İran rejimi Təbrizdə Azərbaycan musiqisinə görə restoranı bağladı...
“Azad İran” “Telegram” kanalı yazır ki, Təbrizin Xosrovşah qəsəbəsində restoranlardan biri Azərbaycan musiqisi səsləndirildiyi və məcburi hicab qaydalarına əməl edilmədiyinə görə bağlanıb.
Təbriz şəhər polis idarəsinin rəisi Yadulla Cahanara restoranda baş verənləri “əxlaq və ictimai normaların pozulması” kimi qələmə verib və bu səbəbdən restoranın fəaliyyətinə qadağa qoyulduğunu deyib.
Qeyd edək ki, bu il İranda məcburi hicab qaydalarının pozulmasına və musiqi səsləndirilməsinə görə üç min iş yerinin fəaliyyəti qadağan edilib.
TAHİR