KÖHNƏ VERSİYA            

7 fevral seçkisi ərazi bütövlüyü və tam suverenliyimizin qaçılmaz tələbidir...

Image

Məlum olduğu kimi, Azərbaycanın ictimai-siyasi həyatında mühüm yeniliklərə start verilməkdə, ölkə növbədənkənar prezident seçkisinə hazırlaşmaqdadır. Artıq seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar və siyasi partiyaların blokları Azərbaycanda prezidentliyə namizədliyini irəli sürə bilər.

Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Mərkəzi Seçki Komissiyasının bu xüsusda keçirilən iclasında seçkinin 2024-cü il fevralın 7-də keçirilməsinə qərar verilib. Komissiyanın dərc etdiyi təqvim planına əsasən, prezidentliyə namizəd olmaq istəyən şəxslər 2023-cü ilin dekabrın 19-dan, 2024-cü il yanvarın 8-i axşam saat 18:00-dək namizədliyin qeydə alınması ilə bağlı seçki sənədlərini MSK-ya təqdim etməlidir. Prezidentliyə namizədlərin seçkiqabağı təşviqatlarını aparmaları üçün isə 22 gün ayrılıb. MSK-nın məlumatına görə, namizədlər üçün təşviqat kampaniyası 2024-cü il yanvarın 15-dən başlayır və onlar fevralın 6-sı səhər saat 8:00-dək təşviqatlarını dayandırmalıdırlar. Seçkilərdə vətəndaşların seçki hüququnun pozulması ilə bağlı şikayətlərin araşdırılması, eləcə də seçicilərin seçki hüquqlarının səmərəli təmin olunması məqsədi ilə 9 nəfərdən ibarət ekspert qrupu yaradılıb. Azərbaycanın Seçki Məcəlləsinə görə, MSK-nın seçkilərin təyin edilməsi haqqında qərarı rəsmi dərc olunduqdan sonra prezidentliyə nazmisədlər irəli sürülə bilər. Xatırladaq ki, Azərbaycanda sonuncu dəfə prezident seçkisi 2018-ci ildə baş tutub, indiki dövlət başçısı İlham Əliyevin səslərin 86,6 faizini toplayıb. Sonuncu prezident seçkisi də növbədənkənar, planlaşdırılandan yarım il əvvəl keçirilib. 2016-cı ildə keçirilən referendum seçkiləri nəticəsində Konstitusiyada dəyişiklik edilərək prezidentlik müddəti 5 ildən 7 ildək uzadılıb. Bir sıra ekspertlər növbədənkənar prezident seçkisinin təyin edilməsini gözlənilən sürpriz adlandırıb. Bu mövqedə olanlar bildirir ki, hələ 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandıqdan sonra belə bir məqam ortaya çıxdı ki, 2025-ci il həm parlament, həm prezident seçkilərinin, həm də Rusiya qoşunlarının ölkədən çıxma tarixidir. Rusiya qoşunlarının ölkədən çıxarılması ilə bağlı siyasi qərar may ayında verilməlidir, bu o deməkdir ki, 2025-ci ilin böyük bir müddətinin bu məsələnin müzakirəsi ətrafında keçməsi gözlənilir. Ona görə də, hələ o vaxt 2025-ci ildə nəzərdə tutulan ya parlament, ya da prezident seçkisinin vaxtının dəyişdirilməsinin mümkünlüyü proqnoz edilirdi. Müşahidəçilər və təhlilçilər hesab edir ki, Prezident İlham Əliyevin reytinqi işğal altında olmuş torpaqların geri qaytarılmasından sonra daha çox artıb. Siyasi təhlilçi Fərhad Məmmədov bildirir ki, prezident Əliyevin reytinqi hər zaman yüksək idi və sentyabrda Qarabağda keçirilmiş əməliyyatlardan sonra daha da yüksəlib: “O populyarlığının zirvəsindədir". Yeni Azərbaycan Partiyasının üzvü, deputat Naqif Həmzəyev hesab edir ki, prezident seçkilərin növbədənkənar keçirilməsinə ehtiyac yarandığı üçün belə bir sərəncam imzalanıb: “Azərbaycan xalqı onsuz da prezident İlham Əliyevi həmişə dəstəkləyib və xalqın böyük əksəriyyətinin səsini həmişə cənab prezidentə verib. Yeni Azərbaycan Partiyası qalib partiyadır və onun namizədi İlham Əliyev olduğu üçün biz həmişə seçkiləri qələbə ilə başa vurmuşuq". O hesab edir ki, prezident seçkilərində İlham Əliyevin qalib gələcəyi hər kəs tərəfindən bilinir və bu seçkilərin 1 il tez və ya 1 il gec keçirməyinin heç bir fərqi olmayacaq.

Digər ekspertlər diqqəti ona da yönəldir ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Həm 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı Zəfər, həm də bu ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri Azərbaycan dövləti və xalqı üçün yeni bir gələcək, yeni bir inkişaf mərhələsi yaradıb. Bütün bunların fonunda ölkəmizin tarixində ilklər yaşanmaqdadır. Belə ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkiləri keçiriləcək. Ona görə də, bu seçkilər cəmiyyətdə haqlı olaraq zəfər seçkisi kimi səciyyələndirilir. Bundan başqa, növbədənkənar istənilən seçki dünya tərəfindən qəbul və tətbiq olunan siyasi təcrübədir. Digər tərəfdən, hazırkı strateji mərhələdə ölkə inkişafının yeni çərçivələrini müəyyənləşdirməlidir. Bu da öz növbəsində növbədənkənar seçkilərin keçirilməsinin aktuallığını artırıb. Növbədənkənar seçkilər həm də ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. O da faktdır  ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. O da məlumdur ki, siyasi partiyaların əsas funksiyalarından biri seçki yolu ilə siyasi mübarizə aparmaqdır. Bu mənada, seçkilərin keçirilməsi ilə bağlı istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın nümunəsi kimi dəyərləndirilə bilər.

Nahid SALAYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Vurulmuş təyyarəmizin qutusu ilə bağlı Lavrovdan yayındırıcı eyham - "uyğunsuzluq var"...

Bakıda İran rejiminin fahişə-casus dəstəsi tutuldu...

Bakıda yəhudi icma fəalını 200 min dollara sifariş edənlərin hədəfləri...

SON XƏBƏRLƏR

18.01.2025 | 22:34
Hökümə Əliyevanın atasının kartından pul oğurlayan şəxs həbs edildi - FOTO

18.01.2025 | 21:20
Kiyevlə London arasında “100 illik tərəfdaşlıq” sazişi... İngiltərə Ukraynada hərbi baza yerləşdirəcək – Kreml narahatdır...

18.01.2025 | 20:09
Rusiya Ukraynanın Kurskda ələ keçirdiyi torpaqların 60 faizini geri aldı - Ukrayna qoşunları mühasirədə...

18.01.2025 | 18:19
Qədim adı Bərəkət olan, göllər şəhəri adını alan İsparta...

18.01.2025 | 18:15
ABŞ-ı dünyada hörmətdən salan Bayden və Blinken (2 BB) oldu...

18.01.2025 | 16:37
Rusiyada Azərbaycana qarşı media kampaniyalarını "FSB" idarə edir...

18.01.2025 | 16:21
Gürcüstan seçkilərinin regionda sakitliklə nə əlaqəsi? - İlham Əliyev cavabladı...

18.01.2025 | 16:14
Vəkillərlə aqrar sektorun əməkdaşlığı başladı - kimə nə fayda?

18.01.2025 | 15:55
Hökumə Əliyevanın ailəsinin pulu necə oğurlanıb? - Bank detalları açıqladı...

18.01.2025 | 15:31
Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq edənlər tapıldı, pul geri qaytarıldı...

18.01.2025 | 15:03
"Suriyaya müxtəlif istiqamətlərdə yardımlar təklif edirik" - Ceyhun Bayramov

18.01.2025 | 14:51
"Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq" - Hakan Fidan

18.01.2025 | 14:45
Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi açıqlandı - 20 milyard...

18.01.2025 | 14:40
XİN: "Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək"

18.01.2025 | 14:27
Hakan Fidan: "Türkiyə və Azərbaycan bundan sonra da hər zaman eyni yolda irəliləyəcək"

18.01.2025 | 13:53
"Azərbaycan və Türkiyə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir" - Ceyhun Bayramov

18.01.2025 | 13:48
Azərbaycan-Türkiyə-Özbəkistan XİN rəhbərlərinin görüşü olacaq...

18.01.2025 | 13:47
"Azərbaycan Qəzzada atəşkəs və girovlara dair razılaşmanın icrasını gözləyir" - Nazir

18.01.2025 | 12:43
Nobel Komitəsinə açıq məktub - Qorbaçovun mükafatdan məhrum edilməsi barədə tarixi qərara imza atın...

18.01.2025 | 12:30
Ceyhun Bayramov və Hakan Fidan regional və qlobal vəziyyəti müzakirə ediblər - FOTO

18.01.2025 | 12:00
Hakan Fidan Ermənistanla sülh müqaviləsinin bağlanmasınin tezləşdirilməsi üçün Bakıya gəlib

18.01.2025 | 11:50
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul etdi

18.01.2025 | 11:31
Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb - RƏSMİ

18.01.2025 | 11:30
Makron Livana "lağım atdı"...

18.01.2025 | 11:23
Hökumə Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlandı

18.01.2025 | 11:14
Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq - külli miqdarda pulları oğurlandı

18.01.2025 | 10:32
Bu aktyor "Kuruluş Osman"dan ayrılır

18.01.2025 | 10:28
24 yaşı var, həftədə 1 milyon funt sterlinq qazanacaq...

18.01.2025 | 10:16
Saatlıda narkotika satanlar saxlanılıb

18.01.2025 | 10:00
Rusiyadan Kiyevə raket hücumu - azı 4 nəfər həlak olub

18.01.2025 | 09:30
"Kommunizmin şərindən qorxmayan Azərbaycan xalqı azadlığa can atdı" - amerikalı konqresmenlər

18.01.2025 | 09:27
Qəbiristanlıqlar bələdiyyələrə pulsuz verildi, bələdiyyələr isə qəbir yerlərini satır...

18.01.2025 | 09:00
Daha 42 ailə Cəbrayıla yola salınıb

18.01.2025 | 08:43
Mənzillərin qiyməti artır, sökülmüş evlərə görə kompensasiyalar artmır...

17.01.2025 | 23:35
Rusiyadan İrana Azərbaycan üzərindən qaz kəməri çəkiləcək...

17.01.2025 | 23:03
Kobaxidze Əliyevə "bizə də nümunəsiniz" dedi... niyə ?

17.01.2025 | 22:36
Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başladı - FOTO

17.01.2025 | 21:28
Bakının bu bələdiyyələri “kupçasız” əmlaklardan da vergi tələb edir...

17.01.2025 | 21:12
Vurulmuş təyyarəmizin qutusu ilə bağlı Lavrovdan yayındırıcı eyham - "uyğunsuzluq var"...

17.01.2025 | 20:59
ABŞ-la strateji sənəd imzalayan ölkələr - heç kim ərazi bütövlüyünü bərpa edə bilmədi...

17.01.2025 | 20:44
Rusiyada Azərbaycana qarşı qərəzli media kampaniyası - strateji müttəfiqliyə sarsıdıcı zərbə...

17.01.2025 | 20:41
Trampın komandası Rusiya əleyhinə "Geniş miqyaslı strateji sanksiyalar paketi" hazırlayır...(?)

17.01.2025 | 20:29
Bir azdan Ermənistan sərhədlərini Amerika mütəxəssisləri qoruyacaq...

17.01.2025 | 20:18
Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalandı

17.01.2025 | 20:15
Paşinyan İlham Əliyevin 2 mühüm şərtini yerinə yetirir - birini tezliklə, digərini yayda...

17.01.2025 | 20:07
Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük

17.01.2025 | 20:01
Məxfi ABŞ-Azərbaycan danışıqları açıldı - Azərbaycana qarşı işləyən qurum bağlandı...

17.01.2025 | 19:48
Avropa xofda - Tramp Qrenlandiyanı hərblə tuta bilər...

17.01.2025 | 19:34
Masazır bələdiyyəsinin fəaliyyəti bunlardan ibarət imiş...

17.01.2025 | 19:20
Sabiq prezident Olland hakimiyyətə qayıdır, Makron gedir, Yeni Xalq Cəbhəsi yarandı...

17.01.2025 | 19:07
Dövlətçilik tariximizdə suverenlik anlayışı - hüquqi və praktik tərəflər...

17.01.2025 | 18:52
Bakıda İran rejiminin fahişə-casus dəstəsi tutuldu...

17.01.2025 | 18:38
Bakıda yəhudi icma fəalını 200 min dollara sifariş edənlərin hədəfləri...

17.01.2025 | 18:24
Kommunikasiyalar üzrə danışıqlarda uğursuzluq Qərbin Ermənistana təsirləri ilə bağlıdır?

17.01.2025 | 18:24
“Yalquzaq” tamaşaçılara təqdim olundu

17.01.2025 | 18:10
Ermənistan sərhəd məsələsində loyaldır, sazişi isə sabotaj edir - ziddiyyətin səbəbləri...

17.01.2025 | 17:56
10 ildən yaşlı avtomobillərin idxalı qadağandır - praktikada nələr görürük?

17.01.2025 | 17:43
ABŞ-la birgə USAID də Azərbaycandan getdi - Baydenin növbəti uğursuzluğu...

17.01.2025 | 17:29
Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar

17.01.2025 | 17:25
Ermənistandakı Aİ missiyasına Azərbaycanla bağlı kəskin sual qoyuldu...

17.01.2025 | 17:20
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub

17.01.2025 | 17:12
DİM qəbul imtahanlarını rəqəmsallaşdırır - kimlər nə gözləyir?

17.01.2025 | 16:55
Gürcüstanın Baş naziri Prezident İlham Əliyev haqqında - Siz fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz

17.01.2025 | 16:51
Almaniyadan Rusiyaya çağırış - Suriyadakı bazaları bağlayın, qoşunları ölkədən çıxarın...

17.01.2025 | 16:49
"Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır" - Prezident

17.01.2025 | 16:45
Prezident: "Azərbaycanla Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq daha geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır"

17.01.2025 | 16:42
"Azərbaycanla Gürcüstanın siyasi əlaqələri bütün qonşular üçün nümunə ola bilər" - Prezident İlham Əliyev

17.01.2025 | 16:25
Los-Ancelesdə yanğın bölgəsindəki sakinlər silahlanmağa başladı – hökumət qarətçilərin qarşısını ala bilmir...

17.01.2025 | 16:12
Şəhid mayor Kamran Fərəcovun doğum günündə məzarı ziyarət olundu - FOTO

17.01.2025 | 16:07
Sərxoş halda maşın sürən şəxs həbs edildi

17.01.2025 | 15:55
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə başsağlığı verdi

17.01.2025 | 15:46
Putinlə Paşinyan telefon danışığında nəyi müzakirə ediblər...

17.01.2025 | 15:34
Ombudsman 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar bəyanat yaydı

17.01.2025 | 15:12
Hakan Fidan Bakıya gəlir

17.01.2025 | 15:08
BMU-da 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

17.01.2025 | 14:47
Sumqayıt polisi əməliyyat keçirdi - Kamil Məmmədov 20 kq narkotiklə tutuldu - VİDEO

17.01.2025 | 14:25
Gürcüstanın Bakıdakı səfirliyinin yeni binası üçün ayrılmış əraziyə baxış keçirildi

17.01.2025 | 14:23
Prezident İlham Əliyev və Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

17.01.2025 | 14:17
Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirildi - FOTO

17.01.2025 | 14:14
Gürcüstan Cənubi Qafqaz ölkələrinin iştirakını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edib

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031