KÖHNƏ VERSİYA            

Qırmızı dənizdə "dünya müharibəsi" - neft qiymətləri oynadı...

Image

Son günlərdə bütün dünyanın diqqəti Qırmızı dənizdə baş verənlər üzərində cəmlənib. Çünki bu, dünya iqtisadiyyatına təsir etməkdə, ilk növbədə neft qiymətlərini artırmaqdadır.

Məsələ burasındadır ki, beynəlxalq gəmiçilik şirkətləri xərclərini kəskin artırıb. Buna səbəb Qəzza münaqişəsi və Qırmızı dənizdə yaşanan problemlərdir. Yaxın Şərqdən enerji təchizatının çatdırılma istiqamətinin dəyişməsi də əsas səbəblərdəndir. Türkiyənin “Yeni şafak” qəzeti yazır ki, İsrail administrasiyasının yaratdığı geosiyasi alov pandemiyanın şokundan hələ də çıxmamış qlobal ticarət üçün yeni risq mənbəyinə çevrilib. Yəmənin şimalında hakim olan “Ənsar Allah” hərəkatının (Husilər) Qırmızı dənizdə gəmilərə hücumları səbəbindən bir çox şirkətlər gəmilərini Atlantik okeanı üzərindən hərəkət etdirir. Enerji şirkətləri də eyni addımı atıblar. Marşrutların dəyişdirilməsi 40 gün vaxt itkisi, həm də yüksək xərclər yaradıb. Beləliklə, dünyanın bir neçə gəmiçilik nəhəngi Yəmən husi üsyançılarının hücumlarının artması səbəbindən gəmilərinin Qırmızı dənizlə hərəkət etməsinə son qoyub. Səbbə də odur ki, Danimarkanın “Maersk” gəmiçilik şirkəti, Almaniyanın “Hapag-Lloyd” gəmiçilik və konteyner şirkəti və İtaliya-İsveçrə “MSC” aparıcı gəmiçilik şirkəti Qırmızı dənizi Aralıq dənizi ilə birləşdirən Süveyş kanalında Yəmən husi üsyançılarının hücumuna məruz qalıb. Böyük Britaniyanın BP şirkəti bu bölgədəki "dəniz nəqliyyatında təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsini nəzərə alaraq" Qırmızı dənizdəki bütün tranzitləri dayandırdığını elan edib. Norveçin “DNB Markets” aparıcı investisiya bankının analitikləri hesab edirlər ki, dünya gəmiçilik nəhənglərinin qərarı beynəlxalq neft ticarətinin bu həyati vacib damarı üçün risk ehtiva edir: “Bazarlar gəmilərin əlçatanlığı və qiymətlər baxımından nəticələri yaxşı dərk edirlər”. xatırladaq ki, Hind okeanını Aralıq dənizi və beləliklə də Avropanı Asiya ilə birləşdirən Qırmızı dəniz dünyanın su yolları şəbəkəsinin mühüm həlqəsidir. Süveyş kanalından hər il təxminən 20 min gəmi keçir. Belə bir vaxtda Yəmənin “Ənsar Allah” qiyamçı hərəkatından olan husilər hər 12 saatdan bir Qırmızı dənizdə ticarət gəmilərinə hücum etmək niyyətindədirlər. Hərəkatın nümayəndəsi Mohamed Abdel Salam bu xüsusda bildirib: “Dəniz əməliyyatlarına gəlincə, onlar tam sürətlə davam edir. Biz əməliyyatların 12 saatdan aparılacağına ümid edirik”. Qeyd edək ki, Yəmənin husi qiyamçıları dekabr ayından Qırmızı dənizdə gəmilərə hücum edir. Onların fikrincə, bu hücumlar fələstinlilərlə həmrəylik nümayiş etdirmək məqsədi daşıyır. Üsyançılar İsrail Qəzza zolağında döyüşləri dayandırana qədər hücumları davam etdirəcəkləri ilə hədələyirlər.

Husi üsyançıları Qəzza zolağında qarşıdurmanın qızışmağa başladığı oktyabrın 7-dən indiyədək Qırmızı dənizdə gəmilərə 100-dən çox hücum həyata keçirib. ABŞ Müdafiə Nazirliyinin akvatoriyadakı vəziyyətə dair 43 ölkə nümayəndəsinin iştirakı ilə keçirilən onlayn konfransın yekunlarına dair bəyanatında bununla bağlı deyilir: “Husilər pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə edərək 10 ticarət gəmisinə 100-dən çox hücum həyata keçirib, bununla da 35-dən çox ölkəyə qarşı gəliblər”. Pentaqondan, həmçinin bildirilib ki, dünya ticarətinin 10-15 %-ni təşkil edən Qırmızı dənizdən keçən kommersiya gəmiləri marşrutu dəyişmək məcburiyyətindədir, nəticədə çatdırılma müddəti bir neçə həftə artır. Qeyd edək ki, bir müddət əvvəl ABŞ Qırmızı dənizi husilərin atəşindən qorumaq üçün beynəlxalq əməliyyata başladığını açıqlamışdı. Belə ki, Pentaqon Qırmızı dənizdə husilərin gəmilərə hücumlarının qarşısını almaq üçün əməliyyata başladığını bildirib. Məlumata görə, əməliyyat “Rifahın keşikçisi” adlandırılıb. Böyük Britaniya, Fransa, İtaliya, Niderland, Bəhreyn və Seyşel adaları da daxil olmaqla, bir çox dövlətlər burada iştirak edəcək. Elə bundan sonra husilər bəyan ediblər ki, Qırmızı dənizdə gəmilərin mühafizəsi üçün yaradılmış beynəlxalq koalisiya ölkələrinin hərbi gəmilərinə hücum edəcəklər. “Ənsar Allah” siyasi şurasının üzvü Məhəmməd Əli əl-Husi İranın ərəbdilli “Al Alam” telekanalına müsahibəsində deyib: “Bizə qarşı çıxan istənilən ölkənin gəmiləri Qırmızı dənizdə hücuma məruz qalacaq”. Qəzza zolağında HƏMAS-İsrail münaqişəsinin şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücum edəcəklərini və İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.  Nəticədə artıq Avropanın 4 böyük şirkəti Süveyş kanalı ilə müxtəlif yüklərin daşınmasından imtina edib. Onların sayının daha da artması gözlənilir. “Bloomberg” agentliyi bildirir ki, böyük enerji şirkətlərinin Qırmızı dənizlə neft tranzitini dayandırmaları qiymətlərin artmasına gətirib çıxaracaq. Ekspertlərin fikrincə, belə hadisələr ən böyük enerji nəhəngləri arasında artan narahatlığa səbəb olur. BP-nin Qırmızı dənizdə tranzitin dayandırılması ilə bağlı açıqlamasından sonra bu qərarın şirkətin bütün tankerlərinə və tərəfdaşlarının ticarət gəmilərinə şamil ediləcəyi gözlənilir. Enerji nəhənginin nümayəndələri tranzitin bərpasının Qırmızı dənizdə vəziyyətin normallaşmasından sonra mümkün olacağını bildiriblər. Ekspertlər xəbərdarlıq edirlər ki, regionun qlobal dəniz ticarətinin 10-15 faizə qədərini təşkil etməsi vəziyyəti daha da ağırlaşdırır. Beləliklə, gəmi sahibləri bundan sonra Misirin Süveyş kanalından marşrut kimi istifadə edə bilməyəcəklər. Bunun əvəzinə, əsasən Afrika qitəsindən yan keçməklə sifarişin çatdırılması üçün alternativ yollar tapmaqla, səyahət vaxtını əhəmiyyətli dərəcədə artırmalı olacaqlar. Analitiklər bildirirlər ki, bu amillər xammalın qiymətinin kəskin artmasına və qlobal enerji bazarında nəqliyyatın çökməsinə səbəb ola bilər. Bu halda ekspertlər qiymət şoku olacağını istisna etmir.  

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031