ABŞ Yəmən husilərinə zərbə endirilməsi imkanlarını nəzərdən keçirir...
Pentaqon Qırmızı dənizdə gəmilərə hücumların artmasına cavab olaraq Yəməndə qiyamçı husilərin hərbi obyektlərinə zərbə endirilməsi imkanlarını nəzərdən keçirir. Bu barədə “Semafor” nəşri ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
“ABŞ rəsmiləri bildiriblər ki, husilərə zərbə endirilməsi məsələsi öyrənilir”, - deyə nəşr qeyd edir.
Bayden administrasiyasının nümayəndələri dəfələrlə bildiriblər ki, onların prioriteti bu cür zərbələr deyil, HƏMAS-ın Qəzza zolağından çıxarılması ilə bağlı İsrailin həyata keçirdiyi kampaniyanı dəstəkləməkdir.
Yəmən husiləri hansı ölkəyə məxsus olmasından asılı olmayaraq, Qırmızı dənizdə İsrailə gedən bütün gəmilərə hücum edəcəklərini bəyan etmişdilər. O vaxtdan bəri Bab əl-Məndeb boğazında və Qırmızı dənizdə gəmilərə bir neçə hücum həyata keçirilib.
ZÜMRÜD