“Sosial-iqtisadi və Ekoloji inkişaf" İB-nin təşəbbüsü ilə ictimai müzakirə keçirildi
'Sosial- iqtisadi və Ekoloji inkişaf" İctimai Birliyinin və Azarbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə"Yaşıl artım və vergi siyasəti: mövcud vəziyyət, yeni çağırışlar və mütərəqqi hallar"mövzusunda Bakı Kob Evində ictimai müzakirə keçirildi.
Tədbir zamanı İctimai birliyin sədri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Rahilə Mehdiyeva, mövzu ilə bağlı iştirakçılara məlumat verdi.Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Leyla Əliyeva, Azərbaycan Respublikasının Ailə, Qadın va Uşaq Problemləri üzra Dövlət Komitəsinin rəsmisi Ceyran Rəhmətullayeva, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin, Milli Hidrometeorologiya Xidmətinin şöbə müdiri Fuad Hümbətov,Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, ETSN-nin yanında İctimai Şuranın sədr müavini Məhsəti Nüseinova və digər nümayəndələr çıxış etdi. Tədbir sahibkarların qarşılıqlı müzakirəsi ilə davam etdirildi. Eyni zamanda tədbirdə tərəfdaş kimi iştirak edən Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndələri də müxtəlif fikir mübadiləsi apardılar.