Ukrayna Rusiyanı ikinci sülh sammitinə dəvət edəcək - Zelenski açıqladı
Ukrayna Rusiyanı ikinci sülh sammitinə dəvət edəcək. Bunu Ukraynanın Prezidenti Zelenski “Kyodo News”a müsahibəsində bildirib.
Zelenski deyib ki, Ukrayna tərəfi “Sülh düsturu”nun əsas bəndlərinə əsaslanan müfəssəl sənədi artıq hazırlayıb.
“Sülh düsturu”nun və sülh sammitinin həyat qabiliyyətini dayandırmaq üçün müxtəlif tərəflərdən və ölkələrdən çoxlu müxtəlif təkliflər olacaq. Onlar indi bunun üzərində işləyirlər. Artıq sənəd hazırdır və biz inauqurasiyadan sonra bütün ölkələrin vahid mövqeyini gözləyirik. Prezident Trampın bu sənədlə bağlı yanaşmasını gözləyirik” – Zelenski bildirib.
Volodimir Zelenski qeyd edib ki, o, yalnız Kiyev ölkələrin bu sənədə reaksiyasını eşitdikdən sonra növbəti addımlara hazır olacaq.
TAHİR