KÖHNƏ VERSİYA            

Avroittifaqın monitorinq missiyası Azərbaycan - Ermənistan sülhünə ciddi təhdidə çevrilir

Image

Kənar müdaxilə olmayacağı təqdirdə, Azərbaycan və Ermənistan arasında yaxın tezlikdə sülh müqaviləsinin imzalanması tamamilə gözlənilən hesab olunur. Amma təəssüflə qeyd edilməlidir ki, hələ də müəyyən kənar güclər bu xüsusda Ermənistan vasitəsilə prosesə mənfi təsir edir. 

Elə Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasına da bu prizamadan yanaşmaq lazım gəlir.

Qeyd edək ki, missiyanın regiona gəlişinə Azərbaycan razılıq verməyib və bu səbəbdən onun fəaliyyəti sırf Ermənistan üzərindən həyata keçirilir. Belə bir vaxtda Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri qurumun Ermənistandakı mülki missiyasıın üzvlərinin sayını 50% - 138 nəfərdən 209 nəfərə qədər artırmaq qərarı verib. Avropa İttifaqının  xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell qurumun xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bu xüsusda bildirib: “Avropa İttifaqı Şurası yerdəki mövcudluğumuzu 138-dən 209-a çatdırmaqla Ermənistandakı mülki missiyamızı gücləndirmək qərarına gəlib. Bu, missiyanın sayının mühüm artımıdır və Ermənistanın Azərbaycanla beynəlxalq sərhədinin sabitliyini gücləndirmək üçün bir yoldur”. Amma Azərbaycan bu yanaşmanı bölüşmür. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı səsləndirdiyi fikirlər də bunu təsdiq edir: “Dövlətlərin bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsi Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlığa aparan yeganə yoldur. Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasına gəlincə, ilkin vədlərə əməl olunmayıb, anlaşma pozulub və mandat özbaşına genişləndirilib. Bu missiya regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərinə nail ola bilmədi. Əksinə, bu missiya Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunur. Ermənistanı, o cümlədən Avropa İttifaqı vasitəsilə silahlandırmaq kimi sabitliyi daha da pozan  təşəbbüslər irəli sürülür. Bu cür təşəbbüslərin Avropa İttifaqının “tərəfsiz vasitəçi” kimi etibarı və ümumilikdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması səyləri üçün mənfi nəticələri qaçılmazdır. Bir tərəfdaşı digərinə qarşı silahlandırmaq və ya başqa şəkildə istifadə etmək heç bir halda Şərq Tərəfdaşlığının elan edilmiş məqsədlərinə uyğun ola bilməz”.  Xatırladaq ki, Avropa İttifaqının missiyasının tərkibində xeyli sayda Fransa təmsilçisi yer alıb. Bu gün Ermənistanı birtərəfli qaydada silahlandıran ölkə də məhz Fransadır. Ceyhun Bayramov da bu fonda vurğulayır ki, bəzi Avropa İttifaqı rəsmiləri tərəfindən verilən qərəzli bəyanatlar sözügedən prosesdə Avropa İttifaqının qərəzsiz vasitəçi roluna xələl gətirir.
 Nazir Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında qonşuluq münasibətlərinin qurulmasının Cənubi Qafqazda sülh, sabitlik və əmin-amanlığa aparan yeganə yol olduğunu vurğulayıb. Amma Avropada bəzi qüvvələr hələ də bunu qəbul etmək istəmir.

Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının sayının artırılması fonunda qurum Ermənistana hərbi-texniki missiya göndərməyə də hazırlaşır. Qurumun Ermənistandakı nümayəndəsi Vasilis Maraqos bildirib ki, Avropa İttifaqı Ermənistanla bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək öhdəliyi götürüb:  “Bu ilin sonu və ya gələn ilin əvvəlində Brüssel Ermənistan Silahlı Qüvvələrinə yardım göstərmək məqsədilə konkret təkliflər hazırlamaq üçün Ermənistana texniki missiya göndərəcək. Daha sonra müzakirələr olacaq, lakin Avropanın Ali Nümayəndəsi Josep Borrell artıq bu istiqamətdə işləmək öhdəliyini götürüb. Bununla belə, yaxın həftələrdə təfərrüatları təqdim edəcəyik. Bu sahədə konkret təkliflər hazırlamaq üçün bu ilin sonunda və ya gələn ilin əvvəlində texniki missiyanın səfərinə hazırlaşırıq”. Şübhəsiz ki, Avropa İttifaqının Ermənistandakı patrul və indi də texniki missiyası Rusiyanın bu ölkədəki hərbi mövqeyini zəiflətməyə yönəldilib. Amma eyni zamanda bu hal regionda sakit mühitin formalaşmasına da imkan vermir. Elə bu da Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsinə xələl gətirir.  Burada nəzərə alınmalıdır  ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası indiyədək həyata keçirilməyib. Bu səbəbdən də Avropa İttifaqının Ermənistana müşahidə missiyasının sayını artırması beynəlxalq hüququn normalarına ziddir. O da sirr deyil ki, Fransa öz hərbçilərini regionda yerləşdirmək niyyətini həyata keçirmək məqsədilə monitorinq missiyasından istifadə edir. Regionda gərginliyi artıran xarici ölkə hərbçilərinin monitorinq missiyası adı altında Ermənistan ərazisində yerləşdirilməsi sülh müqaviləsinin imzalanmasına problem yaradacaq. Bundan əvvəl yayılan məlumatlara görə, monitorinq missiyasının tərkibində Fransanın yüksək rütbəli hərbçiləri və kəşfiyyatçıları var. Bu fonda bəllidir ki, Rusiyanın maraqlarına zidd olan missiyanın uzun müddətə regiona cəlb olunması və təkcə Azərbaycanla sərhəddə deyil, bütün Ermənistan ərazisində fəaliyyət göstərməsi işğalçı ölkənin açıq şəkildə Rusiyaya meydan oxumasıdır. Təbii ki, bu da Ermənistan üçün ciddi problemə çevriləcək.

Nahid SALAYEV







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

20.12.2024 | 16:38
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:36
Lukaşenko Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 16:35
Si Cinpin Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:33
Yaşar Əliyev Azərbaycanın BMT yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırıldı, Çexiyaya səfir təyin edildi

20.12.2024 | 16:25
Azərbaycanın Niderland Krallığında yeni səfiri təyin edildi

20.12.2024 | 16:24
Ramil Rzayev Azərbaycanın İndoneziyada səfiri təyin edildi

20.12.2024 | 16:23
Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırıldı

20.12.2024 | 16:20
Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edildi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031