KÖHNƏ VERSİYA            

Cümhuriyyətimizin banisinin adını hələ düz yazmağı bacarmırıq - Məmməd, ya Məhəmməd...?

Image

Faiq Ələkbərli: “Rəsulzadənin adının Məhəmməd olaraq yazılması çox önəmlidir və düzgün olanı budur”

Müasir tarixçilərimizin, tarixi araşdırma ilə məşğul olan şəxslərin əksəriyyəti Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) qurucusu M.Ə.Rəsulzadə ilə bağlı yazmağa maraq göstərirlər. Ancaq bəzən bu da müəyyən tarixçilər tərəfindən qısanclıqla qarşılanır. 

Hətta belə eşidirik ki, bəzi tarixçilər ümumiyyətlə Rəsulzadə mövzusunu “özəlləşdirib” və istiqamətdə tədqiqat aparan, kitab yazan şəxslərə qarşı aqressivlik də edirlər. Kimin necə yanaşmasından asılı olmayaraq, Rəsulzadənin adından tutmuş irsinə, fəaliyyətinə qədər hər şey o dövrü araşdıran tarixçilər tərəfindən tədqiq edilməlidir. Amma ölkədə bu qədər Rəsulzadəşünas, Cumhuriyyətşünas  olduğu halda, təəssüf ki, hələ də AXC qurucusunun adı hələ də düzgün yazılmır. Tədqiqatçıların təqdimatında fərqliliklər var. 

Bu gün Rəsulzadəninin adının hansı formada - “Məmməd”, yoxsa “Məhəmməd” yazılmalı olduğu və onun adını “Məhəmməd” şəklində ilk dəfə elmi dövriyyəyə kimin gətirdiyi məsələsi geniş müzakirə olunur. Hətta bu müzakirələr ölkənin üç professoru arasında gərginliyə səbəb olub. Professor Nəsiman Yaqublu digər professorlar Qulu Məhərrəmli və Cəmil Həsənli ilə razılaşmır, heç onlar da N.Yaqublunun fikrini əsaslı saymırlar. Professor Nəsiman Yaqublunun “Azərbaycan milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə” paylaşımından sonra məsələ böyüyüb. Ona ilk reaksiyanı C.Həsənli verib: “Bu günlərdə sosial mediaya göz gözdirəndə Nəsiman bəy Yaqublunun belə bir paylaşımı ilə rastlaşdım “Azərbaycan milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə”.

2001-ci ildə Azərbaycan tarixində ilk olaraq bu dissertasiyam M.Ə.Rəsulzadənin siyasi fəaliyyəti ilə bağlı olan müdafiə işim oldu. Diqqət edirsinizsə, burada da "Məhəmməd" yazılıb və hələ 2001-ci ildə bu ad öz elmi təsdiqini alıb.
 Şübhəsiz ki, Nəsiman bəyin Rəsulzadə irsinin araşdırılmasında və təbliğində böyük əməyi var. Lakin Rəsulzadənin adının "Məmməd" yox, "Məhəmməd" kimi yazılmasının məhz 2001-ci ildə onun dissertasiya və avtorefaratında "öz elmi təsdiqini" tapması bir az həqiqətə uyğun deyil. 1991-ci ildə Nəsiman bəyin "Məmməd Əmin Rəsulzadə" kitabı nəşr olunub. 1992-ci ildə isə mərhum professor Şirməmməd Hüseynov Rəsulzadənin əsərlərinin birinci cildini (Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. I cild (1903–1909). Toplayanı, tərtib və transliterasiya edəni Şirməmməd Hüseynov; Transliterasiya redaktorları Malik Qarayev, Məmmədəli Müsəddiq; Redaktor Elmira Məmmədyarova. Bakı, Azərnəşr, 1992, 470 s.) nəşr etməklə "Məmməd" və "Məhəmməd" məsələsi həll edildi...”

C.Həsənlinin açıqlamasına dərhal cavab verən N.Yaqublu onun yazdıqlarının əksini yazıb: “...İlk öncə yazdığım fikir belədir ki, Azərbaycan tarixi sahəsində "Azərbayan milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə" mövzusunda 2001-ci ildə müdafiə etdiyim dissertasiya işi həqiqətən ilk elmi təsdiqini alan araşdırmadır. Yəni söhbət tarix elmindən gedir və bu sahədə mənim bu mövzum ilk müdafiə işidir. Və həmin zamana qədər ikinci belə bir (söhbət tarix elmindən və birbaşa M.Ə.Rəsulzadə mövzusundan gedir) mövzu varsa C.Həsənli bizə təqdim etsin. Edə bilməz, çünki yoxdur. Və təbii ki, filologiya sahəsində V.Sultanlı, fəlsəfə sahəsində F.Ələkbərli bu mövzuda uğurlu müdafiələr ediblər və hər ikisi "Məhəmməd Əmin Rəsulzadə" yazıblar. Fikrim budur ki, tarix sahəsində bu ad elmi dövriyyəyə mənim müdafiəmdən sonra daxil edilib. "Məhəmməd" adı isə o zamana qədər təbii ki, yazılırdı. Söhbət elmi dövriyyəyə daxil edilməkdən gedir. İstək, arzu bir şeydir, elmi təsdiqi almaq isə bir başqadır. Onda nə üçün tədqiqatçılara elmi adlar verilir, mövzuları təsdiqlənir, müdafiə şuralarında müdafiə prosesləri aparılır? Ali Attestasiya Komissiyası təsdiqləyir, elmi jurnallarda məqalələr tələb edilir və.s. Bunu anlamaq üçün ali təhsil diplomuna sahib olmaq da yetərlidir.

Bəli, Sovetlər Birliyi dövründə adlarımız təhrif olunurdu - "Məhəmməd" adını "Məmməd"olaraq yazırdıq,"Yusifbəyli"ni "Usubbəyli" yazırdıq və s. Ancaq indi müstəqilliyinin 32-ci ilini yaşadığımız Azərbayanda ruslaşdırılmış adlardan uzaqlaşıb doğma adlarımıza tədricən qayıtmalıyıq. Buraya əlavə etsək ki, Azərbaycan Nazirlər Kabinetinin Terminologiya Komissiyasının mövcud tövsiyyəsi olduqdan sonra ki, "Məmməd" "Məhəmməd" yazılsın onda burda nə problem var ki? Anlaşıqlı şəkildə bunu etmək olar. Bəli, biz də Sovetlər Birliyi dövründə "Məmməd" yazmışıq, indi isə bu nöqsanı aradan qaldırırıq. Bundan ötrü problem yaratmağa nə ehtiyac? Elmin də, tarixin də inkişafı araşdırmalardan, yanlışlıqların aradan qaldırılmasından keçir.

C.Həsənliyə xatırladıram ki, M.Ə.Rəsulzadənin təqdimatında "Məhəmməd" adını ilk dəfə yazan professor Asif Rüstəmli olub. C.Həsənli isə yanlış olaraq bu adı ilk dəfə professor Ş.Hüseynovun 1992-ci ildə yazdığını qeyd edir. C.Həsənliyə xatırladıram ki, professor A.Rüstəmli M.Ə.Rəsulzadənin "Azərbayan Cümhuriyyəti" kitabını 1990-cı ildə "Elm" nəşriyyatında 55 min tirajla nəşr etdirib və o kitabda "Məhəmməd Əmin Rəsulzadə" yazılıb...

Qulu Məhərrəmli isə məqam gözləyirmiş kimi C.Həsənlinin bu yanlış təqdimatına az qalıb ürəyinin də şəklini qoysun və belə bir atmaca atıb ki, "Nəsiman Yaqublunun Qulu Məhərrəmlinin kitabı dərdi var". Əvvəla, kim hansı kitabı yazır bu onun öz işidir. Mən heç yerdə Q.Məhərrəmlinin və onun kitabının adını çəkməmişəm. Sadəcə olaraq ümumi problem kimi yazmışam ki, şəxsiyyətin adını düzgün yazaq. Qeyd edirəm ki, yaradıcılığmın, tarixi və elmi fəaliiyətimin 30 ilindən çoxunu həsr etdiyim, arxiv və kitabxanalarda keçirib topladığım, ictimaiyyətə çatdırdığım "Azərbayan Cümhuriyyəti" və "M.Ə.Rəsulzadə" mövzusu həqiqətən mənə doğmadır. Və görəndə ki, bu sahə ilə məşğul olmayan adam indi bu mövzudan yazır, onda əlbəttə ki, Q.Məhərrəmlinin dediyi kimi bu "dərd"ə çevrilir. Yenə Q.Məhərrəmlinin "dərdə" çevrilən bir fikri də maraqlıdır. Yazır ki, bu kitabı hazırladım ki, M.Ə.Rəsulzadəni gənclər arasında daha da geniş təbliğ edim, təbliğatı gücləndirim, az qala yazır ki, məşhurlaşdırım və s. Maraqlıdır, məgər bu sahənin dəyərli tədqiqatçıları az iş görüblərmi ki, Q.Məhərrəmlinin kitabına bu qədər ehtiyac olsun? Bu sahədə Azərbaycanda 1988-ci ildən başlayaraq Mövsüm Əliyev, Asif Rüstəmli, Nəsib Nəsibli, Nəsiman Yaqublu, Rüstəm Əliyev, Şirməmməd Hüseynov, Teyyub Qurban, Aydın Balayev, Cəmil Həsənli, Yadigar Türkel, Vaqif Sultanlı, Faiq Ələkbərli, Nəcibə Bağırzadə, Ədalət Tahirzadə, Vüqar Əhməd, Dilqəm Əhməd, Ceyhun Nəbi və digər araşdırmaçılar ciddi tədqiqatlar aparıb ictimaiyyəti bilgiləndiriblər. Bu qədər böyük tədqiqatçıların zəhmətini kənara qoyub az qala belə bir fikrə gəlmək ki,"onu gənclər arasında mən məşhurlaşdıracağam" ciddi deyil. Və xüsusən o halda ki, bu tədqiqatçıların həmin mövzu ilə bağlı yazılarının və əsərlərinin sayı onlarladır, onda Q.Məhərrəmlinin bu fikri qeyri-ciddi fakta çevrilir...”

N.Yaqublunun qeydləri ilə bağlı professor Qulu Məhərrəmli ilə əlaqə saxladıq. Q.Məhərrəmli bildirdi ki, bu barədə açıqlama vermək istəmir. 

Qeyd edək ki, Q.Məhərrəmli yeni kitabına “Məmməd Əmin Rəsulzadə” adı verib. Q.Məhərrəmli bir neçə gün əvvəl mətbuata açıqlamasında ad mübahisəsinə  “Biz bunu çox götür-qoy etdik, ad necə yazılsın. Mərhum professorumuz Şirməmməd Hüseynovun seçilmiş əsərlərində Məhəmməd Əmin yazılıb. Amma bizim kitabın hədəfi gənclərdir, yeniyetmələr, yuxarı sinif şagirdləridir. Bunu nəzərə alaraq belə qərara gəldik ki, Məmməd Əmin Rəsulzadə yazılsın. Türkiyədə nəşr olunan kitablarda, müxtəlif dərgilərdə, M.Ə.Rəsulzadənin özünün məqalələrində imzası Məmməd Əmindir – Mehmet Emin. Düzdür, bu, elmi yanaşma deyil, amma biz təcrübədən çıxış etmişik. Rus dilinə tərcümədə də Maqomed və ya başqa formada yazılmır, “Mamed Emin Rasulzade”, yazılır. Mən də bu variantın, Məmməd Əmin Rəsulzadə yazılmasının tərəfdarıyam”-deyə aydınlıq gətirib.  

“...İndi yazılan kitablara “Məmməd Əmin Rəsulzadə” adının verilməsini düzgün hesab etmirəm”

Qalmaqala səbəb olan məsələ ilə bağlı müstəqil bir ekspertin - AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərlinin fikrini öyrəndik. F.Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Rəsulzadənin adının ətrafında bu qədər ajitoj yaratmaq düzgün deyil. “Cumhuriyyət qurucusunun adı Məhəmməd Əmin Rəsulzadədir və bu cür də yazılmalıdır. Ona Məmməd, yaxud Məmməd Əmin Rəsulzadə demək, bu şəkildə yazmaq doğru deyil. Onun bioqrafiyasında da adı Məhəmməd yazılıb. Bilirik ki, Məhəmmədin Məmmədə çevirilməsi sovet dövründə baş verib. Deyək ki, düzdür, Türkiyədə də Məhəmməd Əmin adı “Mehmet Emin”ə çevrilib, amma orada da yaxşı olardı ki, Mühammed yazaydılar. Rəsulzadənin adının Məhəmməd olaraq yazılması çox önəmlidir və düzgün olanı budur. O vaxtilə əsərlərini də bu adla yazıb. Azərbaycanda da, Türkiyədə də, Qacarlar dövlətində olanda da Məhəmməd Əmin Rəsulzadə kimi tanınıb, tarixə düşüb”.

“Məmməd”, yaxud “Məhəmməd” məsələsinə gəlincə. F.Ələkbərli qeyd etdi ki, Sovet dövründə “Məhəmməd” adı “Məmməd”ə çevirildiyi üçün müstəqiliyin ilk illərində təqdimatda müəyyən yanlışlıq olub. F.Ələkbərli qeyd etdi ki, Azərbaycan Xalq Cumhuriyyəti, Azərbaycan Respublikası da müstəqilliyin ilk dövründə Azərbaycan Demokratik Respublikası kimi təqdim olunurdu. “Dövlət müstəqiliyimizin bərpasından sonra Asif Rüstəmli də, Şirməmməd Hüseynov da, Nəsiman Yaqublu da, sonrakı dövrdə mən də bu mövzuda yazdım. Mən fəlsəfi yöndə yazmışam. Bu baxımdan, bizim qiymətləndirməmiz məhz Məhəmməd Əmin Rəsulzadə üzərində dayanmaq oldu. Rəsulzadənin adının düzgün yazılışı öz təsdiqini tapandan sonra indi yazılan  kitablara “Məmməd Əmin Rəsulzadə” adının verilməsini düzgün hesab etmirəm. Bu yanlışdır. Bu, hər kəs tərəfindən Məhəmməd Əmin Rəsulzadə olaraq qəbul edilməlidir və bu cür yazılmalıdır. Ümid edirəm ki, belə də olacaq” - deyə F.Ələkbərli qeyd etdi.

O, sonda bildirdi ki, Rəsulzadə irsi ilə bağlı araşdırmalı çox məsələlər olduğu halda niyə məhz ad məsələnin gündəmə gətirilməsi suallar doğurur...

İradə SARIYEVA







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

20.12.2024 | 16:38
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:36
Lukaşenko Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 16:35
Si Cinpin Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:33
Yaşar Əliyev Azərbaycanın BMT yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırıldı, Çexiyaya səfir təyin edildi

20.12.2024 | 16:25
Azərbaycanın Niderland Krallığında yeni səfiri təyin edildi

20.12.2024 | 16:24
Ramil Rzayev Azərbaycanın İndoneziyada səfiri təyin edildi

20.12.2024 | 16:23
Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırıldı

20.12.2024 | 16:20
Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edildi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031