KÖHNƏ VERSİYA            

Milli Məclis İsveçrə Parlamentinin qərəzli mövqeyini tamamilə yolverilməz adlandırdı

Image

Azərbaycan Respublikası Milli Məclisi İsveçrə Parlamenti Milli Şurasının qərəzli mövqesini tamamilə yolverilməz adlandırıb. Milli Məclisin bununla bağlı bəyanatında deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi bu il dekabrın 17-də İsveçrə Parlamentinin aşağı palatası olan Milli Şuranın iclasında mövcud olmayan “Dağlıq Qarabağ münaqişəsi”nə dair beynəlxalq sülh forumunun təşkili ilə bağlı müzakirələr aparılmasından və Azərbaycanın bu bölgəsindən könüllü köçmüş erməni milliyətli sakinlərin geri qaytarılmasına kömək göstərilməsi məqsədi ilə ölkə hökumətini belə bir konfrans keçirməyə çağırmaq təklifinin qəbul edilməsindən təəssüfləndiyini bildirir.

İsveçrə Milli Şurasının ermənipərəst üzvləri bilməmiş deyildirlər ki, Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması beynəlxalq hüquqla tanınmış və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının bir sıra qətnamələri və digər beynəlxalq qurumların sənədləri ilə təsbit olunmuşdur. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsinin yekunu olaraq ölkəmizin bu ərazisinin Ermənistan tərəfindən 30 illik işğalına birdəfəlik son qoyulmuş, ötən ilin sentyabrında bir günlük antiterror əməliyyatı nəticəsində isə ərazidə Azərbaycanın dövlət suverenliyi bərpa olunmuşdur. Azərbaycana ölçüyəgəlməz dərəcədə böyük ziyan vuran silahlı təcavüz artıq geridə qalmışdır. Qəddarcasına etnik təmizləmə yolu ilə doğma torpaqlarından qovulmuş azərbaycanlı məcburi köçkünlərin geri dönməsinə şərait yaranmışdır. İşğal dövründə vəhşicəsinə viran qoyulmuş torpaqların bərpası və reinteqrasiyası üçün hazırda Azərbaycan dövləti tərəfindən intensiv işlər həyata keçirilir.

Bu gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün ikitərəfli danışıqlar aparılır və artıq müəyyən nəticələr də vardır. Aydın məsələdir ki, hər hansı beynəlxalq təşəbbüs və hərəkətlər obyektiv olmalı, regionda mövcud reallıqlara, habelə suverenliyi və ərazi bütövlüyünü nəzərdə tutan hüquqi çərçivələrə uyğun gəlməlidir. Tərəflərin iradəsini saya salmayan və onlarla razılaşdırılmayan təşəbbüs və hərəkətlər normallaşma prosesini poza bilər.

Təəssüf doğuran məqamlardan biri də budur ki, erməni milliyətli sakinlərin Qarabağı könüllü surətdə tərk etməsi barədə absurd fikirlər səsləndirən, Azərbaycanı etnik təmizləmədə, mədəni irsin dağıdılmasında ittiham edən İsveçrə Milli Şurasının ermənipərəst üzvləri XX əsrin 80-ci illərinin sonlarında, Ermənistanın Azərbaycan Respublikasına qarşı silahlı təcavüzü ərəfəsində, eləcə də daha əvvəlki dövrdə bu ölkədəki ata-baba yurdlarından zorla qovulmuş və ya deportasiya edilmiş yüz minlərcə azərbaycanlının hüquqları barəsində susmağa üstünlük vermiş, 30 illik işğal dövründə Azərbaycanın şəhər və kəndlərinin yerlə yeksan edilməsinə, milli, mədəni və tarixi mirasının dağıdılmasına, 750 min azərbaycanlının öz vətənində didərgin salınmasına münasibət bildirməmişlər. Əksinə, erməni maraqlarının müdafiəsi naminə onlar İsveçrənin neytrallıq statusuna etinasızlıq göstərməyi, İsveçrə dövlətinin Azərbaycan barəsində siyasətini başqa istiqamətə yönəltməyə cəhd etməyi belə özlərinə rəva görürlər. İkili standartların ifadəsi olan bu cür qərəzli mövqe tamamilə yolverilməzdir.

Azərbaycan Respublikasının Milli Məclisi bunu da vurğulamağı zəruri sayır ki, İsveçrə Milli Şurasının 80 nəfər üzvünün təqdim edilmiş təklifin əleyhinə səs verməsi, 16 nəfərin isə bitərəf qalması, təklifin 96 səslə qəbul edilməsi Milli Şurada Cənubi Qafqaz bölgəsində cərəyan edən prosesləri obyektiv qiymətləndirən, Azərbaycana ədalətli münasibət bəsləyən sağlam düşüncəli deputatların da olduğunu göstərir. Təəssüf ki, çox vaxt onların səsi eşidilmir.

Azərbaycan parlamenti İsveçrə hökumətinin məsələ ilə bağlı obyektiv mövqeyini qiymətləndirir. Hesab edirik ki, bu ölkənin xarici işlər naziri İqnasio Kassisin hökumət adından deputatlara sözügedən təklifi rədd etməyi tövsiyə etməsi İsveçrə dövlətinin ərazi bütövlüyü və suverenlik prinsiplərinə sadiq olduğunu, özünün neytrallıq statusu ilə beynəlxalq hüquqa sadiqliyi arasında tarazlığı gözlədiyini nümayiş etdirir.

İsveçrə Milli Şurası tərəfindən qəbul edilmiş təklifin Kantonlar Şurasının müzakirəsinə də çıxarılacağını nəzərə alaraq, Milli Məclis Parlamentin yuxarı palatasının üzvlərini məsələyə birtərəfli yanaşmadan çəkinməyə və Azərbaycan ilə İsveçrə arasında münasibətlərə zərbə vura biləcək təklifi rədd etməyə çağırır.

Azərbaycan Respublikasının Milli Məclisi beynəlxalq birliyin bütün üzvlərini Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik yaradılması səylərinə mane ola biləcək təşəbbüs və hərəkətlərə yol verməməyə, dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmət bəsləməyə səsləyir".







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Ərdoğan 1-ci zəngi NATO-nun baş katibinə, 2-cini İlham Əliyevə etdi - niyə?..

Media savadlılığı niyə vacibdir?..

SON XƏBƏRLƏR

18.12.2024 | 19:05
Milli adət və ənənələr uğura gedən yolda əsas təməl daşlarından biridir

18.12.2024 | 18:51
Ermənistan Qarabağda tutulmuş hərbi caniləri azad etdirə bilmədi...

18.12.2024 | 18:38
Trampdan Zelenskiyə qarşı daha bir jest - "gəlir gəlsin, özü bilər" dedi...

18.12.2024 | 18:24
Ermənistan parlamenti 44 günlük müharibəyə dair araşdırmaların nəticələrini gizlətdi...

18.12.2024 | 18:14
Sahibə Qafarova Ankarada Ərdoğanla görüşdü - FOTO

18.12.2024 | 18:10
Rusiya Ermənistanın xarici ticarətində 1-ci yeri tutur - baş nazir açıqladı...

18.12.2024 | 17:57
Ermənistan müharibə canilərinin işi üzrə Bakı ilə əməkdaşlıqdan qaçır...

18.12.2024 | 17:43
Azərbaycan QHT-ləri YUNESKO-ya qarşı daha sərt addımlar atacaqlar....

18.12.2024 | 17:31
İsveçrə parlamentindən absurd qərar - “Bakı Dağlıq Qarabağla dialoq qursun”...

18.12.2024 | 17:18
Azərbaycanda media savadlılığı üzrə vahid Strategiya hazırlandı...

18.12.2024 | 17:07
Sumqayıtda 127 min manatlıq quldurluq - şirkət avtomobilinin qarşısını kəsib sürücünü soydular... - VİDEO

18.12.2024 | 16:55
Rus qazı Avropanı parçaladı - Mərkəzi Avropa ölkələri Ukrayna dəstəkçiləri ilə üz-üzə gəldi...

18.12.2024 | 16:47
Bələdiyyə seçkilərində namizədliyini irəli sürənlərin sayı açıqlandı - 263 nəfər qeydə alınıb...

18.12.2024 | 16:42
Yaxın günlərdə Ermənistan-Azərbaycan delimitasiya komissiyanın iclası keçiriləcək

18.12.2024 | 16:10
Zaxarova Ermənistanın hökumətyönlü “Telegram” kanallarını oxumamağı tövsiyə etdi - xəstələnə bilərsiniz...

18.12.2024 | 16:04
Prezident “Şahdəniz”lə bağlı sərəncamda dəyişiklik etdi

18.12.2024 | 16:03
“Yalançı dördlük” – “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde” - Azərbaycana qarşı qərəzli kampaniyaya başladılar" - Prezident

18.12.2024 | 15:57
Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrıldı

18.12.2024 | 15:51
Milli Məclis İsveçrə Parlamentinin qərəzli mövqeyini tamamilə yolverilməz adlandırdı

18.12.2024 | 15:37
"Borrel bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı" - Prezident

18.12.2024 | 15:30
Prezident İlham Əliyev Gürcüstandakı etirazlar haqqında: "Yenə də Makronun qulaqları görünür"

18.12.2024 | 14:49
Ankarada Azərbaycan və Türkiyə parlament sədrlərinin görüşü olub

18.12.2024 | 14:46
HTŞ ilə Rusiya arasında gizli danışıqlar gedir - Suriyadakı rus bazaları masada... Əsəd təhvil veriləcəkmi?

18.12.2024 | 14:40
"Azərbaycan ədəbiyyatında Giya Paçxataşvilinin yeri" adlı kitabın təqdimatı keçirildi

18.12.2024 | 14:38
“SABAHIN VİCDANI” ADLI KİTABIN TƏQDİM OLUNUB

18.12.2024 | 14:36
Prezident AAYDA-ya 9 milyon 960 min manat vəsait ayırdı

18.12.2024 | 14:35
“Azərbaycan Atabəyləri”

18.12.2024 | 14:30
Respublika Perinatal Mərkəzinin təmiri nə vaxt başlayacaq? - TƏBİB sədri açıqladı

18.12.2024 | 14:24
Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNDİ

18.12.2024 | 14:03
General Kirillovun qətlinə görə Özbəkistan vətəndaşı saxlandı - qətlin təfərrüatları açılır...

18.12.2024 | 13:54
Ucarda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan qohumlar saxlandı

18.12.2024 | 13:27
Saatlıda pirotexniki vasitələrin satışını təşkil edən şəxs yaxalandı

18.12.2024 | 13:15
"Özəl tibb müəssisələri inkişaf etdikcə xəstələrin müalicə üçün xaricə üz tutması azalır" - Vüqar Qurbanov

18.12.2024 | 13:03
Почему армяне боятся тюрков? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

18.12.2024 | 12:50
Binəqədidə evdən 10 min manat dəyərində əşyalar oğurlayan şəxslər saxlandı

18.12.2024 | 12:27
"Hazırda Makron rejimi Fransanı uğursuz dövlətə çevirir" - Prezident İlham Əliyev

18.12.2024 | 12:12
Yük avtomobilini narkotikin təsiri altında idarə edən şəxs saxlanılıb

18.12.2024 | 12:07
Cəlilabadda məsciddən oğurluq edən keçmiş məhkum tutuldu

18.12.2024 | 11:48
Prezident Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışdı

18.12.2024 | 11:42
"İkinci Dünya müharibəsi nəticəsində müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir"

18.12.2024 | 11:37
Prezident İlham Əliyev: Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır

18.12.2024 | 11:20
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

18.12.2024 | 11:20
Zurabişvili bu gün Avropa Parlamentində çıxış edəcək

18.12.2024 | 11:12
Prezident İlham Əliyev: "Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır"

18.12.2024 | 11:10
Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat keçirib -nazir açıqladı

18.12.2024 | 11:10
Prezident İlham Əliyev Qətər əmirini təbrik edib

18.12.2024 | 11:07
"İstər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir" - Prezident

18.12.2024 | 11:05
Bakının bu ərazilərində yaşayış və qeyri-yaşayış sahələri qiymətləndiriləcək - Dövlət Komitəsi

18.12.2024 | 11:03
Azərbaycan erməni məsələsini necə həll etməlidir? - CANLI

18.12.2024 | 11:00
Ruanda soyqırımında ittiham olunan fransalı ömürlük həbs olundu

18.12.2024 | 10:29
"Regionlarda ciddi həkim çatışmazlığı var" - TƏBİB rəsmisi

18.12.2024 | 10:20
"ABŞ-ın köməyi olmadan Rusiya ilə danışıqlarda zəifləyəcək" - Ağ Ev-dən Ukraynaya XƏBƏRDARLIQ

18.12.2024 | 10:15
Dəm qazı yenə can aldı - bu dəfə Xaçmazda...

18.12.2024 | 10:10
Pirotexniki vasitələr satılan mağaza aşkarlanıb - DİN məlumat yaydı

18.12.2024 | 10:05
Bakı-Quba yolunda “Sürətli Keçid Kartı”nın tətbiqinə başlanılıb

18.12.2024 | 10:02
Dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

18.12.2024 | 10:00
İki amerikalı astronavt 6 aydır Yerə qayıda bilmir...

18.12.2024 | 09:30
Şabranda narkotika alverçiləri yaxalanıb

18.12.2024 | 09:23
Banklar kreditin ödəndiyi barədə arayışı da müştəriyə müftə vermirlər - anormallıq...

18.12.2024 | 09:20
Ukrayna təslim olmaq və ya müharibəni dondurmaq istəmir - Zelenksidən Trampa MESAJ

18.12.2024 | 09:05
FİFA ilin ən yaxşılarını açıqladı - siyahıda kimlər var?

18.12.2024 | 09:00
Bu gün Bakının bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

18.12.2024 | 08:40
Ehtiyac meyarı 15 manat artdı - ünvanlı yardımlar nə qədər çoxala bilər?...

18.12.2024 | 08:30
Cənubi Koreya bu ölkəyə xüsusi texnikalar göndərdi - 7 ədəd K2 tankı...

18.12.2024 | 00:30
Media savadlı olmaq üçün nə etməliyik?

17.12.2024 | 21:18
Paşinyan Konstitusiyanın preambula hissəsini dəyişməkdən imtina etdi - saziş məsələsi qapanır...

17.12.2024 | 21:02
Trampın Ukraynaya soyuq münasibətinin kökündə şübhəli məqam var...

17.12.2024 | 20:47
Ərdoğan 1-ci zəngi NATO-nun baş katibinə, 2-cini İlham Əliyevə etdi - niyə?..

17.12.2024 | 20:33
Paşinyan Putinlə görüşmək üçün Aİİ sammitini Piterə salmışdı, Putin isə imtina etdi...

17.12.2024 | 20:30
Emin Ağalarov Özbəkistanda “Sea Breeze” turizm mərkəzi tikəcək - Şavkat Mirziyoyev bu təklifi dəstəkləyib

17.12.2024 | 20:18
Suriyanın təsirləri - Qərbi Azərbaycan konsepsiyası ermənilərin yuxusunu ərşə çəkib...

17.12.2024 | 20:05
Məhkəmə hakimləri ilə bağlı yeni komitə - Məhkəmə-Hüquq Şurası necə olacaq?...

17.12.2024 | 19:51
İsrailin Suriyada növbəti addımları - Ərdoğan hava qüvvələrinə "vurun" əmri verdi...

17.12.2024 | 19:37
Hind mediası Bakının Dehlidən silah almaq cəhdləri barədə ağ yalanlar yazdı...

17.12.2024 | 19:24
Fransanın Afrikada 70 illik uğurlarını Makron 7 ildə məhv etdi...

17.12.2024 | 19:09
9 ayda Azərbaycanın üzərindən 24 milyon tondan çox yük daşınıb...

17.12.2024 | 18:55
Qolanda İsrailin işğalı davam edir - Suriyanın gələcəyi üçün yeni narahatlıq mənbəyi...

17.12.2024 | 18:41
"Əsəddən sonra Türkiyə və Avropanın Azərbaycan qazına marağı azalacaq" - proqnozun tutarsızlığı...

17.12.2024 | 18:28
Rusiya bazaları Suriyadan, 102-ci baza İrəvandan çıxarıla bilər...

17.12.2024 | 18:14
İrandan absurd iddia - Rəisinin ölümündə Azərbaycanın da əli var...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031