"Troyka" iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin azaldılması üçün həll yolları təklif edir...
"Troyka" iqlim dəyişikliyinə uyğunlaşma və onun təsirlərinin azaldılması üçün həll yolları təklif edir. Trend xəbər verir ki, bunu Dünya Kənd Forumu (World Rural Forum) nümayəndəsi Alberto Brox "COP to COP - Aqrar-sənaye kompleksinin irsi: Qlobal iqlim hədəflərinə nail olmağın açarı" mövzusunda keçirilən tədbirdə bildirib.
"COP26-dan başlayaraq kənd təsərrüfatı iqlim gündəmində getdikcə daha mühüm yer tutur. Bu, COP28-də qəbul edilən BƏƏ-nin dayanıqlı kənd təsərrüfatı, dayanıqlı ərzaq sistemləri və iqlim tədbirləri üzrə Bəyannaməsi ilə daha da möhkəmləndirilib.
Troyka (COP28, COP29 və COP30) qlobal iqlim müzakirələrində ərzaq və kənd təsərrüfatı məsələlərinə artan diqqəti nümayiş etdirir. Bu dəyişiklik son dərəcə vacibdir, çünki kənd təsərrüfatı bir-biri ilə bağlı problemlərin həlli üçün unikal imkanlar təqdim edir. O, iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin azaldılması üçün həll yolları təklif edir, dayanıqlığın artırılmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına, torpaqların deqradasiyası və su çatışmazlığı problemlərinin həllinə töhfə verir", - deyə A.Brox vurğulayıb.