Binəqədidə evdən 10 min manat dəyərində əşyalar oğurlayan şəxslər saxlandı
Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub. Polisə müraciət edən zərərçəkmiş dekabrın 16-da evindən 10 000 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı M.Kərimov və 20 yaşlı M.Qurbanzadə müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
ZÜMRÜD