Jerar Depardye Fransanın ali ordenindən imtina etdi....
Dünya şöhrətli aktyora bu ordeni 1996-cı ildə prezident Jak Şirak vermişdi. Aktyor Fransanın Şərəf Legionu ordenini mədəniyyət naziri Rima Malakın "üstünə atıb".
Az əvvəl ordenin Şurası Depardyenin ordendən məhrum edilməsi prosedirunu başlatmışdı. Aktyor gözləmədi və başqalarının onun üçün hazırladığı sonluğu qəbul etmədi, özü imtina etdi.
Depardye Belçika ilə sərhəddə sakit bir kəndə köçərək fransa vergisindən yayınmaqda qınanır.Eyni zamanda ,Depardye "Əlavə təhqiqat" sənədli filmində 2018- ci ildə Cənubi Koreya səfərində etdiyi hərəkətlərə görə ittiham olunur. Aktyor kamera qarşısında qadın səsi və qadın hərəkətləri ilə cinsi əlaqəni imitasiya edir, at sürən qızı seksual ifadələrlə təhqir edir....
Əli Turabov