MİT- MOSSAD müharibəsi dünyanı bürüyəcək....
Yaxın Şərqdə, konkret olaraq Fələstin və İsrail arasında baş verən müharibə və gərginlik heç şübhəsiz ki, qardaş Türkiyə dövlətinin də proseslərə müdaxiləsini və sərt münasibətini qaçılmaz edib. Xüsusilə Türkiyə və İsrail arasındakı gərginlik sükunətli olsa da davam edir. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz facebook səhifəsində bu barədə fikirlərini qələmə alıb.
Politoloq yazır: "Yaxın Şərqdə İsrail - Həmas müharibəsinin uzantılarından biri Türkiyə Kəşfiyyat Təşkilatı ( MİT) ilə İsrail " MOSSAD" ı arasında gizli- qanlı müharibələr olacaq. Artıq başlayıb. İki həftə əvvəl MİT- in bir Qəzzalı gənci MOSSADın əlindən qurtarması MOSSADa bərk yer edib. Qisas əməliyyatlarının hazırlandığı barədə xəbərlər dolaşır.
Bu dəhşətli müharibə olacaq. Hər iki kəşfiyyatın yetərli təcrübəsi, peşə ənənəsi, bütün dünya boyu köklənmiş strukturları və ən əsası milli- dini köklərə fanatik bağlılıqları var....
Allah sonundan saxlasın...."
Mətləb