Prezident “Daşınar əmlakın yüklülüyü haqqında” qanunda dəyişikliyi təsdiqlədi
Prezident İlham Əliyev “Daşınar əmlakın yüklülüyü haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Sənədə əsasən, qanunun əhatə dairəsi genişləndirilərək, buraya daşınar əmlakın seriya nömrəsi – istehsalçı tərəfindən əmlaka tətbiq edilən hərf, rəqəm və ya onların kombinasiyasından ibarət eyniləşdirmə nömrəsi də daxil edilib.
Prezident İlham Əliyev sözügedən qanunun tətbiqi ilə bağlı fərman da imzalayıb.