COP28-in sədrliyi Azərbaycanı təbrik etdi
COP28-in sədrliyi Azərbaycanı gələn il COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik edir. Trend-in məlumatına görə, bu barədə COP28-in rəsmi "X" sosial şəbəkəsində bildirilib.
"Biz iqlim dəyişikliyi ilə mübarizə sürətini artırmağa davam etmək üçün birlikdə işləməyi səbirsizliklə gözləyirik", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, COP28 2023-cü il noyabrın 30-dan dekabrın 12-dək Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransıdır.
BMT-nin İqlim Dəyişikliyi Konfransları (və ya ÇNL) hər il keçirilir və dünyanın demək olar ki, hər bir ölkəsinin iştirakı ilə iqlim dəyişikliyi ilə bağlı qərar qəbul edən yeganə çoxtərəfli forumdur.