın "Maqnitski" sanksiyalarına Azərbaycan necə salındı, necə çıxarıldı?...
Maraqlı hadisə baş verib. Dekabrın 17- də Avropa Birliyinin saytında belə bir məlumat yerləşdirilib ki, Azərbaycan və Ermənistanın da qoşulduğu "Avropa Maqnitski sanksiyalar siyahısının" fəaliyyəti daha bir il uzadılıb. Yəni həmin məlumata görə siyahı 2024- cü ilin 8 dekabrınadək qüvvədə olacaq.
Lakin məlum olub ki, bu hadisədən bir müddət sonra Azərbaycanın adı saytda yerləşdirilmiş məlumatdan və Borrelin məruzəsindən çıxarılıb. Çünki Azərbaycan bu siyahıya qoşulmayıb və siyahya dəstək vermiş qeyri- Avropa birliyi ölkələri sırasında deyil.
Xatırladaq ki, Avropa Maqnitski siyahısı insan haqlarını pozan şəxslərə sanksiya tətbiqini nəzərdə tutur.
Tahir Tağıyev