KÖHNƏ VERSİYA            

İtirilmiş NƏSİL...

Image


Tik tok və “sosial proqramlar” milli genefonumuza “od qoyur”

Son bir neçə ildir ki, Azərbaycan teleməkanı böyük bir xalqın min illik dəyərləri üçün kabus halına çevrilib. Ağına-bozuna baxmadan ən primitiv şəkildə bu xalqın milli dəyərlərini milyonların gözləri qarşısındaca məhv edən, yeniyetmə və gəncləri azərbaycançılıqdan uzaqlaşdırıb beynini zəhərləyən “sosial proqramlar” və sosial şəbəkələr durmaq fikrində deyillər. Əksinə hər gün daha da “artırırlar”. Yalançı “reytinq” görüntüsü yaradan bu cür proqramlarda cəmiyyəti bilə-bilə aşağı səviyyəli düşüncəyə sürükləmək, intellektual, düşündürücü efir əvəzinə, insanları manqurtlaşdıran şoular keçirmək, təhsil əvəzinə yaşlı insanların özlərini gülünc vəziyyətə saldıqları, kənd-kəsəkdə uşaqlarını evdə qoyub subay oğlanlara qoşulub qaçan gəlinləri, belələrinin dalınca studiyaya gəlib diz çökən biqeyrət "kişiləri" reklam etmək bunların əsas işinə çevrilib. Qəti şəkildə çəkinib ehtiyat edəcəkləri heç nə də yoxdur.
  “Böyül cəsarət” sahibidirlər ki, bir xalqın kişilik, ar-namus kimi dəyərlərini hamının gözü qarşısında məhv edirlər. Bu, bütöv bir Ermənistanın Azərbaycana qarşı düşmənçilik siyasətindən qat-qat dəhşətli zərbədir bu xalqa. Bu ölkə düz 30 ildən sonra böyük cəsarətlə öz torpaqlarını yenidən geri qaytara bildisə, bu gün efirlərdə və sosial şəbəkələrdə bilə-bilə, qəsdli şəkildə itirilmiş mənəviyyatımızı bir də heç vaxt geri qaytara bilməyəcəyik. Bu, acı və dəhşətli gerçəkdir!
  Bəs bunların efirlərdə, sosial şəbəkələrdə etdikləri iyrəncliklərin əsas məqsədi nədir? - məqsəd KİŞİLİK qürurunun, qadın ar-namusunun, müqəddəs ailə dəyərlərinin yeniyetmə və gənc nəslin gözündən salınması siyasəti. Açıq şəkildə cəmiyyəti MANQURTLAŞDIRMAQ, vəssalam!
  Min dəfə təəsüf olsun ki, ölkəmizdəki ziyalı təbəqəsi milli genefonumuzun, dəyərlər sistemimizin belə şəkildə məhv edilməsinə bircə dəfə də tutarlı etiraz səsini qaldırmayıb. Ziyalı demək qalstuk taxmaq, bahalı kostyumunun döş cibinə parça qoyub cəmiyyətin problemlərinə yuxarıdan aşağı baxmaq demək deyil. Ziyalı olan kəs milli dəyərlərimizin, yeniyetmə nəsillərimizin əldən getdiyi bu günkü vaxtda səsini çıxarmasa bəs nə vaxt lazım olacaq cəmiyyətə?..
  Bu gün efirlərdə Azərbaycan cəmiyyətinə təqdim olunan verilişlərin anormallığı ilə yanaşı, aparıcıların, habelə ailə-məişət məsələlərinə həsr olunan verilişlərə çıxarılan “ekspertlərin” səviyyəsi də heyrət doğurur. Keşmişi qaranlıqlar və əxlaq problemləri ilə “zəngin olan” bu yalançı “ekspert” sürüsü, ən iyrənc şəkildə milyonlarla insana yol göstərmək üçün elə şəkil alırlar ki. Hərə ağlına və ağzına gələni danışır, efirdən söyüş söyülür, bilmədikləri məsələlər haqda insanlara yanlış məsləhətlər verirlər.Azərbaycan efirlərində yayımlanan diletant səviyyəli “serial” rəzalətindən isə danışmağa dəyməz. Çox əcaib bir durumdur.
  Tamaşaçının zövqünü, mənəviyyatını, sağlamlığını, əsəblərini, ədəbi dilimizi, efir mədəniyyətini korlamaq - bunların hamısı birbaşa xalqımızı, genefondumuzu məhv etmək deməkdir! Onlar da bunun fərqindədirlər, sadəcə bu xalqa qarşı mənəvi divan tutmaq, milli dəyərlərimizi yeniyetmə və gənclərin şüurundan silmək üçün onlara tapşırılan “missiyanı” yerinə yetirmək üçün belə əcaib duruma düşürlər.
  Adi şəkildə azca diqqət etsən aydınca görürsən ki, əhalinin birbaşa mənəvi və psixoloji məhvinə yönəlik verilişlər həm də sırf biznes layihələridir. Yəni kimlərsə pul qazanmaq üçün xalqımızın mənəviyyatını baltalayır. Həm məhv et, həm də milyonlar qazan!
  Hazırkı Azərbaycan gəncliyi həm də ən çox sosial şəbəkə seqmentində məhv edilir. Xüsusilə nəzarətsiz poliqona çevrilmiş, cinsi azlıqlardan, ləçər fahişələrdən başlamış ən təhlükəli ideoloji və sosial qruplara qədər bir çoxlarının at oynatdıqları bu sosial şəbəkə seqmentində Azərbaycanlı dəyərlərinin əsl genosidi reallaşır. Burda da bilərəkdən, qəsdli şəkildə yeniyetmə və gənclərin yoldan çıxarılması üçün var gücləri ilə çalışırlar. Cinsi azlıqlara edilən bahalı hədiyyələrin, uğursuz ailə həyatı ilə yadda qalan ləçər “tik-tokerlər”in qazandıqları pullar bütün günü reklam olunur, gələcək nəsillər ən amansız şəkildə məhv edilir. özü də hər kəsin gözləri qarşısında...
  Gəlin müqayisə edək. Dünyanın hər yerində insanlar bu müasir və sürətli informasiya texnologiyalarından, imkanlardan daha çox inkişaf etmək, yeniliklər öyrənmək üçün bəhrələnsə də, bu məsələdə Azərbaycan cəmiyyətində hər şey tam əskinə gedir. Rəhmətlik Mirzə Cəlilin “Poçt Qutusu”ndakı Novruzəli cəmiyyəti ilə hazırkı internet əsrindəki tik tok cəmiyyəti arasında heç bir düşüncə fərqi, irəliləyiş yoxdur. Əsrlər keçsə də, cəmiyyət olaraq sosial sferadan başlamış ta milli dəyərlərə qədər şüur və düşüncə baxımından heç nəyimiz dəyişməyib. Elə “poçt Qutusu”ndakı Novruzəlinin qoyub getdiyi cəmiyyətdir. O dövrün Faytonundan, qazalaqından atlanıb bu günkü internet əsrində bahalı “Rance Rover”ə, milyonluq “Rolls-Royce”ə, “Bugatti”yə, “Lamborghini”yə əyləşsək də, təfəkkür və düşüncəmiz dəyişmir ki, dəyişmir.  Bu fakt acıdır, lakin olan HƏQİQƏT BUDUR! 
 Bu gün ən inkişaf etmiş dünya ölkələri - ABŞ-dan, Almaniyadan başlamış Avstraliya və Fnlandiyaya qədər bir çoxları tik toku öz ölkələrində məhdudlaşdırır, xüsusilə yeniyetmələrin bu sosial şəbəkə seqmentinə daxil olmasını qadağan edirlər. Bu ölkələr öz qərarlarını yeniyetmə və gənclərin tik tokda depressiyaya, mənəvi tənəzzülə uğramaları ilə əlaqələndirirlər. Kəsəsi, öz gələcəyini düşünən heç bir ölkə bizdəki kimi tik toku nəzarətsiz poliqona çevirmək isitəmir. Çünki heç kəs bizdə olduğu kimi İTİRİLMİŞ NƏSİL acısı yaşamaq istəmir. Gəlin özümüzü və canımızdan çox sevdiyimiz uşaqlarımızın gələcəyini bu şəkildə xərcləməyək. Gəlin övladlarımızı sosial şəbəkə ağuşundan qoruyaq. Çünki birazda gec tərpənsək, həm də lap uzaq gələcəyimizi itirəcəyik, unutmayın...

Mətləb Salahov

 








VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Şəkər testlərinin apteklərdə yoxa çıxması rüşvət amili ilə bağlıdır?

Qərb Gürcüstanı sabitləşməyə qoymur - quru sərhədlərimizin bağlı qalması yenidən gündəmə gəlib...

Bələdiyyə sədrləri 2 üsulla seçiləcək - Praktikada nə gözlənilir...

SON XƏBƏRLƏR

04.12.2024 | 12:20
Məktəbəqədər təhsildə "ailə modeli" yaradılacaq - nazirdən AÇIQLAMA

04.12.2024 | 12:10
Rusiya və Azərbaycan ekologiya sahəsində işçi qrupu yaradacaq - rusiyalı vitse-spiker

04.12.2024 | 12:00
Sumqayıtda piyada yol qəzasında ölüb

04.12.2024 | 11:30
Xətai rayonunda çayxana yanıb

04.12.2024 | 11:20
Bu gün Bakıda və bir neçə rayonda qaz olmayacaq

04.12.2024 | 11:12
"Azərbaycan Atabəyləri" tarixi bədii-sənədli filminin təqdimatı olub

04.12.2024 | 11:10
Bu Afrika ölkəsində ilk dəfə qadın Prezident seçildi

04.12.2024 | 11:05
Qətər Əmiri üçün Bukinqem sarayında ziyafət verilib

04.12.2024 | 10:30
Bu gün Qubada 5 saat işıq olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

04.12.2024 | 10:22
Makron ən azı etika xatirinə İlham Əliyevə müraciət etməli idi...

04.12.2024 | 10:20
47 dəfə elçilərə "yox" cavabı verən xalq artisti

04.12.2024 | 10:10
“Bu günü yaşamaq bəlkə də bir yuxudur" - Şuşa sakini

04.12.2024 | 10:05
"Bavariya" son çempiona uduzdu

04.12.2024 | 10:00
Britaniyada quş qripi ŞOKU - 5 milyon doza peyvənd alındı

04.12.2024 | 09:30
İllərdir küsülü idilər, artıq barışıblar...

04.12.2024 | 09:24
Muskul şişirdən dərmanların satışı qadağan olsa da, sosial şəbəkələrdə qızğın steroid alveri gedir...

04.12.2024 | 09:20
Paşinyanın xahişini rədd edən deputat partiyadan qovuldu!

04.12.2024 | 09:10
"İqlim dəyişikliyi ilə bağlı məsələlər inteqrasiya olunmuş qlobal həllər tələb edir"

04.12.2024 | 09:05
Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı - AÇIQLAMA

04.12.2024 | 09:00
Daha 48 ailə Şuşaya köçürüldü

04.12.2024 | 08:45
İki asteroid yer kürəsinə yaxınlaşır - NASA-dan XƏBƏRDARLIQ

04.12.2024 | 08:37
Yasamal sakinləri sökülən mənzillərin hər kvadratına 2500 manata razı olmurlar - Abdulla Şaiq küçəsində mübahisə...

03.12.2024 | 23:13
Qərb səfirlikləri Azərbaycanda kimlərə və niyə maşın bağışlayıb? - İctimai şuralarla bağlı dəhşətli faktlar ortaya çıxdı...

03.12.2024 | 21:24
Şəhid mayorun xatirəsinə həsr olunan "SƏS" tamaşasının premyerası keçirildi

03.12.2024 | 21:22
“Yalquzaq” səhnəyə çıxır

03.12.2024 | 21:19
Musiqili Teatrda “Əliqulu bu gün evlənir” komediyasının premyerası olacaq

03.12.2024 | 21:10
Şəkər testlərinin apteklərdə yoxa çıxması rüşvət amili ilə bağlıdır?

03.12.2024 | 20:54
Qərb Gürcüstanı sabitləşməyə qoymur - quru sərhədlərimizin bağlı qalması yenidən gündəmə gəlib...

03.12.2024 | 20:39
Suriya xalqına Əsədin gedişi, ya qalması faydalıdır? - Müzakirələr gedir...

03.12.2024 | 20:24
Türkiyə və Rusiya ordusu Suriyada bir-biri ilə toqquşa bilər?

03.12.2024 | 20:10
Makron Netanyahudan qorxdu - əvvəlcə dedi həbs olunacaq, sonra isə...

03.12.2024 | 19:56
Ermənistan Tiflisə yüzlərlə diversant göndərib...

03.12.2024 | 19:41
"Ukrayna və Gürcüstandan sonra Rusiyanın hədəfi bizik" - Ermənistanı yeni qorxu bürüyüb...

03.12.2024 | 19:27
Moskvadan Paşinyana tələb - Qərbin 2500 təşkilatını bağla...

03.12.2024 | 19:12
Britaniya kəşfiyyatından Trampa xəbərdarlıq

03.12.2024 | 18:58
Qərb Gürcüstanda yeni "rəngli inqilab" ssenarisini reallaşdıra bilmir...

03.12.2024 | 18:44
Mərkəzi Bankın valyuta ehtiyatları hələ tarixdə bu qədər azalmamışdı...

03.12.2024 | 18:30
Qərbin Gürcüstana müdaxilə cəhdləri "3+3" formatında müzakirə oluna bilər...

03.12.2024 | 18:16
Dünya alimləri Qərbi Azərbaycan mövzusunu müzakirə edəcəklər...

03.12.2024 | 18:02
ABŞ-da ermənilərin xeyriyyəçilik adı ilə topladığı milyonlar Ermənistanda hərbi məqsədlərə yönəldiləcək...

03.12.2024 | 17:55
MM-də 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda təsdiqləndi

03.12.2024 | 17:48
Azərbaycanda uşaqlar üçün yeni Konsepsiya? - Suallar ortaya çıxdı....

03.12.2024 | 17:35
Baqramyanın nəvəsi İrəvanda Hitlerin əlaltılarının heykəlini görmür, Gəncədə babasının heykəlini axtarır...

03.12.2024 | 17:23
Moskvadan Ukrayna və Qərbə növbəti xəbərdarlıq - buna imkan verməyəcəyik...

03.12.2024 | 17:22
Müasir kütləvi proqramlar və innovasiyalar...

03.12.2024 | 17:15
“Laçın Beynəlxalq Hava Limanı bölgənin strateji əhəmiyyətini daha da artıracaq” - Vüqar Rəhimzadə

03.12.2024 | 17:09
Bələdiyyə sədrləri 2 üsulla seçiləcək - Praktikada nə gözlənilir...

03.12.2024 | 16:51
Dövlət Vergi Xidmətində yeni rəqəmsal xidmətlərlə bağlı dəyirmi masa keçirildi

03.12.2024 | 16:41
Gürcüstan Patriarxlığı məktəbliləri aksiyalara çağıran Zurabişviliyə səsləndi - Ümid edirik uşaq bağçalarını da çağırmayacaqsız...

03.12.2024 | 16:30
Günəş ömürlü Vətən sevdalısı Vüsal Kazımov... - FOTO

03.12.2024 | 16:26
Gürcüstan Konstitusiya Məhkəməsi prezident və müxalifətin 26 oktyabr seçkilərilə bağlı iddiasını rədd etdi

03.12.2024 | 16:18
Dövlət Fondu Bakıda 144 milyona yaşayış sahələri alır...

03.12.2024 | 16:10
Suraxanıda narkotiklərin satışı ilə məşğul olan və oğurluq edən şəxslər yaxalandı - FOTO

03.12.2024 | 15:42
"Landmark" 120 milyon manata satışa çıxarılır

03.12.2024 | 15:26
İrandan Rusiyaya yük maşını ilə külli miqdarda narkotik aparanlar Astarada "ilişdi"

03.12.2024 | 14:50
Ukrayna Rusiyanı ikinci sülh sammitinə dəvət edəcək - Zelenski açıqladı

03.12.2024 | 14:30
BMU-nun rektoru beynəlxalq olimpiadanın qalibləri ilə görüşüb

03.12.2024 | 14:16
Ceyhun Bayramov İƏT XİN Şurasının iclasında COP29-un nailiyyətlərindən danışdı

03.12.2024 | 14:15
Prezident Naxçıvan Dövlət Universitetinə rektor təyin etdi

03.12.2024 | 14:02
"Azərbaycan gələn il İƏT Zirvə görüşünə ev sahibliyi etmək niyyətindədir" - Ceyhun Bayramov

03.12.2024 | 13:58
İtirilmiş NƏSİL...

03.12.2024 | 13:46
Azərbaycan Mərkəzi və Şərqi Avropa regional qrupuna sədr və COP16 Bürosuna üzv seçildi

03.12.2024 | 13:37
Azərbaycana ən çox investisiya yatırımı edən ölkələr məlum olub

03.12.2024 | 13:30
BMT Türkiyənin Ormana kəndini ən yaxşı turizm kəndlərindən biri elan edib

03.12.2024 | 13:28
Ermənistan rəsmisi BMT tribunasından faşist Njdenin müdafiəsinə qalxdı - VİDEO

03.12.2024 | 13:23
Türkiyə Azərbaycana yeni səfir təyin etdi

03.12.2024 | 13:16
BMT rəsmisi Ermənistandan bütün azərbaycanlıların qovulduğunu ifşa etdi - Kostanyan da etiraf etməyə məcbur oldu...

03.12.2024 | 13:04
"Made in Turan" məhsulları Amerika bazarına çıxarılır...

03.12.2024 | 12:50
ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi istefa verdi - böyük sevgi ilə buranı tərk edirəm

03.12.2024 | 12:30
Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

03.12.2024 | 12:00
La Liqa klubu 50 yaşlı baş məşqçini qovdu

03.12.2024 | 11:35
Sumqayıtda binada dəhşətli partlayış - dağıntılar altında qalan 6 nəfər xilas edildi...

03.12.2024 | 11:20
Türkiyə Ordusunun əsgəri İraqın şimalında həlak olub

03.12.2024 | 11:10
3 vəkilin fəaliyyəti dayandırıldı - Vəkillər Kollegiyasından QƏRAR

03.12.2024 | 11:05
Bir neçə bank tam şəkildə prodakşn mühitinə çıxmağa hazırdır -AÇIQLAMA

03.12.2024 | 11:05
Prezident İlham Əliyev Yəmənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

03.12.2024 | 11:00
Türkiyənin Azərbaycandakı yeni səfiri açıqlandı - Birol Akgün

03.12.2024 | 10:58
Prezident El-Salvador səfirinin etimadnaməsini qəbul etdi - FOTO/YENİLƏNDİ

03.12.2024 | 10:40
Şahbuzda 17 sm qar yağıb - FAKTİKİ HAVA

03.12.2024 | 10:40
Prezident İlham Əliyev Mavritaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/YENİLƏNDİ

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031