Azad ərazilərin minalardan təmizlənməsində sülhməramlılar da iştirak edəcək...
Azərbaycanın Qarabağ regionunda Rusiya sülhməramlıları Azərbaycan hərbçiləri ilə humanitar minatəmizləmə məsələlərini müzakirə ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya sülhməramlılarının komandanlığı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis qoşunlarının nümayəndələri arasında ərazinin birgə minalardan təmizlənməyə dair razılıq əldə olunması məsələləri ilə bağlı danışıqlar aparılıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, Rusiya sülhməramlı kontingenti Bakı ilə mülki əhaliyə münasibətdə təhlükəsizliyin təminatı və humanitar qanunlara riayət olunmasına yönələn davamlı qarşılıqlı əlaqəni davam etdirirlər.
TAHİR