Züqanovdan Putinə ilginc jest - "Sizi şlyapasız 15 dərəcə şaxtada qayığa kim buraxıb?!...
Putin Dövlət Dumasının fraksiya rəhbərlərini qəbul edərkən maraqlı anlar yaşanıb. Volodin, Züqanov, digərlərinin iştirak etdiyi görüşdə hər kəs var gücü ilə dövlət başçısını çox sevdiyini sübut etməyə çalışıb və inanılmaz jestlər ediblər.
Ən maraqlı davranış KP rəhbəri Gennadi Züqanovdan gəlib. Züqanov Putini xeyli tərifləyəndən sonra tarixə müraciət edib: "Çar 3-cü İvan Kremli tikdi, 1-ci Pyotr Peterburqu tikdi, 3-cü Aleksandr "Transsibir" dəmiryolunu tikdi". Bu anda Putin müdaxilə etdi və dedi ki, bəli, mən də dünən Şimali Dvində qəbul etdiyim bir sualtı qayığa çar 3-cü İvan adı verdim. Bu anda Züqanov Putinin sözünü nümayişkəranə kəsdi və dedi: "Mən elə buna gəlmək istəyirdim. Axı sizi 15 dərəcə şaxtada oraya başıaçıq kim buraxmışdı? Müharibə vaxtı Ali baş komandanın can sağlığı bütün millətin sağlamlığı deməkdir. Mən onları qətiyyətlə qınayıram"...
Putin çarəsiz qaldı və bu qeyri-adi jestin qabağında tək bunu deyə bildi ki, bu qınağın bir hissəsini də mən öz üzərimə götürürəm. Daha nə desin? Züqanov az qadı desin ki, mən sizi özünüzdən çox istəyirəm...
Namiq Quliyev