KÖHNƏ VERSİYA            

Qərb Ukraynada Rusiyaya məğlub olur...

Image

Ukraynada mövcud vəziyyətin təhlili yeni maraqlı situasiyanı üzə çıxarır. Belə bəlli olur ki, mərmi, xüsusən də artilleriya mərmisinin istehsalı sahısində Qərb Rusiya ilə yarışı uduzur. 

Elə bunlar fonunda Ukrayna Ali Radasının deputatı Aleksandra Ustinova bildirir ki, sursat çatışmazlığı səbəbindən Ukrayna müdafiəyə keçid üçün üç istehkam xətti yaratmağa hazırlaşır: “Silah yoxdursa, biz artıq istehkamlar hazırlayırıq - üç xətt üzrə istehkam... Xüsusən qışda müdafiə müharibəsinə keçəcəyik”.

Ustinova əlavə edib ki, dünyada mərmi tükənmək üzrədir. Onun sözlərinə görə, ABŞ və Avropa qüvvələrini birləşdirsə belə, Rusiya qədər sursat istehsal edə bilməzlər. ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun ekspertləri Ukrayna müharibəsi meydanındakı vəziyyət barədə son hesabatlarında yazırlar ki, Qərb yardımlarının azalması Rusiya ordususunun irəliləməsinə münbit zəmin yaradır: “Artıq Rusiya qüvvələri Avdeyevka istiqamətində irəliləyərək dəmir yolunun arxasındakı Stepnoye kəndi həndəvərində mövqeləri ələ keçiriblər”. Bununla yanaşı, qurum Qərbin Kiyevə yardımı dayanacağı təqdirdə Rusiyanın bütün Ukrayna ərazisini işğal edəcəyi halda nələrin ola biləcyinin hipotetik ssenarisini verib. Ekspertlərin fikrincə, bu halda Rusiya Ukraynanın qərbində - Polşa, Slovakiya, Rumıniya və Macarıstanla sərhəddə hərbi bazalar qura bilər. Qeyd edilir ki, bu, Moskvaya 1-ci tank ordusu da daxil, əhəmiyyətli ehtiyatlarla dəstəklənən ən azı 8 diviziya ilə NATO-ya üzv bir və ya bir neçə ölkənin üzərinə mexanikləşdirilmiş hücum həyata keçirmək imkanı verərdi. Ekspertlər bunu da bildirir ki, bu halda Rusiya qoşunlarını S-300, S-400 və S-500 zenit-raket qurğularından ibarət sıx hava hücumundan müdafiə sistemləri qoruya bilərdi. Müharibə Tədqiqatları İnstitutunun təhlilçiləri bu qənaətdədirlər ki, NATO belə təqdirdə hazırda Avropada olan qüvvələrlə Rusiya ordusunun hücumundan qoruna bilməzdi. Bu isə o deməkdir ki, ABŞ Avropa qitəsinə əhəmiyyətli sayda əsgər və aviasiya vasitələri gətirməli olardı. Ekspertlər düşünür ki, hadisələrin belə inkişafı ABŞ-ı Tayvanı Çinin mümkün hücumundan qorumaq imkanından məhrum edərdi. Ukrayna üçün çoxmilyardlıq hərbi yardım paketinin Konqresdə ilişib qaldığı bir vaxtda, Birləşmiş Ştatlar və onun müttəfiqləri belə bir yardım olmadan Kiyevin bu müharibədəki məğlubiyyətinin mümkünlüyünü qiymətləndirirlər. ABŞ-ın vəzifəli hərbi rəsmilərindən biri CNN telekanalına deyib: “Bizimlə birlikdə uğura qarantiya yoxdur, lakin bizsiz onların məğlubiyyəti qaçılmazdır”. Hazırda Qərbin ən böyük narahatlığı Ukraynanın şərqdə və cənubdakı əks-hücum əməliyyatlarının taleyidir. Avropalı diplomatlardan biri bildirib ki, ABŞ-ın dəstəyi olmadan ukraynalıların cəbhədə əldə etdiyi kiçik irəliləyişi qoruyub saxlamaq mümkün olmayacaq. “Associated Press” agentliyi isə yazır ki, ABŞ administrasiyasının Ukraynaya maliyyə dəstəyi üçün imkanlarının tükəndiyi bildirilsə də, Ağ Ev Konqreslə Kiyevə hərbi yardım haqqında qanunun qəbulu üçün danışıqları davam etdirir. Amma hələ də nəticə yoxdur.

Bunlar fonunda CNN-in Ukrayna olayları ilə bağlı məqaləsində vurğulanır ki, prezident Volodimir Zelenski həqiqətən Qərb ölkələrinə son səfərində dəhşətli bir həftə keçirib. Onun komandası Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamaq qərarından sonra qələbəni elan etsə də, üzvlük üçün müharibə Kiyevin qələbəsi ilə başa çatmalıdır. Ancaq bunların heç birinə hazırda zəmanət verilmir. Məqalədə Zelenskinin Ukraynaya kömək istəməsi üçün ABŞ-a səfəri mövzusuna da toxunulub: “ABŞ və AB-nin maddi dəstəyi olmasa və ya onlardan biri maliyyə dəstəyini dayandırsa, çox güman ki, yaxın iki ildə Ukraynanın böyük hissəsi Rusiyanın işğalı altına düşəcək”. Almaniyanın “Bild” nəşri isə qeyd edir ki, Qərb yardımlarının azalmasından istifadə edən Rusiya Ukraynada bütün cəbhə xətti boyunca hücumları gücləndirib: “Rusiya Silahlı Qüvvələri Oskol çayına çatmaq istəyir. Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin Krınki kəndi yaxınlığındakı mövqelərinə hücumlar həyata keçirilir. Zaporojye bölgəsində isə rus qoşunları ukraynalıların yay əks-hücumları zamanı geri qaytardıqları ərazilər uğrunda mübarizəni davam etdirir. Donetskdə Avdeyevka uğrunda mübarizə də davam edir. Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun bir neçə mövqeyini ələ keçirib”. Rusiya xarici işlər naziri Sergey Lavrov bu fonda bir sıra Qərb ölkələrinin liderlərinin Ukrayna məsələsini və Avropanın təhlükəsizliyini müzakirə etmək üçün görüşmək təklifləri ilə Moskvaya dəfələrlə siqnallar göndərdiyini bildirib. Lavrovun sözlərinə görə, Qərbin Ukraynada başlatdığı müharibənin dalana dirəndiyini anlamağın vaxtı çatıb: “ABŞ və Avropa ölkələri artıq ümidlərini doğrultmayan Kiyev üçün pul tapmaqda çətinliklər yaşayır. Ukrayna açıq şəkildə ümidləri doğrultmadı”. Xatırladaq ki, Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib. Rusiya prezidenti Vladimir Putin də bəyan edib ki, ölkəsi Moskvada məqsədlərinə çatacaq. O, ABŞ-ın da bu məsələdə mövqeyinə toxunub: “Vaşinqton Moskva ilə hesablaşmalı və ümumi dil axtarmalı olacaq. Çünki bizi nəzərə almalı olacaqlar”.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031