İranda 57 milyard dollarlıq korrupsiya qalmaqalı - Keçmiş deputat hökuməti yıxıb sürdü...
İranda korrupsiyanın ümumi məbləği 57 milyard dollar qiymətləndirilir. Bu barədə məlumat yayan “Azad İran” “Telegram” kanalı xəbər verir ki, bunu İran parlamentinin keçmiş üzvü və Əllamə Təbatəbai Universitetinin professoru Hişmətullah Fəlahətpişe deyib.
Keçmiş deputatın sözlərinə görə, ölkədə hər ay daha böyük korrupsiya xəbərləri olacaq. "İranda iri mənimsəmələrdə baş verən oğurluqların ümumi məbləği 57 milyard dollardan çox qiymətləndirilir. Bu rəqəm Cənubi Koreyanın Beynəlxalq Valyuta Fondundan götürdüyü ümumi kreditə bərabərdir və müflisləşmiş iqtisadiyyatını xilas etməklə yanaşı, dünyanın ən yaxşı iqtisadiyyatına sahib 10 ölkədən birinə çevrilib”, - deyə H.Fəlahətpişe bildirib.
Hakimiyyət rəsmilərinin yanaşma tərzinin daha böyük korrupsiya hallarına yol açacağını deyən parlamentin keçmiş üzvü ifşa edilən böyük korrupsiya halları qarşısında İbrahim Rəisi hökuməti və parlamentin səssiz qalmasını da kəskin tənqid edib.
TAHİR