Baş katib Quterreş özü də BMT-nin heç nəyə yaramadığını etiraf etdi...
Məlumdur ki, bu günlərdə BMT TŞ Qəzzada atəşin dayandırılmasına yönəlik növbəti qətnaməni qəbul edə bilmədi. ABŞ veto hüququndan istifadə etdi, İngiltərə bitərəf qaldı, qalan 13 dövlət isə səs versə də, maaləsəf, bu səslər mənasız oldu.
ABŞ izah verdi ki, Qəzzada atəşkəs HƏMAS-ın nəfəs almasına səbəb ola bilər, yəni gərək məhv edilsin. Bu azı 3-cü dəfədir ki, BMT qərar verə bilmir. Rusiyanın təşəbbüs etdiyi qərar layihəsi olanda ABŞ, əks tərəfin layihəsi olanda isə Rusiya veto qoyur. Beləcə, Qəzzada vəhşi zehniyyət tərəfindən dinc insanların soyqırımı davam edir.
BMT Baş katibi Quterreş özü də durumdan çox narahat olub. Dünən Quterreş deyib ki, BMT TŞ qətnamə qəbul etmək iqtidarsızlığını nümayiş etdirir.
Daha bundan sonra BMT TŞ-dən nə ummaq olar?!...
Namiq Quliyev