KÖHNƏ VERSİYA            

Paşinyan Putini saymır, Ermənistanın çətin günləri...

Image

Rusiya yenidən ən yüksək səviyyədə Ermənistana MDB, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı və KTMT-də fəaliyyəti ilə bağlı xəbərdarlıq edib. Bu xəbərdarlıqdan belə bəlli olur ki, Kreml İrəvanın həmin təşkilatları, xüsusən də KTMT-ni tərk etməsini istəmir. 

Bunu Rusiya prezidenti Vladimir Putinin bu barədə vətəndaşlarla “birbaşa xətt”də və jurnalistlərlə geniş mətbuat konfransında səsləndirdikləri də təsdiq edir.

Putin bildirib ki, Ermənistanda çətin daxili siyasi proseslər gedir: “Ermənistanda Qarabağla bağlı çətin proseslər gedir. Qarabağdan imtina edən biz deyildik. Bu torpaqların Azərbaycanın bir hissəsi olduğunu Ermənistan tanıyıb. Bizə isə onların belə bir qərar verməyə hazırlaşdıqları məlumatı verilməyib. Düşünmürəm ki, bu halda Ermənistanın MDB, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı və KTMT-dəki üzvlüyünə xitam vermək onun maraqlarına uyğundur. Bu, yenə də dövlətin seçimidir”. Beləliklə, Putin bildirir ki, adları çəkilən qurumları tərk etmək Ermənistanın maraqlrına uyğun olmayacaq. Amma Putinin bu dediklərinin ardınca Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə vətəndaşların suallarını cavablandırarkən ölkəsinin KTMT-ni tərk etmək niyyətinin anonslarını səsləndirib. Bununla bağlı o qeyd edib: “Müşahidələrimiz göstərir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının de-fakto hərəkətləri və ya hərəkətsizliyi onun Ermənistan qarşısında götürdüyü öhdəliklərə uyğun gəlmir”.

Hakimiyyətin niyə KTMT-dən çıxmaq barədə qərar qəbul etməməsi ilə bağlı suala münasibət bildirən Paşinyan cavab verib ki, bununla bağlı siyasi iradə var və Ermənistanın maraqları nəzərə alınmaqla qərar veriləcək: “Niyə biz KTMT-dən çıxmaq və ya bu təşkilatda üzvlüyə xitam vermək barədə qərar qəbul etməmişik? Biz Ermənistanın dövlət maraqlarına əsaslanaraq qərar verəcəyik. Bizim istiqamətimiz Ermənistanın dövlət maraqlarıdır. Məlumatlarımız göstərir ki, faktiki olaraq, KTMT-nin hərəkətləri və ya hərəkətsizliyi onun respublika qarşısında götürdüyü öhdəliklərə uyğun gəlmir. Biz isə bu məsələni açıq şəkildə qaldırırıq”. Onun sözlərinə görə, Ermənistan tərəfi KTMT-nin mövqeyini başa düşmək, eləcə də özünün mövqeyini quruma çatdırmaq üçün bütün tədbirləri görməyə hazırlaşır.

Xatırladaq ki, KTMT faktiki olaraq Rusiyanın patronajlığı altında yaranan və fəaliyyət göstərən qurumdur. Rəsmi İrəvan təşkilatı Azərbaycanla müharibədə Ermənistana yardım etməməkdə günahlandırır. Amma hazırda nə KTMT, nə də digər amillər Azərbaycana təsir göstərmək gücündədir. Ən əsası isə, yüksək səviyyəli Rusiya-Azərbaycan münasibətləri elə statusdadır ki, Ermənistan bu xətlə də hər hansı bir təsir imkanı qazanmaq iqtidarında deyil. Elə bu, həm də Qərbin təhriki İrəvanı KTMT-dən uzaqlaşdırır. İrəvan KTMT-dəki nümayəndəsi Viktor Biyaqovu geri çağırıb və onun yerinə yenisini təyin etməyib. Rusiyalı hərbi analitik Vladimir Yevseyev bildirir ki, KTMT  ilə bağlı siyasət Ermənistana baha başa gələcək, Qərb bu ölkəyə yardım etməyəcək: “Güman edildiyi kimi, Avropa İttifaqı praktiki mənada Ermənistanın təhlükəsizlik və hərbi potensialının artırılması üçün heç bir iş görməyəcək”. Onun sözlərinə görə, Aİ-nin qeyd etdiyi sahələrin əksəriyyəti daimi əməkdaşlıq sahələridir, məsələn, dezinformasiyaya qarşı mübarizə, kiberhücumlarla mübarizə sahələrində Aİ ilə əməkdaşlıq Ermənistan üçün yenilik deyil: “Yenilik Ermənistanda siyasi mövcudluq və Ermənistana münasibətdə görünməmiş miqyasda “yumşaq güc”dən istifadə edilməsidir ki, bununla da sadəcə olaraq təhlükəsizlik təəssüratı yaratmağa cəhd ediləcək. Lakin müharibələr dövründə ölkələrin təhlükəsizliyini təmin etmək üçün həm müdafiə, həm də hücum silahlarına ehtiyacı var. Bölgədə təhlükəsizliyin təmin edilməsi və hərbi balansın bərpası üçün həm müdafiənin səmərəli təşkili, həm də hücuma xidmət edən silahların olması zəruridir. Onu da qeyd edim ki, bir çox silahlardan həm müdafiə, həm də hücum üçün istifadə olunur. Ona görə də Aİ-nin müdafiə ehtiyaclarını öz üzərinə götürəcəyi xüsusi vurğulananda bu, bu sahədə ciddi addımların atılmayacağı, ciddi silahlanmanın təmin olunmayacağı anlamına gəlir. Bu halda söhbət ayrı-ayrı ölkələrdən gedir, çünki Aİ nə silah sata, nə də başqa ciddi hərbi əməliyyatlar apara bilər. “Yumşaq güc” sahəsində gedişlər olacaq”. Yevseyev qeyd edib ki, paralel olaraq Aİ müşahidəçilərin sayını artırır, onların səlahiyyət və imkanlarını artırmır: “Müşahidəçilər sadəcə siyasi mövcudluğu təmin etmək üçün Ermənistandadırlar. Bu da Rusiyanı narazı salır”. Bundan başqa, Rusiya Moskva, Bakı və İrəvan arasında imzalanan üçtərəfli sazişləri inkar etmək cəhdlərini təhlükəli hesab edir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində qurumun rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlər qüvvədə qalır: “Tərəflər imzalarını geri götürməyiblər və biz, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmaması səbəbindən bu mühüm sənədləri inkar etmək cəhdlərini son dərəcə təhlükəli hesab edirik. İrəvanın üçtərəfli razılaşmaları tam yerinə yetirməyə imkan verməyən bir sıra hərəkətlərini qeyd etməyə bilmərik. Ermənistan tərəfinin üçtərəfli razılaşmaları pozaraq, Laçın dəhlizindən Qarabağa silah tədarükü üçün istifadə etməsi və rəsmi İrəvanın erməni silahlı birləşmələrinin bölgədən tam çıxarılmasını təmin etmək istəməməsi duruma mənfi təsir göstərdi və bu, 2023-cü ilin sentyabrında silahlı toqquşmalara səbəb oldu”.

Samirə SƏFƏROVA







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

SON XƏBƏRLƏR

12.09.2024 | 10:00
Bu gün Bakının 3 rayonunda qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

12.09.2024 | 09:33
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - TƏCİLİ

12.09.2024 | 09:31
Şagirdlərimiz Azərbaycan tarixini hansı dildə öyrənməlidir - mübahisə və nazirin qərarı...

12.09.2024 | 09:30
Messinin zədəsi sağalmır - klub rəhbərliyi bərk narahatdır...

12.09.2024 | 09:20
İlk adı "Yoksulluk" idi, dəyişib "Sahipsizler" oldu...

12.09.2024 | 09:15
Norveçdən Türkiyə QƏRARI - bütün məhdudiyyətləri aradan qaldırdı

12.09.2024 | 09:06
Narkotiklərin təsiri altında avtomobil sürürdülər, yaxalandılar...

12.09.2024 | 09:00
ABŞ Ukraynaya 700 milyon dollarlıq əlavə yardım paketi ayırıb - Antoni Blinken Kiyevdə bəyan etdi

12.09.2024 | 08:39
Məşhur "BNA" Bakıda taksi dayanacaqlarını necə ləğv etdisə, hələ də bərpa oluna bilmir...

12.09.2024 | 00:19
Ukrayna Qara dənizdə Rusiyanın qazma platformasını ələ keçirməyə cəhd etdi, ancaq çoxlu itki verib geri çəkildi...

11.09.2024 | 23:17
Rəsmi Bakıdan Avropa İttifaqının qərəzli bəyanatına tutarlı cavab....

11.09.2024 | 21:12
Azərbaycanla Ermənistan ilin sonunadək saziş imzalaya bilər?..

11.09.2024 | 20:57
Paşinyan Avropa Birliyinin üzvlük prosesinə rəsmi start verdi - həm də BRİCS-ə gedir...

11.09.2024 | 20:42
Qərbin növbəti addımı Ukraynada sülh ümidlərinin üzərindən xətt çəkdi...

11.09.2024 | 20:28
Harrislə Trampın ilk debatında inanılmaz ittihamlar yağdı

11.09.2024 | 20:15
Ermənistan mifik “Zəngəzur əməliyyatının” məhz sentyabrda olacağına əmindir - niyə?

11.09.2024 | 20:01
İranın "Zəngəzur siyasəti" əslində Ermənistanın daxili işinə müdaxilədir... "Bir oynayırlar"...

11.09.2024 | 19:48
Zəngəzur dəhlizi hara, Türkmənçay müqaviləsi hara - iranlı ekspert "ağ elədi"...

11.09.2024 | 19:34
Türkiyə və Rusiya “İrəvan dialoqunu” heçə saydı...

11.09.2024 | 19:21
Nazirin dediyi belə məktəb direktorlarından tanıdığınız varmı...

11.09.2024 | 19:07
Elmi əsaslar, müvafiq proqramlar üzərində qurulan inkişaf strategiyası...

11.09.2024 | 18:53
Erkin Qədirliyə görə saxtakar 6 məntəqə sədrinə cinayət işi açıla bilər...

11.09.2024 | 18:47
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verdi

11.09.2024 | 18:39
Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

11.09.2024 | 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezidentə müraciət etdi

11.09.2024 | 18:25
İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

11.09.2024 | 18:12
Bakıda avtobus zolaqlarının xeyirdən çox ziyan vurduğunu düşünənlər var...

11.09.2024 | 17:57
Paşinyan düz deyir? - 9 noyabr sənədinin 7 və 8-ci maddələrini kim pozub?

11.09.2024 | 17:44
Putin sərhədlər məsələsində Monqolustandan Paşinyana da söz atdı...

11.09.2024 | 17:30
Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

11.09.2024 | 17:24
İnanılmaz - Azərbaycanda "dirijorluq" ən bahalı ixtisaslardan imiş - izah verildi...

11.09.2024 | 17:11
Putinin Türkiyə səfərinin təxirə salınmasının səbəbi açıqlandı - Moskva onun təyyarəsini rus qırıcılarının müşayiət etməsini istəyir, ancaq...

11.09.2024 | 17:03
Banklarımız mənfəətə görə gürcülərə və ermənilərə uduzur - unikal səbəb var...

11.09.2024 | 16:50
22 saylı seçki dairəsində də 3 məntəqədə səsvermənin nəticələri ləğv edildi

11.09.2024 | 16:43
Əli Məmmədbağıroğlunun “XVII əsr Azərbaycan əlyazma kitabı” çapdan çıxıb

11.09.2024 | 16:18
MSK iki seçki məntəqəsində nəticələri ləğv etdi...

11.09.2024 | 15:50
Rəşadət zirvəsinin Xəyalı

11.09.2024 | 15:33
Rusiya ordusu Kurskda hücuma keçdi - 10 kənd geri qaytarıldı...

11.09.2024 | 15:18
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb

11.09.2024 | 15:06
Prezident cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərəncam imzaladı

11.09.2024 | 14:35
Rusiya kəşfiyyatından şok iddia - ABŞ-la ATƏT razılaşdı, seçkidən əvvəl Gürcüstanı qarışdıracaqlar...

11.09.2024 | 14:21
Yasamalda marketdən oğurluğa cəhd edən şəxs saxlandı

11.09.2024 | 14:00
2-ci Qarabağ müharibəsi robotlaşdırılmış sistemlərlə qazanılmış ilk müharibə oldu - İsveçrə nəşri ordumuzdakı inqilabi dəyişikliklərdən yazdı

11.09.2024 | 13:44
İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutuldu

11.09.2024 | 13:29
Bakıda müğənnini toyda fonoqram ifa etdiyi üçün döydülər...

11.09.2024 | 13:18
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlananlar var...

11.09.2024 | 13:03
Политика - не шарлатанство, Пашинян - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.09.2024 | 12:48
"ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb" - Səfirlik

11.09.2024 | 12:30
Azərbaycanda iqtisadi artım 4 faizi ötüb

11.09.2024 | 12:20
Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

11.09.2024 | 12:00
Şəmkirdə yük maşını dərəyə aşıb

11.09.2024 | 11:57
"Sosial şəbəkələrdən asılılıq qorxunc həddə çatıb"

11.09.2024 | 11:30
Respublikaçılardan Baydenə çağırış- Rusiyanı vurmağa icaz ver!

11.09.2024 | 11:10
Nədən Ermənistan yarımçıq "sülh müqaviləsi"nə can atır? - CANLI

11.09.2024 | 11:05
Bir gündə 50 cinayətin üstü açılıb - DİN açıqladı

11.09.2024 | 11:00
Fransada 50 kişi kütləvi zorakılığa görə məhkəmə qarşısına çıxarılıb - ŞOK

11.09.2024 | 10:30
"Artıq aktrisalıq etməyəcəm" - "Titanik"in aktrisasından AÇIQLAMA

11.09.2024 | 10:20
Yolu keçən 15 yaşlı gənci maşın vurub

11.09.2024 | 10:16
Məsud Pezeşkian İraqda səfərdədir

11.09.2024 | 10:06
Rusiyalı komediya aktyoru həbs edildi - vətəndaşlara qarşı təhqiramiz zarafatlarına görə...

11.09.2024 | 10:00
ABŞ -dan Rusiya və İrana qarşı növbəti sanksiya - siyahıda 10 fiziki və 6 hüquqi şəxsin adı var

11.09.2024 | 09:30
Gürcüstan millisi albanları da devirdi - gözümüzə "su verək"...

11.09.2024 | 09:27
Bank əmanətləri azalıb, Mərkəzi Bankın "Naxçıvanbank" izahı qəbul olunmadı...

11.09.2024 | 09:20
Antoni Blinken Ukrayna və Polşa yolçusudur

11.09.2024 | 09:16
Kamala Harris və Donald Tramp arasında ilk debat keçirilib

11.09.2024 | 09:10
Xocalıda yanğın baş verib - FHN məlumat yaydı

11.09.2024 | 09:06
Daha 18 ailə Laçına köçürüldü

11.09.2024 | 09:00
Bu ölkə Türkiyə üzərindən qaz almağa hazırlaşır

11.09.2024 | 08:40
Elə rayonlarımız var ki, ötən 6 ayda 1 yeni iş yeri açılmayıb - 45-in 36 mini Bakıya aiddir...

11.09.2024 | 00:17
ABŞ Rusiyaya ballistik raketlər verdiyinə görə İrana sanksiya tətbiq etdi - 5 gəmi müsadirə ediləcək...

10.09.2024 | 23:40
Paşinyandan Rusiyaya daha bir zərbə - Aİ-yə üzvlük prosesinə başlamaq imkanını nəzərdən keçiririk...

10.09.2024 | 21:41
MEDİA və AzTV birgə layihəyə start verdi

10.09.2024 | 21:05
Azərbaycanla saziş məsələsində erməni rəsmiləri dərin ziddiyyətlər içindədir...

10.09.2024 | 20:47
Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

10.09.2024 | 20:32
İran Ermənistanı, Borrel İranı dəstəklədi - təsadüf, ya..?

10.09.2024 | 20:17
Makron yeni parlament seçkisinə məcbur edilir - ən güclü müxalifət şərt qoydu...

10.09.2024 | 20:04
Prezident İlham Əliyevin rəsmi "Instagram" səhifəsində COP29-a hazırlıqla bağlı aparılan işlərin görüntüləri paylaşıldı - VİDEO

10.09.2024 | 20:00
Zəngəzur dəhlizinə görə Rusiya ilə qarşıdurma İrana baha başa gələcək...

10.09.2024 | 19:59
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

10.09.2024 | 19:44
“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30