KÖHNƏ VERSİYA            

ABŞ-ın xarici siyasət konsepsiyasında Rumıniyanın rolu

Image

ABŞ xarici siyasətində mühüm əhəmiyyət daşıyan bir sıra vacib xüsusiyyətlər  vardır ki, ikili münasibətlər də sırf bu xüsusiyyətlər prizmasından təhlil edilərək qurulur. Bunlar, dövlət sistemində demokratik mühit, sülhün, stabilliyin və təhülkəsizliyin təminatı, Qərb dəyərlərinə inteqrasiya və əhalinin rifah şəraitinin artırılmasıdır.  Bu cəhətdən Qara Dəniz hövzəsindəki region dövlətlərinin Qərb dəyərlərinə və ən əsası liberal bazar iqtisadiyyatına inteqrasiya edilməsi, ABŞ xarici siyasətinin əsas prioritetlərindən biridir. Bunun üçün isə ilk öncə keçmiş sovet dövlət sistemindən qalan korrupsiya hallarının qarşısını almaq və əhalinin rifah səviyəsinin qaldırılması üçün səylər göstərilir. Regionda yerləşən dövlətlərdə əhalinin rifah səviyyəsinin qalxması onların Qərb dəyərləri əsasında qurulmuş demokratik rejimlərə qarşı inamını qaldıracaqdır. Qara Dəniz hövzəsində əhəmiyyəti ilə seçilən dünya dövlətlərindən biri də məhz Rumıniyadır. ABŞ və Rumıniya arasındakı əlaqələr geniş və müxtəlifdir. Rumıniyanın ABŞ-ın xarici siyasətindəki rolu ilk növbədə onların NATO çərçivəsində əməkdaşlığı, regional təhlükəsizlik narahatlıqları, Şərqi Avropada demokratiya və sabitliyin təşviqində ortaq maraqları ətrafında kəsişir. 

NATO Tərəfdaşlığı: Rumıniyanın NATO-ya üzvlüyü ABŞ-ın xarici siyasəti kontekstində mühüm əhəmiyyət kəsb edir, çünki NATO Avropadakı müttəfiqlərinin təhlükəsizliyini və müdafiəsini təmin etməkdə ABŞ üçün əsas ittifaqdır. Rumıniyanın hərbi töhfələri, o cümlədən NATO missiyalarında və əməliyyatlarında iştirakı alyansın ümumi gücünə və effektivliyinə töhfə verir. 

Təhlükəsizlik sahəsində əməkdaşlıq: Rumıniya və ABŞ təhlükəsizlik sahəsində əməkdaşlığın müxtəlif formaları ilə məşğul olurlar. Buraya birgə hərbi təlimlər, təlim proqramları və onların silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi üzrə səylər daxildir. ABŞ Rumıniyanın hərbi imkanlarını modernləşdirməsində də dəstək verib. 

Regional Sabitlik: Rumıniya geosiyasi əhəmiyyəti artan Qara dəniz regionunda sabitliyin təşviqində rol oynayır. ABŞ bu regionda sabitliyin qorunub saxlanmasında maraqlı olduğunu nümayiş etdirib və Rumıniyanın tərəfdaşlığı Rusiyanın Qara dənizdəki hərəkətləri kimi ümumi təhlükəsizlik problemlərinin həllində mühüm əhəmiyyət kəsb edir.

Demokratiyanın Təşviqi: Rumıniyanın Qərb dəyərlərinə və demokratik prinsiplərə uyğunluğu ABŞ-ın demokratiyanı dəstəkləmək və təşviq etməkdə xarici siyasət məqsədlərinə uyğundur. ABŞ və Rumıniya demokratik təsisatların və qanunun aliliyinin gücləndirilməsinə yönəlmiş müxtəlif təşəbbüslər üzərində əməkdaşlıq edirlər. 

İqtisadi əlaqələr: İkitərəfli münasibətlərdə iqtisadi əlaqələr də rol oynayır. ABŞ və Rumıniyanın iqtisadi əlaqələri var və ABŞ regionda iqtisadi inkişafı və ticarəti təşviq edən təşəbbüsləri dəstəkləyir. ABŞ və Rumıniya arasında ticarət və investisiya əməkdaşlığı mövcuddur. İki tərəf müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı artırmağa nail olmuşdur.

Siyasi əlaqələr: ABŞ və Rumıniya NATO üzvüdür və bu çərçivədə birgə təhlükəsizlik və müdafiə üçün əməkdaşlığa sahibdirlər. İki ölkə arasında diplomatik münasibətlər müstəqil və möhkəm bir şəkildə davam etmişdir.

1877-ci ildə Rumıniya müstəqillik əldə etdi. Bundan sonra 1880-ci il iyunun 14-də Rumıniya ilə ABŞ arasında  diplomatik əlaqələr quruldu. Rumıniyanın ABŞ-a müharibə elan etməsi nəticəsində iki ölkə arasındakı diplomatik əlaqələr 1941-ci il dekabrın 12-də kəsilmişdir. Lakin 1946-cı il fevralın 7-də vəkillik səviyyəsində bərpa edilən diplomatik əlaqələr,1964-cü il iyunun 1-də iki ölkə  arasında  səfirlik səviyyəsinə qaldırılmışdır. Rumıniyada 1948-ci ildə qurulan kommunist idarəçiliyinin 1989-cu ildə başa çatması və  soyuq müharibənin sonlanması nəticəsində ABŞ-Rumıniya münasibətləri yenidən inkişaf mərhələsinə doğru irəliləməyə başladı. Bu mərhələdən sonra  ABŞ-ın xarici siyasətinin həyata keçirilməsində Rumıniya özünəməxsus şəkildə təsir edən əsas ölkələrdən birinə çevrildi. 1993-cü il noyabrın 8-də ABŞ-Rumıniya münasibətlərinin möhkəmləndirilməsi naminə Rumıniyaya Birləşmiş Ştatlar tərəfindən iki ölkə arasında iqtisadi əlaqələri genişləndirmək məqsədi daşıyan “Əlverişli Ölkə” statusu verildi. Hansı ki,1996-ci ildən etibarən iqtisadi sahədə əldə edilən irəliləyişlər nəticəsində ABŞ Konqresi bu statusu daimi etdi. Bu isə gələcəkdə iqtisadi sahədə əməkdaşlığın yüksələn xətlə davam edəcəyini göstərən başlıca nüanslardan biri idi. Bundan başqa iki ölkə arasında 1992-ci ildə ikitərəfli investisiya müqaviləsi imzalandı. Yüksələn xətlə inkişaf edən əməkdaşlığın nəticəsi idi ki, artıq 1994-cü ildə bu müqavilə qüvvəyə mindi. 1997-ci il iyulun 11-də ABŞ prezidenti Bill Klinton Rumıniyaya rəsmi səfəri etdi. Bu səfərin nəticəsi olaraq iki ölkə arasınnda  “İkitərəfli Strateji Tərəfdaşlığın” həyata keçirilməsinə dair sənəd imzalandı. İmzalanan bu sənədin əsas məqsədi  ikitərəfli münasibətlərin gücləndirilməsinə və genişləndiriliməsinə, Rumıniyanın Avro-Atlantik birliyə reinteqrasiyasının dəstəklənməsinə, Rumıniyanın  sabitlik və təhlükəsizlik məsələlərinin həllinə dair  yönəlmiş geniş əməkdaşlıq prosedurasını özündə əks etdirməkdən ibarət idi. Məhz bu sənəd çərçivəsində qurulan ikitərəfli strateji tərəfdaşlıq Rumıniyanın xarici siyasəti üçün çox böyük əhəmiyyət kəsb etməklə yanaşı, iqtisadiyyatı, hərbi və dövlət idarəçiliyini dəstəkləyən mexanizm rolunu oynamışdır. Rumıniya-ABŞ münasibətlərinin inkişafının növbəti mərhələsi kimi 11 sentyabr 2001-ci ildə ABŞ-da baş verən terror aktından sonrakı prosesləri nəzərdən keçirə bilərik. Rumıniyanın terrorizmlə mübarizədə ABŞ-a regionda ən böyük dəstəyi göstərməsi, Əfqanıstan və İraqda Birləşmiş Ştatların başçılıq etdiyi beynəlxalq koalisiyaya əhəmiyyətli töhfə verməsi münasibətləri daha da irəli aparan başlıca nüanslardan biri oldu. Bu dəstək  isə Rumıniyanın  2004-cü ildə möhkəm müttəfiq kimi NATO-ya qoşulması  ilə nəticələndi. 2005-ci ildə Rumıniya dövlət başçısı  Trayan Beseskunun ABŞ-a rəsmi səfəri zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi əsas məqsəd kimi ön plana çəkildi. ABŞ hökümətinin Rumıniya ilə ikitərəfli münasibətləri inkişaf etdirməsinə bir sıra amillər, məsələn Ruminiyanın Qara dəniz hövzəsi regionunda yerləşməsi, həmçinin Cənubi Qafqaz, Orta Şərq və Körfəz regionuna yaxın olmasına görə də stratejik əhəmiyyət daşıması əsaslı təsir göstərən başlıca nüanslardan biridir. İkitərəfli münasibətlərin digər mühüm əlaməti kimi ABŞ-ın Rumıniyadakı hərbi qüvvələri ilə bağlı 2005-ci il dekabrın 6-da imzalanmış və 21 iyul 2006-cı ildə qüvvəyə minmiş sazişini nəzərdən keçirə bilərik. Bu sazişin nəticəsi olaraq  ABŞ 10 il ərzində  Rumıniya ərazisində hərbi baza açmaq imkanını əldə etdi. Bu sazişi ABŞ-ın Qara dənizə açılan qapısı kimi təsvir edə bilərik. Nəticə etibarı ilə,  ABŞ yenədə özünün çoxşaxəli xarici siyasət strategiyasına uyğun olaraq, Qara dəniz hövəzsi regionunda yerləşən ölkələrlə əlaqələrini inkişaf etdirməyi əsas hədəf kimi qarşısına qoymuşdu. 13 sentyabr 2011-ci il tarixində  Vaşinqtonda ən yüksək səviyyədə Rumıniya və Amerika Birləşmiş Ştatları arasında 21-ci əsr üçün “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” qəbul edilmişdir. Bu bəyannamənin əsasını isə  ABŞ-ın ballistik raketinin Rumıniya ərazisində yerləşdirilməsinə dair saziş təşkil edir. Həmçinin bəyannamədə əməkdaşlığın genişləndirilməsinin  əsas istiqamətləri kimi iki ölkə arasındakı siyasi-hərbi əlaqələrə, hüquq-mühafizə sahəsində əməkdaşlığa, ticarət və investisiya imkanlarına, enerji təhlükəsizliyinə dair məsələlərə diqqət yetirilmişdir. ABŞ ilə münasibətlərin inkişaf etdirilməsi Rumıniyanın xarici siyasətinin əsas tərkib hissəsini təşkil etməklə bərabər,  terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq etmək, stabilliyin və sabitliyin qorunması məqsədilə əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi Ruminiyanın milli təhlükəsizlik strategiyasının həyata keçirilməsində özünəməxsus rol oynamaqdadır. 20 avqust 2019-cu il tarixində Rumıniya prezidenti Klaus Yohannisin ABŞ-a səfəri nəticəsində mülki nüvə enerjisi əməkdaşlığı daxil olmaqla, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığla bağlı birgə bəyanat imzalandı. Həmçinin 2019-ci ilin statistiksında yer alan məlumatlara görə ABŞ-ı Rumıniyada beşinci ən böyük xarici investor kimi yer almışdır. Bu statistikaya əsasən  Rumıniyada ABŞ-ın əsas şirkətləri enerji, istehsal, informasiya texnologiyaları və telekommunikasiya, xidmət və istehlak məhsulları sektorlarında fəaliyyət göstərir. Rumıniyanın ABŞ-a ən çox ixrac etdiyi mallara maşınlar, avtomobil hissələri, polad və metal məmulatlar və gübrələr daxildir. 
 2020-ci ilin oktyabrın 8-də imzalanmış 2020-2030-cu illər üçün “Müdafiə Əməkdaşlığına dair Yol Xəritəsi” ikitərəfli münasibətlərin strateji istiqamətlərini müəyyənləşdirdi. 11 mart 2022-ci il tarixində isə ABŞ-ın vitse-prezidenti Kamala Harris Rumıniyaya səfər edib. Səfər zamanı regiondakı məsələlər, təhlükəsizliyə dair məsələlər də daxil olmaqla iki ölkə arasındakı uzunmüddətli əlaqələrin inkişafına dair müzakirələr həyata keçirilmişdir. Rusiya-Ukrayna müharibəsi çərçivəsində Rumıniya Ukraynaya tərəfdaş ölkə kimi çıxış etmişdir. ABŞ-ın Rumıniyadakı səfiri Ketlin Kavalecin sözlərinə əsasən Rumıniya Avropada Ukrayna taxılının dünya bazarlarına ixracının dəstəklənməsində oynadığı mühüm rola görə seçilir. Əslində, Ukraynanın ixrac etdiyi bütün taxılın yarıdan çoxu Rumıniyadan tranzitlə keçərək bütün dünya üzrə istehlakçılara yollanıb. Rumıniya müharibə başlayandan bəri təxminən 30 milyon ton Ukrayna taxılının Dunay və Konstansa limanı vasitəsilə daşınmasını asanlaşdırıb. Bütün bunlarla yanaşı səfir Ketlin Kavalec ABŞ-ın bu məsələdə Rumıniyanı dəstəkləməkdən məmnunluq hissi keçirdiyini bildirib. Bu proseslərin nəticəsi olaraq qeyd edə bilərik ki, ABŞ-Rumıniya münasibətləri gələcək illər ərzində də yüksələn xətlə davam edəcək.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Milli Təhlükəsizlik və Siyasi Strategiya  magistrantı Cəlilov Ramil








VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Vurulmuş təyyarəmizin qutusu ilə bağlı Lavrovdan yayındırıcı eyham - "uyğunsuzluq var"...

Bakıda İran rejiminin fahişə-casus dəstəsi tutuldu...

Bakıda yəhudi icma fəalını 200 min dollara sifariş edənlərin hədəfləri...

SON XƏBƏRLƏR

18.01.2025 | 22:34
Hökümə Əliyevanın atasının kartından pul oğurlayan şəxs həbs edildi - FOTO

18.01.2025 | 21:20
Kiyevlə London arasında “100 illik tərəfdaşlıq” sazişi... İngiltərə Ukraynada hərbi baza yerləşdirəcək – Kreml narahatdır...

18.01.2025 | 20:09
Rusiya Ukraynanın Kurskda ələ keçirdiyi torpaqların 60 faizini geri aldı - Ukrayna qoşunları mühasirədə...

18.01.2025 | 18:19
Qədim adı Bərəkət olan, göllər şəhəri adını alan İsparta...

18.01.2025 | 18:15
ABŞ-ı dünyada hörmətdən salan Bayden və Blinken (2 BB) oldu...

18.01.2025 | 16:37
Rusiyada Azərbaycana qarşı media kampaniyalarını "FSB" idarə edir...

18.01.2025 | 16:21
Gürcüstan seçkilərinin regionda sakitliklə nə əlaqəsi? - İlham Əliyev cavabladı...

18.01.2025 | 16:14
Vəkillərlə aqrar sektorun əməkdaşlığı başladı - kimə nə fayda?

18.01.2025 | 15:55
Hökumə Əliyevanın ailəsinin pulu necə oğurlanıb? - Bank detalları açıqladı...

18.01.2025 | 15:31
Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq edənlər tapıldı, pul geri qaytarıldı...

18.01.2025 | 15:03
"Suriyaya müxtəlif istiqamətlərdə yardımlar təklif edirik" - Ceyhun Bayramov

18.01.2025 | 14:51
"Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq" - Hakan Fidan

18.01.2025 | 14:45
Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi açıqlandı - 20 milyard...

18.01.2025 | 14:40
XİN: "Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək"

18.01.2025 | 14:27
Hakan Fidan: "Türkiyə və Azərbaycan bundan sonra da hər zaman eyni yolda irəliləyəcək"

18.01.2025 | 13:53
"Azərbaycan və Türkiyə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir" - Ceyhun Bayramov

18.01.2025 | 13:48
Azərbaycan-Türkiyə-Özbəkistan XİN rəhbərlərinin görüşü olacaq...

18.01.2025 | 13:47
"Azərbaycan Qəzzada atəşkəs və girovlara dair razılaşmanın icrasını gözləyir" - Nazir

18.01.2025 | 12:43
Nobel Komitəsinə açıq məktub - Qorbaçovun mükafatdan məhrum edilməsi barədə tarixi qərara imza atın...

18.01.2025 | 12:30
Ceyhun Bayramov və Hakan Fidan regional və qlobal vəziyyəti müzakirə ediblər - FOTO

18.01.2025 | 12:00
Hakan Fidan Ermənistanla sülh müqaviləsinin bağlanmasınin tezləşdirilməsi üçün Bakıya gəlib

18.01.2025 | 11:50
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul etdi

18.01.2025 | 11:31
Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb - RƏSMİ

18.01.2025 | 11:30
Makron Livana "lağım atdı"...

18.01.2025 | 11:23
Hökumə Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlandı

18.01.2025 | 11:14
Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq - külli miqdarda pulları oğurlandı

18.01.2025 | 10:32
Bu aktyor "Kuruluş Osman"dan ayrılır

18.01.2025 | 10:28
24 yaşı var, həftədə 1 milyon funt sterlinq qazanacaq...

18.01.2025 | 10:16
Saatlıda narkotika satanlar saxlanılıb

18.01.2025 | 10:00
Rusiyadan Kiyevə raket hücumu - azı 4 nəfər həlak olub

18.01.2025 | 09:30
"Kommunizmin şərindən qorxmayan Azərbaycan xalqı azadlığa can atdı" - amerikalı konqresmenlər

18.01.2025 | 09:27
Qəbiristanlıqlar bələdiyyələrə pulsuz verildi, bələdiyyələr isə qəbir yerlərini satır...

18.01.2025 | 09:00
Daha 42 ailə Cəbrayıla yola salınıb

18.01.2025 | 08:43
Mənzillərin qiyməti artır, sökülmüş evlərə görə kompensasiyalar artmır...

17.01.2025 | 23:35
Rusiyadan İrana Azərbaycan üzərindən qaz kəməri çəkiləcək...

17.01.2025 | 23:03
Kobaxidze Əliyevə "bizə də nümunəsiniz" dedi... niyə ?

17.01.2025 | 22:36
Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başladı - FOTO

17.01.2025 | 21:28
Bakının bu bələdiyyələri “kupçasız” əmlaklardan da vergi tələb edir...

17.01.2025 | 21:12
Vurulmuş təyyarəmizin qutusu ilə bağlı Lavrovdan yayındırıcı eyham - "uyğunsuzluq var"...

17.01.2025 | 20:59
ABŞ-la strateji sənəd imzalayan ölkələr - heç kim ərazi bütövlüyünü bərpa edə bilmədi...

17.01.2025 | 20:44
Rusiyada Azərbaycana qarşı qərəzli media kampaniyası - strateji müttəfiqliyə sarsıdıcı zərbə...

17.01.2025 | 20:41
Trampın komandası Rusiya əleyhinə "Geniş miqyaslı strateji sanksiyalar paketi" hazırlayır...(?)

17.01.2025 | 20:29
Bir azdan Ermənistan sərhədlərini Amerika mütəxəssisləri qoruyacaq...

17.01.2025 | 20:18
Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalandı

17.01.2025 | 20:15
Paşinyan İlham Əliyevin 2 mühüm şərtini yerinə yetirir - birini tezliklə, digərini yayda...

17.01.2025 | 20:07
Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük

17.01.2025 | 20:01
Məxfi ABŞ-Azərbaycan danışıqları açıldı - Azərbaycana qarşı işləyən qurum bağlandı...

17.01.2025 | 19:48
Avropa xofda - Tramp Qrenlandiyanı hərblə tuta bilər...

17.01.2025 | 19:34
Masazır bələdiyyəsinin fəaliyyəti bunlardan ibarət imiş...

17.01.2025 | 19:20
Sabiq prezident Olland hakimiyyətə qayıdır, Makron gedir, Yeni Xalq Cəbhəsi yarandı...

17.01.2025 | 19:07
Dövlətçilik tariximizdə suverenlik anlayışı - hüquqi və praktik tərəflər...

17.01.2025 | 18:52
Bakıda İran rejiminin fahişə-casus dəstəsi tutuldu...

17.01.2025 | 18:38
Bakıda yəhudi icma fəalını 200 min dollara sifariş edənlərin hədəfləri...

17.01.2025 | 18:24
Kommunikasiyalar üzrə danışıqlarda uğursuzluq Qərbin Ermənistana təsirləri ilə bağlıdır?

17.01.2025 | 18:24
“Yalquzaq” tamaşaçılara təqdim olundu

17.01.2025 | 18:10
Ermənistan sərhəd məsələsində loyaldır, sazişi isə sabotaj edir - ziddiyyətin səbəbləri...

17.01.2025 | 17:56
10 ildən yaşlı avtomobillərin idxalı qadağandır - praktikada nələr görürük?

17.01.2025 | 17:43
ABŞ-la birgə USAID də Azərbaycandan getdi - Baydenin növbəti uğursuzluğu...

17.01.2025 | 17:29
Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar

17.01.2025 | 17:25
Ermənistandakı Aİ missiyasına Azərbaycanla bağlı kəskin sual qoyuldu...

17.01.2025 | 17:20
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub

17.01.2025 | 17:12
DİM qəbul imtahanlarını rəqəmsallaşdırır - kimlər nə gözləyir?

17.01.2025 | 16:55
Gürcüstanın Baş naziri Prezident İlham Əliyev haqqında - Siz fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz

17.01.2025 | 16:51
Almaniyadan Rusiyaya çağırış - Suriyadakı bazaları bağlayın, qoşunları ölkədən çıxarın...

17.01.2025 | 16:49
"Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır" - Prezident

17.01.2025 | 16:45
Prezident: "Azərbaycanla Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq daha geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır"

17.01.2025 | 16:42
"Azərbaycanla Gürcüstanın siyasi əlaqələri bütün qonşular üçün nümunə ola bilər" - Prezident İlham Əliyev

17.01.2025 | 16:25
Los-Ancelesdə yanğın bölgəsindəki sakinlər silahlanmağa başladı – hökumət qarətçilərin qarşısını ala bilmir...

17.01.2025 | 16:12
Şəhid mayor Kamran Fərəcovun doğum günündə məzarı ziyarət olundu - FOTO

17.01.2025 | 16:07
Sərxoş halda maşın sürən şəxs həbs edildi

17.01.2025 | 15:55
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə başsağlığı verdi

17.01.2025 | 15:46
Putinlə Paşinyan telefon danışığında nəyi müzakirə ediblər...

17.01.2025 | 15:34
Ombudsman 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar bəyanat yaydı

17.01.2025 | 15:12
Hakan Fidan Bakıya gəlir

17.01.2025 | 15:08
BMU-da 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

17.01.2025 | 14:47
Sumqayıt polisi əməliyyat keçirdi - Kamil Məmmədov 20 kq narkotiklə tutuldu - VİDEO

17.01.2025 | 14:25
Gürcüstanın Bakıdakı səfirliyinin yeni binası üçün ayrılmış əraziyə baxış keçirildi

17.01.2025 | 14:23
Prezident İlham Əliyev və Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

17.01.2025 | 14:17
Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirildi - FOTO

17.01.2025 | 14:14
Gürcüstan Cənubi Qafqaz ölkələrinin iştirakını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edib

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031